Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda sakinlər köçürülür


“İsmayıllı rayonunda torpaq sürüşməsi səbəbindən artıq bir ailə yaşadığı evindən təxliyyə edilib”


Bunu “Report”un Şirvan bürosuna rayon fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Rövşən Ağayev bildirib.

R.Ağayev qeyd edib ki, İsmayıllı rayonunda sürüşmə zonasında sakinlərin köçürülməsinə başlanılıb: “İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükə daha da artıb. Rayonun Sədiyan kənd sakini Ağalı Əliyev 6 nəfərdən ibarət ailəsi ilə birlikdə evindən təxliyyə edilib, daha uç ailəyə xəbərdarlıq edilib. Ümumilikdə sakinlərə bildirmişik ki, əgər sürüşmənin ərazisi genişlənərsə dərhal evlərini boşaltsınlar və müvəqqəti olaraq qohumlarının evində məskunlaşsınlar”..

Qeyd edək ki, sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 və eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar