İsmayıllıda bu gün səhər saatlarında kişi meyiti tapılıb
Məlumata görə, Gülyan kəndinin Adamsoyan yaşayış məntəqəsində aşkar olunan cəsəd morqa aparılıb. Yuxarıbaş kənd sakini, 1961-ci il təvəllüdlü Nazim Babayevin hələlik hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil. Hazırda fakt araşdırılır.
Ölümün səbəbləri aparılan ekspertizanın rəyindən sonra məlum olacaq.(Kanal S)