Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda ana ölümünə görə həkim cəzalandırıldı



Faktla bağlı cinayət işi başlanıb


İsmayıllıda ana ölümündə təqsirli bilinən həkim Məlahət Hüseynova cəzalandırılıb.

Bu barədə AzVision.az-a İsmayıllı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, rayon sakini Afət Ağayevanın ölümündə təqsirli bilinən həkim M.Hüseynova baş həkimin tapşırığı ilə 6 ay müddətinə doğuş prosesinə qatılmayacaq. 

Təqsirləndirilən həkim M.Hüseynova keçirilən iclasda hadisədə günahsız olduğunu deyib.

Hazırda rəsmi qurumlar tərəfindən araşdırma aparılır. Əgər A.Ağayevanın ölümündə onun günahı sübuta yetirilərsə M.Hüseynova cinayət məsuliyyətinə cəlb ediləcək.

Qeyd edək ki, ötən gün axşam saatlarından İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Doğuş zamanı rayonun Quşencə kənd sakini Afət Ağayeva dünyasını dəyişib. Onun yaxınları ölüm hadisəsində həkim Məlahət Hüseynovanı təqsirli bilirlər. 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisədə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar