Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıl Ömərovdan sərt açıqlama


"Ola bilər, bunu yazan jurnalisti gün vurub, beynində qıcqırma olub"


İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərov qızı və kürəkəninin işdən çıxarılması ilə bağlı bəzi saytlarda gedən məlumata münasibət bildirib. 

ANS PRESS-ə açıqlamasında İsmayıl Ömərov bu məsələnin bir il öncə baş verdiyini və nə səbəbə indi gündəmə gəldiyini anlamadığını deyərək bunları bildirib: 

”Başa düşürəm, havalar indi yaman istidir. Ola bilər, bunu yazan jurnalisti gün vurub, beynində qıcqırma olub. Məsləhət görürəm, həkimə müraciət eləsin”.

İctimai Televiziya isə sabiq baş direktor İsmayıl Ömərovun qızı, London bürosunda baş prodüser vəzifəsində çalışan Səmədova Könül və kürəkəni Səmədov Ruzinin çoxdan öz ərizələri ilə işdən çıxdığını deyir.

Xatırladaq ki, Cəmil Quliyev İTV-yə baş direktor təyin olunduqdan sonra televiziyada keçmiş baş direktor İsmayıl Ömərova yaxınlığı ilə tanınan böyük bir qrup əməkdaşın işdən azad edildiyi haqda ölkə mediasında yazılar dərc edilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar