Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıl Ömərov barəsindəki iddiaları rədd etdi - “Böhtandır“


Tanınmış televiziyaçı, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərov barəsində qəzetimizdə gedən ittihamlara münasibət bildirib.


Musavat.com həmin münasibəti yayınlamaqla bərabər, həm də qeyd edir ki, İ. Ömərovun guya maxinasiyalar etməsi barədə şikayətləri bundan əvvəl də yoxlamışıq. Lakin iddialar özünü doğrultmayıb. Bu dəfə isə diqqət edilmədən belə bir yazı təkrar dərc edilib. 

Haqqında ittihamlar səsləndirilən İ. Ömərovun cavabı aşağıdakı kimidir: " Bu,  mənə qarşı növbəti şər-şəbətə, böhtandır. Eyni mövzuda iki il bundan əvvəl "Yeni Müsavat" bir yazı dərc etmişdi. Qəzetin redaktoru Azər Ayxanın özünün bilavasitə araşdırması nəticəsində aydın oldu ki, yazılanlar şər və böhtandır. Azər Ayxan bunu özü telefonla mənə deyib, üzrxahlıq edib.

Əgər "Yeni Müsavat" yenidən zəhmətə qatlaşıb eyni araşdırmanı aparsa, yazılanların yenə də şər-böhtan olduğunu görər. Ona görə hər yoldan ötənin yazılarının tələm-tələsik, araşdırılmadan verilməsi qəzetin özünə baş-ucalığı gətirmir.

Qaldı, Xortdanın cəhənnəm məktublarını xatırladan şər-şəbətənin bu böhtançı müəlliflərinə, onlar bu günlərdə qanun qarşısında cavab verəcəklər".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar