Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam oyunları ilə bağlı reklam filmi çəkildi


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) qısametrajlı reklam filmi hazırlayıb


 Mayın 12-22-də Bakıda keçiriləcək Oyunlardan əvvəl film dörd qitəni əhatə edən 50-dən çox ölkədə yayımlanacaq.

Milyonlarla televiziya tamaşaçısının seyr edə biləcəyi bu qısametrajlı reklam filmi ruhla bədənin vəhdətində mükəmməlliyin ehtiramla bayram edilməsi, İslamda birlik, Azərbaycanın ölkə və xalq kimi mədəniyyəti və irsinin beynəlxalq səviyyəli çoxnövlü idman tədbiri ilə tərənnümü üzərində qurulub.

Film paytaxtın ən tanınmış yeni və müasir memarlıq nümunələri ətrafında çəkilib. Bura Heydər Əliyev Mərkəzi, Alov qüllələri və əzəmətli Heydər Məscidi daxildir. Filmin yaradıcı heyəti, həmçinin ilham mənbəyini Azərbaycanın mədəni irsi olan, UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun bizim eradan əvvəlki dövrlərə məxsus qayaüstü rəsmlərindən götürüb.

Azərbaycan mədəni irsinə ehtiramın digər nümunəsi musiqidə əks olunub. Qobustan ərazisində tapılmış, eramızdan əvvəlki dövrə məxsus zərb aləti olan Qavaldaşın səsi ənənəvi kollektiv rəqsə - “Yallı”ya xüsusi rəng qatır. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar