Xəbər xətti

28 MAY

0:33 100 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti

27 MAY

22:00 Fransanın xarici işlər naziri Şəhidlər xiyabanında - Fotolar

21:55 Bu küçədə dayanacaqlar var, ancaq avtobus yoxdur - Fotolar

21:50 Qarabağda avqustda müharibə başlaya bilər

21:46 Hindistanda “Nipax” virusundan ölənlərin sayı 14 nəfərə çatıb

21:41 Azərbaycanda böyük nar emalı kompleksi tikiləcək

21:37 ABŞ-ın nümayəndə heyəti sammitə hazırlıq üçün KXDR-ə gedib

21:32 Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı - Foto

21:27 Rəsmi Pekin ABŞ-ı suverenliyini pozmaqda günahlandırıb

21:21 Rusiya iqtisadiyyatı niyə böhrandan çıxa bilmir?

21:15 Azərbaycanla sərhəddə zabit Akopyanın meyiti tapıldı

21:09 Türkiyə Rusiyadan “Su-57” qırıcı təyyarələri də ala bilər

21:02 Sabah Tehranda Xəzərlə bağlı sammit keçiriləcək

20:55 Əməkdar artist ikinci dəfə əməliyyat olunacaq

20:51 Qurban Məmmədovun mühacirətə getdiyi təsdiqləndi

20:48 Almaniya ordusu acınacaqlı durumdadır

20:43 Gəncə-Peterburq və Peterburq-Bakı aviareysləri gecikir

20:41 Qurban Qurbanov: “Qırğızıstan yığmasını çox ciddiyə alıram”

20:34 “Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülsün” - Deputat

20:27 Bakıda ağır qəza: yaralılar var

20:20 Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - Video

20:13 “Həqiqi addımlar atmağın vaxtı çatıb” - Polad Bülbüloğlu

20:06 Bakıda qız üstündə qanlı dava

19:59 Azay Quliyevin Britaniyanın portalında AXC haqqında məqaləsi dərc edilib

19:52 “Qızım olduğu üçün demirəm, Aygün çox istedadlıdır”

19:46 Netanhayu İranı hədələdi: Qarşısını alacağıq

19:42 Bank rəhbəri məşuqəsi Nailə Əsgərzadəyə milyard bağışladı

19:39 Messi mövsümün bombardiri oldu

19:32 “Türkiyə düşmənlərin ürəyinə qorxu saldı” - Ərdoğan

19:24 Azərbaycanın ən gülməli oğrusu azadlıqda - Video

19:16 İlk dəfə bir şəhərin iki komandası qarşılaşacaq - UEFA Superkubokunda

19:08 Çində 6 minə yaxın məmur cəzalandırıldı

19:00 Fransa XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin həlli...”

18:53 Ronaldu “Real”dan getmək istəyir?

18:47 PKK-ya qarşı əməliyyat: 2 terrorçu məhv edildi

18:42 Şamaxıda yük maşını aşdı - Xəsarət alan var

18:36 İldırım Londonda aeroportun yanacaqdoldurma sistemini zədələdi

18:30 4 ayda Azərbaycanda 130 avtomobil istehsal olunub

18:23 Çində benzinin qiyməti 7-ci dəfə bahalaşdı

18:15 Hasarlar arxasında həbs edilmiş Xəzər: Əhali çimərlikdən məhrum edilib

18:07 Azərbaycan və Fransa arasında bir sıra sahələr üzrə komissiya yaradılacaq

17:59 Fəxri ad alan Könül Kərimova ağladı

17:52 Arsen Venqer İniestanın baş məşqçisi ola bilər

17:45 Türkiyə PKK-ya tarixi zərbə vurdu - Terrorçu təşkilat dağılır

17:42 Hacıbala Abutalıbov BŞİH-dən ayrıla bilmir - Hər gün işə gedir + Foto

17:40 Azərbaycan Ordusunun Naxçıvan istiqamətində hücumu

17:38 “Bu, Gürcüstanın iradəsindən asılı deyil” - Oleq Morozov

17:31 Xalq artisti adı alan Murad Dadaşov: “İnanılmaz qürur hissi keçirirəm”

17:24 Jan-İv Lö Drian: “Fransa ADR-in dövründən Azərbaycanın yanında olub”

17:17 Azərbaycanda 16 yaşlı qızın dəhşətli sonu

17:10 Faiq Ağayev Flora Kərimova haqda: “Ondan uzağam”

17:02 İntihar edən azərbaycanlı tələbə haqda yeni açıqlama

16:55 Fransa prezidenti Azərbaycana gələcək

16:49 Lift işləmədi, xəstəni 16-cı mərtəbədən həyətə FHN-çilər düşürdü

16:42 XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edib

16:35 Emin Ağalarov və Murad Dadaşova “Xalq artisti” fəxri adı verilib

16:28 İsrail aviasiyası fələstinlilərin Qəzza zolağındakı mövqelərinə zərbələr endirib

16:20 Cerrard: “Salahın yoxluğu futbolçulara psixoloji təsir göstərdi”

16:12 XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi qulluq keçməsi xəbərinə münasibət

16:05 Misirdə “YouTube” videoservisi 1 aylıq bloklanıb

15:58 “Şuşam mənim”

15:50 Səudiyyə Almaniya ilə əlaqələri dondurdu

15:39 Qurban Məmmədovun siyasi mühacirətə getdiyi təsdiqləndi

15:30 28 May günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı

15:23 “Necə qışqırdımsa, təzyiqim qalxdı” - Xalq artisti

15:16 Rəsmi Parisdən Qarabağla bağlı bəyanat

15:10 UEFA Superkuboku: İlk dəfə bir şəhərin iki komandası üz-üzə gələcək

15:02 Minlərlə insan baş nazirin istefası tələbi ilə etiraz aksiyası keçirib - Albaniyada

14:55 Fransa-Azərbaycan Komissiyası yaradılacaq

14:49 Türkiyəli məşhur aktyor öldü

14:44 “Bakcell” abunəçilərinə müraciət edib

14:35 Fransa prezidenti Azərbaycana gələcək

13:57 Azərbaycan və Fransanın xarici işlər naziri arasında təkbətək görüş keçirilir

13:50 Suriyada 4 Rusiya 4 hərbçisi öldü

13:44 Çində 6 minə yaxın məmur cəzalandırıldı

13:38 Mədəniyyət xadimlərinə fəxri adlar verilib

13:30 Beyləqan və Şəmkirdə yanğın olub

13:23 İsmayıllıda təbii fəlakət - 60 kənd işıqsız, 7 kənd qazsız qalıb

13:16 Təhsil naziri: “Bu universitet təhsil sistemində katalizator rolunu oynayır”

13:11 Qətər bu ölkələrə qarşı hərəkətə keçdi

13:06 ABŞ-ın 3 ştatında fövqəladə vəziyyət elan edilib - Fırtına ilə əlaqədar

13:00 “Edisə nifrət etdim” – Gülşen

12:52 “Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…”

12:45 Milli Məclis sədrinin Gürcüstana səfəri başa çatıb

12:40 Azərbaycan prezidenti iyulda Fransaya səfər edəcək

12:33 Almaniya ordusunun acınacaqlı durumda olduğu açıqlandı

12:27 Fransanın Avropa və xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

12:21 Lovren: “Salah paltardəyişmə otağında da ağlayırdı”

12:15 “Deyirlər ki, müğənnilərin hesabına özümü reklam edirəm”

12:10 Koreya liderlərinin yeni görüş tarixi elan olundu - 1 iyun

12:04 Bakıda nəqliyyatın hərəkət sürəti azaldılıb - Hava şəraiti ilə əlaqədar

11:57 Ronaldu ən yaxşı bombardir seçilib

11:44 İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

11:36 Fransanın xarici işlər naziri Bakıya gəlib - Yenilənib

11:30 Gürcüstan 2021-ci ildə NATO-ya daxil olacaq

11:23 Xəstəxanada yalnız 2 gün qala bildi

11:18 Tramp fikrini dəyişdi: “Görüş yeri və vaxtı dəyişməz qalır”

11:13 İranda zəlzələ olub- 4,1 bal gücündə

11:05 XİN Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanat yaydı

11:00 İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirdi

10:55 Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər

10:48 Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

10:43 Paşinyan oğlunu Qarabağa - ön cəbhəyə yolladı

10:37 Ekspert: “MİDA-ın təcrübəsi və bazarda tənzimləyici orqan kimi funksiyası zəifdir”

10:31 “SOCAR Ukraynada biznesin inkişafını nəzərdən keçirəcək”

10:26 Kolumbiyada prezident seçkiləri keçirilir

10:21 Kürdə biogen maddələrin miqdarı normadan artıq çıxdı

10:15 Prezident: “Təhsil əsas hərəkətverici qüvvədir”

10:10 Cənubi Koreya lideri KXDR və ABŞ-ı birbaşa dialoqa çağırıb

10:04 Ermənistan silahlı bölmələri atəşkəsi 86 dəfə pozub

9:48 Bu gün bürcünüz nələr vəd edir?

26 MAY

22:00 Paşinyan kütləvi həbslərə başladı

21:54 Məşhur aktrisa albom çıxarır

21:48 DİM imtahan nəticələrini açıqlayıb

21:35 İlham Əliyevin oğlu məzun oldu

21:27 Axtarışda olan 28 nəfər saxlanılıb

21:13 İlham Əliyev ADA Universitetində

21:07 Ramazanın on birinci gününün duası və təqvimi

20:55 Bayılda avtomobil azyaşlı uşağı vuraraq öldürdü

20:49 Əncirin faydaları



ANALİZ

...

İslam dünyası niyə geridədir? – Tarixi dəyişən mıx

Tarix 19.02.17, 10:13

Font ölçüsü : - / +
bitmap-img6


İslam coğrafiyası 8-15-ci əsrlərdə dünya sivilizasiyasının mərkəzi idi


Təkcə Bağdad kitabxanasında bütün Avropada olduğundan daha artıq kitab vardı. 

Bu gün isə yalnız İsraildə il ərzində İslam dünyasından 10 dəfə çox kitab çap edilir. Dünya mədəniyyətində, elmində, texnoloji inkişaf yarışında müsəlmanlar açıq autsayderdirlər. Nə oldu İslam dünyasına? 

Olan bu idi ki, 1517-ci ildə Martin Lüter isimli bir əhlil-kitab vəl-ümmətul-Məsih özünün “95 tezis” adlı təkliflər paketini Vittenberq kilsəsinin qapısına mıxladı. Bu, dünya tarixində çevriliş yaradan nadir mıxlardan biri idi. Həmin mıx qarşıdakı əsrlərdə xristian dünyasının böyük sıçrayışla İslam aləmindən irəli keçməsinə təkan verdi. Çünki məhz o mıxın qapıya pərçimlədiyi sənəd xristianlıqda yeni məzhəbin – Protestantlığın əsasını qoydu. 

Katolik və poravoslavlığa alternativ olan “üçüncü yol”un – Protestantlığın və reformasiya hərəkatının yaranması ilə Avropada intibah dövrünün - renessansın başlanmasının üst-üstə düşməsi əsla təsadüfi deyil. 16-cı əsr qapıdan girmişdi, artıq feodalizm bir iqtisadi formasiya kimi tükənirdi, kim kapitalizmə daha tez adlasa, xalqların yarışında böyük hesabla qabağa çıxacaqdı. Protestantlıq kilsənin həyatın bütün sahələrindəki total diktatına son qoyaraq, tədricən kapitalizmin yaranması üçün ideoloji mühit hazırladı. Yəni protestantlıq – bir növ kapitalizmin dini idi. 

Səhv başa düşməyin: protestantlıq kapitalizmi yaratmadı. Cəmiyyətin (və Marksın termini ilə desək, məhsuldar qüvvələrin) inkişafı kapitalizmin yaranmasını labüdləşdirmişdi. Kim yeni formasiyaya tez uyğunlaşsa, o da udacaqdı. Kapitalizmə keçmək üçün isə iki şey lazım idi: kapital və azad insan. Çünki qul və ya təhkimli kəndli heç nə yarada bilməz. Kapitalizmdə dünyanın o vaxta qədər tanımadığı yeni insan növü – SAHİBKAR ön plana çıxır. Martin Lüterin kilsə qapısına mıxladığı “95 tezis” həm də insan hüquqlarının ilk rüşeymi idi; deyə bilərik ki, sonradan dünyanı başına götürən müasir demokratiya anlayışı məhz Protestantlığın əsasını qoyan o sənəddən başlayır.

(Burada kiçik bir haşiyə çıxmasam, olmaz. Seçki demokratiyasının kökü Qədim Yunan sivilizasiyana qədər uzanır. Amma həmin quldar cəmiyyətlərində insan hüquqlarından söhbət də gedə bilməzdi. İnsan hüquq və azadlıqlarına dayanan müasir demokratiyanın başlanğıcını məhz Vittenberq kilsəsinin qapısına mıxlanan sənəddə axtarmaq lazımdır). 

İslam dini quldarlıq və feodalizmin kəsişməsində yerləşən cəmiyyəti idarə etmək üçün ideal siyasi-ictimai sistemdir. Buna görə də, orta əsrlərdə quldarlıq elementlərinə malik feodal müsəlman ölkələri inkişafın zirvəsinə çatmışdılar. Əgər dünya elə o formasiyada qalsaydı, kapitalizmə keçməsəydi, İslam yenə də planetdəki ən güclü sivilizasiya olacaqdı. Amma kapitalizmə keçid mərhələsi başlayan kimi, İslam aləmi bütün mövqelərini sürətlə itirdi. Çünki bu dinin ideologiyası əsasında qurulan siyasi-iqtisadi sistem yeni dünya - kapitalizm dünyası üçün qətiyyən yaramırdı.

Kapitalizmə keçid üçün azad insanlardan – Sahibkardan və onun işçilərindən əlavə, bir də KAPİTAL lazımdır. Quranda faizlə pul verməyi qadağan edən 6 ayə var, buna görə də islam ölkələrində kredit münasibətləri və təbii ki, banklar formalaşa bilməzdi. Banklarsız isə kapital və kapitalizm olmur. Bu qadağa İslamın yeni yarandığı dövrdə sələmçiliklə varlanan Məkkə elitasını zəiflətmək üçün yaxşı vasitə idi, amma sonrakı əsrlərdə İslam dünyasında iqtisadi inkişafı tormozladı. Bu gün istənilən müsəlman ölkəsində əhalinin böyük qisminin kredit borcu olduğunu nəzərə alsaq, həmin qadağa insanlara gündəlik həyatda heç bir praktik fayda gətirmədi, amma yeni tarixin başlanğıcında müsəlman cəmiyyətlərinin kapitalizmə keçidinin qarşısını alan buxovlardan birinə çevrildi. 

Avropada isə sələmçilər öz böyük tarixi rollarını oynamaqda idilər. 1450-ci ildə Maynts şəhərində İohann Fust adlı sələmçi bir sahibkara illik 6 faiz ilə 800 qulden pul verir. Bu, dünya tarixini kökündən dəyişən kredit idi. Çünki həmin pulu alan şəxs – İohann Quttenberq mətbəə qurur və Avropanın taixində yeni eranın – informasiya dövrünün əsası qoyulur. Xristianlıqda reformasiya hərəkatı başlayanda artıq Avropada ilk kitablar yayılmışdılar. İndi informasiyanı əvvəlki ilə müqayisə edilməyəcək dərəcədə sürətlə çoxaltmaq və yaymaq mümkün olacaq, bu isə cəmiyyətlərin idarəçilik mexanizminin dəyişdirilməsi ehtiyacını ortaya çıxaracaqdı. 

Müsəlman dünyasında isə bu “şeytan əməli”nə 273 il – üç əsr!- sonra icazə verildi. Bundan sonra 100 il ərzində Osmanlı İmperiyasında cəmi 180 kitab çap olundu, halbuki, 1454-cü ildən 1500-cü ilə qədər Avropada 40 min kitab çap edilmişdi. Həmin kitablardan biri – Marko Polunun “Səyahət”i Genuyada Xristofor Kolumb adlı gəncin əlinə düşür və o, məhz kitabın sayəsində anlayır ki, Qərbə doğru üzməklə Hindistana çatmaq olar. Bu, Xristian-Qərb sivilizasiyasının dünyanı fəth etmək yürüşünün başlanğıcı idi.
 

Göründüyü kimi, Xristian dünyasının sürətli yüksəlişinin səbəbi 15-16-cı əsrlərdə dinin daxilində meydana çıxan reformasiya hərəkatı və onun yetişdirdiyi intibah idi. Bu iki fenomen Qərbi yeni formasiyaya – kapitalizmə keçirəndə İslam aləmində quldarlıq elementli feodal münasibətlər möhkəmlənməkdə idi. Xristian-Qərb sivilizasiya bu gün də məhz həmin təkanın verdiyi inersiya ilə qabağa getməkdədir. 

Sual yaranır: Niyə İslam dünyasında da vaxtında Protestantlığa bənzər “üçüncü yol” yaranmadı? Niyə müsəlman aləmi ancaq iki məzhəbin – sünniliklə şiəliyin arasında qaldı, onların didişmələri nəticəsində getdikcə daha çox parçalandı, zəiflədi, feodalizm qaranlığına gömüldü?

Hər şeydən əvvəl ona görə ki, reformasiya hərəkatı yaranan dövrdə artıq xristianlıq qocalmağa başlayırdı. Martin Lüter “95 tezis”i pərçimləmək üçün mıxını kilsə qapısına dirəyəndə artıq xristianlığın 15 əsr yaşı var idi. Amma İslamın yaşı hələ indi-indi 14 əsrə çatıb. Din nə qədər cavandırsa, o qədər də passionardır, onu islah etmək, dəyişmək bir o qədər çətin olur. Canlı orqanizmlər kimi, dinlər də qocaldıqca zəifləyir, özünümüdafiə qabiliyyətini itirirlər. Məsələn, ilahiyyatçı Elşad Miri 200 il əvvəl “İslamda Merac yoxdur” desəydi, müsəlmanlar onu atın quyruğununa bağlayıb, buradan Qüdsə qədər sürüyər, orada elə Merac Məscidinin - Əqsanın həyətindəcə kamali-ədəblə yeddi yerə şaqqalayıb, hər hissəsini bir darvazadan asardılar ki, görənlərə ibrət olsun və bir də heç kim peyğəmbərlə bağlı ağzını yaymasın. Amma bu gün Elşad da, onun keçmiş mürşidi Harun Yahya da, başqa ilahiyyatçılar da dini istədikləri kimi yozub-fırladır, heç bir təpki ilə də üzləşmirlər. Niyə? Çünki, İslam qocalıb, özünümüdafiə instinkti zəifləyib. Şir qocalanda isə quyruğuna kəpənək qonar...

İslamda “üçüncü yol”un niyə yaranmamasının başqa səbəbi də var. Avropada reformasiyanın siyasi mahiyyəti o idi ki, digər xalqlar Vatikan tərəfindən yönəldilmək istəmirdilər, hər dövlət özünün müstəqil kilsəsinin formalaşmasına çalışırdı. Bizdə isə bugünün özündə belə, həmin proses getmir – məsələn, şiələr Qum şəhərini dini mərkəz sayır, orada yetişən ayətullahların fətvaları ilə yaşayırlar. Yəni xristianlığın 15-16-cı əsrlərdə yaşadığı mərkəzdənqaçma və vahid dinin milli versiyalarının yaranması prosesi İslamda hələ də tam yetişməyib. Səbəb budur ki, “millət” anlayışını ləğv edib, “ümmət” ilə əvəzləyən İslam kütlə şüurunda “mənim milli İslamım olmalıdır” fikrinin yaranmasını bloklayırdı.



...Martin Lüter öz mıxını kilsə qapısına çalanda xristianlıq islamın indi olduğundan daha qoca idi. Yəqin ki, uzağı bir əsr sonra islamın da immuniteti tamamilə zəifləyəcək, heç nəyə müqavimət göstərə bilməyəcək, müxtəlif reformasiya cəhdlərinin nəticəsində xeyli təhrif olunacaq; ola bilər ki, İslamda da Protestantlıq ruhunda bir cərəyan yaransın və müsəlman intibahına təkan versin. Nə qədər ki, xristianlıqda reformasiya və intibah başlamamışdı, Avropa zəngin müsəlman sivilizasiyasına qarşı tamamilə biganə idi, sanki onu ümumiyyətlə, görmürdü. İntibahdan sonra isə müsəlman elmindən və mədəniyyətindən götürülə biləcək nə vardısa, hamısından faydalandı. İndi müsəlman dünyası da sanki intibahaqədərki Avropanın vəziyyətindədir: çiçəklənən xristian sivilizasiyasını görə, anlaya, nəsə götürə bilmir. Əgər tarixi anologiya metodu ilə yanaşsaq, gözləmək olar ki, müsəlman renessansı başlayandan sonra (təbii, əgər başlayacaqsa) vəziyyət dəyişəcək və İslam dünyası rəqib sivilizasiyanın uğurlarından bəhrələnəcək. Başqa sözlə, 21-22-ci əsrlərdə İslam dünyası Xristianlığın 16-cı əsrdə qədəm qoyduğu mərhələyə - reformasiya və intibaha daxil ola bilər.

Amma bu zaman xristian dünyasının özü hansı mərhələyə adlamış olacaq? Müsəlman renessansı əgər baş verərsə, iki sivilizasiya arasındakı fərqi aradan qaldıra biləcəkmi? İslam renessansının baş tutması üçün hansı şərtlər lazımdır? Bu suallara növbəti yazıda aydınlıq gətirəcəyik. 

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img
rezonans

Vernisaj

Azərbaycan və Fransa arasında bir sıra sahələr üzrə komissiya yaradılacaq

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

ƏƏSMN sistemindəki yeyintilərin kilid ismi: Əjdər Ol - İttiham

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru