Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam Partiyasından İlham Əliyevə müraciət



Azərbaycan İslam Partiyası Prezident İlham Əliyevə müraciət edib


 AİP-in müraciətində deyilir:

- Bu narahat  dünyada bəşəriyyət nicat yolunu yenə də İslamda görməkdədir. Sülh, əmin-amanlıq dini sayılan müqəddəs dinimiz məlumdur ki, Allah tərəfindən insanlığın hər cür fitnə-fasaddan xilası üçün göndərilib.Amma dövrümüzə qədər inkişaf və tərəqqi yolu keçmiş, müxtəlif dinə, əqidəyə, mənsəbə və irqə mənsub  insanların qəlbində sevgi və rəğbət hissi qazanmış dinimiz, o cümlədən doğma ölkəmizdə də sevilir, onun elmi-fəlsəfi qolları təbliğ edilir.

Əhalisinin 90 faizindən çoxu müsəlman olan məmləkətdə  bu, təbii haldır. Şübhəsiz ki, hər bir  dinin dəyəri ilk növbədə onun insanlıq üçün faydasından və bundan da önəmlisi isə bu faydadan səmərəli, həm də anlaşıqlı şəkildə istifadə edilməsindədir. Bəşəriyyət, müsəlmanlar üçün bu fürsəti, bu imkanı yaradan isə hamının bildiyi kimi, dini alim və biliciləri və onların içərisində ən təqvalı olanlarıdır.

Azərbaycan məkanında da belə alimlər zaman-zaman yetişib, müsəlman əhalimizin qlobal, mənəvi çətinliklərinin aradan qaldırılmasında önəmli pol oynayıblar. O da bizlərə məlumdur ki, yola saldığımız son əsrdə əsarətində olduğumuz sovet rejiminin ateist maşınının dişləri arasında çoxlu dəyərli alimlərimiz, müctəhidlərimiz əzilib, sürgünlərdə, zindanlarda məhv ediliblər. Allahsız rejim bütün elmlərin mənbəyi, insanlığın məktəbi saylan dinimizi xurafi cərəyan, müqəddəs Quranımızı isə qəbiristanlıq kitabı kimi tanıtdırıb.

Bu proseslərdə şəksiz ki, öz içərimizdən olan dırnaqarası dindarlarımız da az rol oynamamışlar.

Biz hazırkı dövrü keçmişimizlə müqayisə etdikdə də, oxşar və fərqli cəhətləri görürük.            

Fərqli cəhətlər kifayət qədərdir. Onlardan önəmlisi məscidlərin anbarlardan ibadət yerlərinə çevrilməsi, yenilərinin tikilməsi, ibadətə maneələrin aradan qaldırılması kimi müsbət halları göstərmək olar. Amma ara-sıra məscid söküntüsü, bəzi dini atributlara qadağalar, ən narahatedici fakt kimi sayılan və ictimaiyyəti hər gün, hər an ciddi narahat edən din alimlərinin, inanclı insanların şərlənərək həbs olunması da baş verir.

Cəmiyyətimiz bütün bunları keçmiş sovet rejimi ilə müasir dövrün oxşar cəhətlərinin təzahürü kimi qiymətləndirir.

Bu gün imanlı, İslam dininin biliciləri, təqvalı, eyni zamanda vətənpərvər, xalqını sevən və uca dəyərləndirilən  insan Mövsüm Səmədovun, Fəramiz Abbasovun, Abgül Süleymanovun, Taleh Bağırovun, hazırda haqqında həbs qəti-imkan tədbiri seçilən Elşən Müstafayevin cəmiyyətdən təcrid olunaraq həbsxanaya salınması dinimizə, onun düzgün təbliğinə, müsəlmanlar tərəfindən sevilməsinə böyük zərər verməkdədir. Ölkəmizin hüquq-mühafizə orqanlarına  bəllidir ki, son dövrdə bəzi yad dini  cərəyanlar insanları, xüsusən dini bilgiləri olmayan həmvətənlərimizi, bacı-qardaşlarımızı aldadaraq milli qarşıdurmaya cəlb etməklə ölkədə və xaricdə təxribatçılıq əməlləri törədirlər.

Daha narahatedici digər amil din alimlərimizin, başda Hacı Mövsüm Səmədov olmaqla, cəza çəkdikləri həbsxanalarda ağır şəraitdə saxlanılması, vəkilləri ilə görüşlərinin  qanunsuz olaraq məhdudlaşdırılmasıdır. Onların səhhətlərindəki ağır problemlərə əhəmiyyət  verilmir. Din alimlərinin, inanclı insanların ailələri məhbus həyatı yaşayan ailə başçıları ilə  mütəmadi görüşə bilmirlər. İctimaiyyət nümayəndələrinin də, həmçinin, dindar məhbuslarla görüşləri  məhdudlaşdırılır.

Ümidvarıq ki, qeyd etdiyimiz mənfi hallar tərəfinizdən nəzarətə götürülərək aradan qaldırılacaq, günahsız insanlar qanunsuz həbslərdən yaxa qurtaracaq, azadlığa, ailələrinə qovuşacaqlar. (modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar