Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam Oyunlarında Azərbaycan polisi də yarışacaq


IV İslam Həmrəyliyi Oyunlarında yarışlar zamanı önəmli olan məsələlərdən biri də təhlükəsizliyin qorunmasıdır


Beynəlxalq tədbir zamanı təhlükəsizlik məqsədi ilə daxili işlər orqanlarının 252-si qadın olmaqla 12 min əməkdaşı cəlb olunacaq. Onların hazırlığı, texniki təminatı üçün bütün zəruri tədbirlər görülüb. 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev Lent.az-a bildirib ki, daxili işlər orqanları əməkdaşlarının İslamiadada iştirakı bununla məhdudlaşmır: “DİN İdman Cəmiyyətinin yetirmələri də yarışda qələbə uğrunda mübarizə aparacaqlar. Yarışın proqramına daxil olan 21 idman növündə ölkəmiz 335 idmançı ilə təmsil olunacaq. Onların arasında daxili işlər orqanlarının və DİN İdman Cəmiyyətinin yetirmələrindən 14 idmançı - Olimpiya mükafatçısı, istefada olan mayor İradə Aşumova, zorxana güləşi üzrə dünya və Avropa çempionu, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis serjantı Tural Əliyev, bir sıra beynəlxalq turnirlərin qalibi, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Reqina Meftaxetdinova və digər tanınmış idmançılar yarışın baş mükafatları uğrunda mübarizə aparacaq. 

DİN Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifov, Daxili Qoşunların giziri Könül Sultanova, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Telman Salayev isə dünyanın ən məşhur hakimləri kimi bu yarışlar zamanı ayrı-ayrı görüşləri idarə edəcəklər”.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar