Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam Əməkdaşlıq Təşkilatı və BMT Mərakeşdə iclas keçirib - Fotolar


Afrika və Yaxın Şərqin müsəlman ölkələri üçün inkişaf planları hazırlanacaq


İyulun 6-da Mərakeş Krallığının paytaxtı Rabat şəhərində BMTİslam Əməkdaşlıq Təşkilatının (İƏT) 14-cü sessiyası keçirilib. 3 gün davam edən toplantıda Azərbaycandan da nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, ənənəvi İƏT-BMT toplantısının əsas məqsədi həm BMT, həm də İƏT-ə bağlı təşkilatlar arasında mövcud olan əməkdaşlıq yollarını inkişaf etdirməkdir. Tədbir ISESCO-nun Rabatda yerləşən baş qərargahında hər iki quruma üzv təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilib.

Tədbirdə Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu  nümayəndə heyəti də iştirak edib. Eyni zamanda İƏT Gənclər Forumunun sədri Elşad İskəndərovun iştirakçılara ünvanlanmış və təşkilatın fəaliyyətini əks etdirən müraciəti oxunub.

İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzindən musavat.com-a verilən məlumatda qeyd olunur ki, 3 günlük görüşün nəticəsi olaraq qəbul olunan yekun qərarlarda BMT və İƏT strukturları arasında müştərək fəaliyyət proqramları çərçivəsində İƏT Gənclər Forumunun siyasi,   iqtisadi və sosial sahələr üzrə təklif etdiyi bir sıra tədbirlər, o cümlədən bu ilin sentyabrında İordaniyada Beynəlxalq Gənclər Düşərgəsinin və Sudanda Afrika müsəlman Gənclər Forumunun keçirilməsi də öz əksini tapıb.

Rabat sessiyası çərçivəsində İƏT Gənclər Forumu nümayəndə heyəti gələcək əməkdaşlıq yolları müzakirə etmək üçün BMT-nin üzv qurumları nümayəndələri ilə danışıqlar aparıb.

Bundan başqa Rabatda İƏT Gənclər Forumu Şimali Afrika regionu üzrə Beynəlxalq Gənclər Məşvərət İclası keçirib. Məşvərət İclasının əsas məqsədi bu ilin aprel ayında Bakıda keçirilmiş İƏT Gənclər və İdman nazirlərinin 4-cü Konfransında qəbul edilmiş İƏT Gənclər Strategiyası və Gənclərin Birgə Fəaliyyət Planı sənədlərinin reallaşdırılması, icrası və bu istiqamətdə yeni ideyaların və layihələrin müzakirə edilməsi olub.

Tədbirə sədrlik edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov təşkilatın sədri səfir Elşad İskəndərovun iştirakçılara ünvanlanan müraciətini oxuyub. Müraciətdə Elşad İskəndərov gənc liderləri kreativ ideyalar ətrafında müzakirələr aparmağa və Gənclər Strategiyasının icrası ilə bağlı layihələrdə Afrika regionu gənclərini aktiv olmağa, bu layihələrdən regionun inkişafı üçün maksimum yararlanmağa çağırıb.  

Daha sonra İƏT Gənclər Forumunun əməkdaşı Alpay Əhmədov Forumun həyata keçirdiyi beynəlxalq layihələr - Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda, Xocalıya Ədalət beynəlxalq məlumatlandırma kampaniyası, İƏT Gənc İş Adamları Şəbəkəsi, İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası, İƏT Gənclər Paytaxtı, İƏT Startap və digər layihələr haqda geniş təqdimatla çıxış edib.

Tədbirin davamında iştirakçılar Gənclər Strategiyası ətrafında geniş müzakirələr aparmış, işçi qruplara bölünərək bu strategiyanın icrası ilə bağlı tək Afrikada deyil, Orta və Yaxın Şərqdə də gəncləri narahat edən siyasi, sosial-iqtisadi və mədəni problemlərlə bağlı yeni ideyalar irəli sürmüş, strategiya çərçivəsində icra oluna biləcək layihələr hazırlayıblar.

Müzakirələrin nəticələri olaraq qeyd olunan, həmçinin təhsil, ekstremizm və gənclər arasında işsizlik mövzuları ilə bağlı müvafiq layihə ideyalarının təqdimatları baş tutub.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar