Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşsizlikdən icbari sığorta oluna biləcəyikmi?

Ölkədə əhalinin sosial müdafiəsi istiqamətində görülən tədbirlər getdikcə genişləndirilir


Bu isə neftdən gələn gəlirlərin azalması fonunda olduqca zəruri və vacib haldır. Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə də başlanılacaq. Bu məsələ müvafiq qanun qəbul olunmasına baxmayaraq, 16 ildir həllini tapa bilmirdi. Halbuki, xarici ekspertlər də qeyd ediblər ki, icbari tibbi sığorta üçün ölkəmizdə hər cür potensial var və Azərbaycanın sözügedən müstəvidə uğurlar əldə etməsi tamamilə mümkündür. 

Sosial müdafiə geniş məsələ olduğundan, onun icrası müxtəlif istiqamətlərdə həyata keçirilməli, iqtisadi və maliyyə baxımından məntiqi xarakter daşımalıdır. İşsizlikdən icbari sığorta mexanizmi də bunun tərkib hissəsidir. Belə bir sosial müdafiə üsulu və praktikası ölkəmizdə yox idi. Amma bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən artıq bununla bağlı müvafiq hüquqi-normativ bazanın hazırlandığı haqda məlumatın açıqlanması sözügedən mexanizmin tezliklə bizdə də təşəkkül tapacağını göstərir. Bu isə olduqca sevindirici haldır.

Məsələ bundadır ki, ölkəmizdə işsizlik statusunun müəyyən edilməsi və buna müvafiq olaraq da müavinət verilməsi mexanizmi var idi və bütün çatışmayan cəhətlərinə baxmayaraq, uğurla fəaliyyət göstərməkdədir. Yeri gəlmişkən, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı təxminən 30 min nəfər təşkil edir ki, onların da 40%-i qadınlardır. İşsizliyə görə ödənilən müavinətin orta məbləği təxminən 300 manata bərabərdi. 

Ümumiyyətlə, “Məşğulluq haqqında” Qanuna əsasən, işsizlik statusuna malik olan şəxslərin bir qismi müavinət alır. İşsizlik statusunu isə məşğulluq mərkəzləri verir ki, mərkəzdə qeydiyyata alınan vətəndaş 10 gün ərzində işlə təmin olunmaq haqda təklif almazsa, ona rəsmi işsiz statusu verilir və buna görə də müavinət ödənilməyə başlanılır. Lakin, müavinətin ödənilməsi müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa 12 aylıq dövr ərzində 26 həftədən çox təşkil etmir. 

İşsizlikdən icbari sığorta sistemi isə bundan daha mükəmməl və təkmil variantdır. Belə ki, bu, işçinin işə götürən tərəfdən daha ətraflı və geniş aspektdə sığortalanmasını təmin edən bir mexanizm sayılır. Məqsəq isə işçinin bu və ya digər səbəbdən işini itirərək işsiz statusu qazandığı halda onu maddi cəhətdən daha mükəmməl sığortalamaq və iqtisadi mənafeyini nəzərə almaqdır. 

Məsələnin müsbət əhəmiyyətləri bunlardır: birincisi, hər bir işçi işsiz qalacağı halda bir növ özü özünü qabaqcadan sığortalamış olur, ikincisi isə işə götürənin işçi qarşısında məsuliliyyəti bir az da artır, üçüncüsü, işçinin çalışdığı yerdə aldığı əməkhaqqıya uyğun olaraq əgər müəyyən iqtisadi öhdəlikləri yaranıbsa, iş yerini itirdikdə bunları əvvəlkitək yerinə yetirmək imkanı olur, dördüncüsü, işçilərlə əmək müqavilələrinin bağlanmasına və ən əsası da əmək haqlarının səviyyəsini düzgün göstərməyə maraq ikiqat artır, beşincisi, işəgötürənlərin böhran və sair səbəbdən əgər artıq işçi qüvvəsindən xilas olması lazım gələrsə, bu istiqamətdə sərbəst qərar qəbul etmək imkanları yaranacaq.

Siyahını bir az da uzatmaq olar. Əsas odur ki, bu məsələ tibbi sığorta qədər əhəmiyyətlidir və vacib xarakter daşıyır. Sözügedən istiqamətdə hazırlanan qanun layihəsinin uğurlu tədbiq ediləcəyi təqdirdə isə ölkəmizdə əmək şəraitinin daha da yaxşılaşmasına nail olunmaqla yanaşı, əməyin ödənişi sisteminə nəzarət artacaq və bu sahədə şəffaflıq prinsipi öz təsbitini bir az da güclü şəkildə tapacaq. 

Eyni zamanda bu, əməyin keyfiyyət səviyyəsini də müəyyən etməyə imkan verəcək, nəticədə işsiz statusu daşıyanların peşə qabiliyyətlərini aşkarlamağa imkan yaranacaq.

İnkişaf etmiş ölkələrdə bu sistem çoxdan fəaliyyət göstərməkdədir. Lakin icbari tibbi sığorta sistemi kimi bütün ölkələrdə heç də rahat şəkildə həyata keçirilmir. Elə ölkələr var ki, uzun illərdir işsizlikdən icbari sığorta sistemindən istifadə etsələr də, müəyyən vaxt keçdikcə problemlər ortaya çıxır. 

Odur ki, ölkəmizdə də heç bir tərəddüd etmədən və çəkinmədən bu sistemin tətbiqinə başlanmalıdır. Əsas odur ki, ilkin addım atılsın, çatışmayan cəhətlər isə sistem işlədikcə həllini tapacaq.

Hələlik məlum olan isə bundan ibarətdir ki, ƏƏSMF tərəfindən hazırlanmış layihə ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işsizlikdən sığortası ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən edəcək və işsizlikdən sığorta əməliyyarı işsizlər üçün müavinət kimi ödəniləcək. Qeyd olunur ki, sözügedən layihə ayrı-ayrı strukturlar ilə də razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək.

Fikrimizcə, hazırda dünyada hökm sürən iqtisadi çətinliklərin üfuqdə daha da dərinləşəcəyinin göründüyü fonda yaranacaq böhran şəraitində ölkəmizdə də bir sıra iqtisadi və təsərrüfat subyektlərinin müəyyən ixtisarlara gedəcəkləri gözləntisi ilə əlaqədar, işsizlikdən icbari sığorta sistemi haqda qanun tezliklə bizdə işə salınmalıdır.

Pərviz Heydərov(azvision.az)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar