Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşlənmış avtomobillərin qiyməti qalxır – Qiymətlər+Siyahı


Azərbaycanda işlənmiş avtomobillərin qiymətində kəskin bahalaşma müşahidə edilir


Unikal.org xəbər verir ki, avtomobil bazarında ili 1993-1999-cü il olan “Mercedes” markalı avtomobillərdə 1500-3500 manat arası bahalaşma var.

3 ay əvvəl buraxılış ili 1998-ci il olan “Mercedes” E 220-nin satış qiyməti 6500-7500 arasında dəyişirdisə, hazırda bu avtomobilin qiyməti 10500-11500 arasındadır.

3 ay əvvəl buraxılış ili 1996-ci il olan “Mercedes” E 230-nin satış qiyməti 5500-6500 olduğu halda, hazırda 8500-9500 arasında dəyişir.

3 ay əvvəl buraxılış ili 1997-ci il olan “Mercedes” C 180-nin satış qiyməti 6500-7500 civarında idisə, hazırda qiyməti 8500-11500 arasındadır.

3 ay əvvəl buraxılış ili 2007- ci il olan “Hyundai Sonata” satış qiyməti10 000-11500 arasında dəyişirdisə, hazırda qiyməti13500-14500 manatadır.

Bununla belə, “Opel”, “Nissan”, “KİA”, “Lada” (VAZ) markalı avtomobillərdə də bahalaşma qeydə alınıb.

Avtomobil alverçiləri qiymətlərin son 3 ayda artığını qeyd edir və buna səbəb kimi ehtiyat hissələrinin bahalaşmasını göstərirlər:

“Avtomobillərin ehtiyat hissələri ölkəyə çox baha gətirilir. Bununla belə, avtomobil yağları, təkərlərinin qiymətində də bahalaşma var. Avtomobil satışa hazır edilməsi üçün məcburi ehtiyat hissələri yeniləndiyi üçün qiymətlərdə bahalaşma müşahidə olunur. Yanvar ayının 1-dən tətbiq olunan idxal gömrük rüsumunun artımı avtomobillərin qiymətinə daha kəskin təsir göstərəcək”.

Mütəxəssislər qiymətlərin bahalaşmasına baxmayaraq, bu sahədə durğunluğun da müşahidə edildiyini deyirlər:

“Qiymətlər baha, alver isə yoxdur. Əvvəllər avtomobili olmayanlar, bazara tez-tez üz tuturdularsa, hazırda bazarda yalnız avtomobillərini barter edən, yaxud satıb, başqası ilə əvəzləyənlərə daha çox rast gəlinir”.

Qeyd edək ki, Azərbaycana gətiriləcək minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu bu ilin yanvarın 1-dən artırılıb. Tətbiq edilən idxal gömrük rüsumu 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar