Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşıq puluna görə həmkəndlisini güllələdi


Ötən gecə saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində güllələnmə hadisəsi qeydə alınıb


Region TV xəbər verir ki, həmin kəndin sakini, 31 yaşlı Amil Axundov üzərində gəzdirdiyi ov tüfəngi ilə həmkəndlisi, 44 yaşlı Züriyyət Əsgərova atəş açaraq onu ağır yaralayıb.

Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Züriyyət Əsgərovun bacısının dediyinə görə, Amil Axundov uzun müddət imiş onların evində yaşayırmış. Göyçayda olan qardaşı Züriyyət yaşamaq üçün öz doğma ocaqlarına gəlib. 200 manat işıq pulu borcunun olduğunu biləndə Amilə həmin pulun köçürülməsinin lazım olduğunu bildirir. Bununla da həmkəndlilər arasında yaranan münaqişə sonda güllələnmə ilə nəticələnir.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar