Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşdən qovulan sürücü başqa marşrutda fəaliyyət göstərə bilməyəcək


Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib


Onun sözlərinə görə, həmin şəxslərin işdən kənarlaşdırılması və işə götürülməməsi barədə daşıyıcılara məlumat göndərilir: “Bu məsələyə Bakı Nəqliyyat Agentliyi müdaxilə etmir və bu da mənfi bir haldır. Çünki, sürücüləri daşıyıcılar işə götürür. Bu yaxınlarda işdən azad edilən və “qara siyahı”ya salınan iki sürücü ilə bağlı biz bütün daşıyıcılara məlumat göndərmişik. Eyni zamanda həmin sürücülərlə bağlı hüquqi qiymət verilməsi üçün lazımi qurumlara da müraciət edilib. Amma biz düşünürük ki, bu cür şəxslərin də adları konkret bir bazaya daxil edilsin. Bu isə peşəkar sürücü bazası formalaşdırılandan sonra mümkün olacaq”.

M.Ağayev bildirib ki, işdən qovulan sürücülərin təlimlərə cəlb edilərək yenidən işə qəbul olunmasına icazə verilməsi müəyyən qaydalar çərçivəsində baş tuta bilər: “Məsələn, əgər həmin sürücü təlimdən keçmək üçün müraciət edərsə, onun törətdiyi hadisənin ağırlıq dərəcəsi müəyyənləşdiriləcək. Bakı Nəqliyyat Agentliyi bu cür məsələlərə liberal mövqedən yanaşır. Biz maksimum çalışmışıq ki, hər hansı hadisə törədən sürücünü cəzalandırmaq əvəzinə ilk əvvəl maarifləndiririk. Bakı Nəqliyyat Agentliyi bu məsələyə maksimum humanist yanaşır. Lakin, bu o demək deyil ki, agentlik hansısa daşıyıcıya güzəştə gedəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar