Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşdən çıxarılanların müavinəti bu cür veriləcək


“İşsizlikdən sığorta haqqında” qanun gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək


Bu qanun işsiz qalan vətəndaşların sosial ehtiyaclarının ödənilməsinin təmin olunmasına şərait yaradacaq.

Virtualaz.org saytı xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı ilə birgə keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, işçilərin ixtisarı zamanı işdənçıxarma müavinətinin iki aylıq orta əmək haqqı səviyyəsində müəyyən edilməsi, bu müavinətin işdən azad edilən işçinin həmin işəgötürənlə olan əmək stajından asılı olaraq diferensiallaşmış formada verilməsi nəzərdə tutulub.

Nazir bildirib ki, Əmək Məcəlləsinə edilən yeni dəyişikliklərlə işçilərin ixtisarı zamanı məşğulluq orqanından alınan arayışlar əsasında işəgötürən tərəfindən verilən ikinci və üçüncü aylar üçün orta əmək haqqının işəgötürən tərəfindən deyil, məşğulluq orqanları tərəfindən təmin edilməsi nəzərdə tutulub.

Xəbərdarlıq edilmədən işdən çıxarılan işçilər üçün də qanunla nəzərdə tutulmuş müavinətlər ödəniləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar