Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşçi Qrupun əfvlə bağlı siyahısı hazırdır


Novella Cəfəroğlu: “Novruzda əfv olacağına ümidlərimiz böyükdür”


Novruz bayramında əfv olacağı ilə bağlı ümidlər daha da artıb. 

İnsan Haqları üzrə Beynəlxalq İşçi Qrupunun Əfv Komissiyasına təqdim etmək üçün siyahısı tam hazırdır. Sənəddə əfv müraciəti yazan və yazmayan, xəstə, qanunsuzluqlarla üzləşən məhbusların adlarından ibarət ayrı-ayrılıqda cədvəllər yaradılıb.

İşçi Qrupunun üzvü Novella Cəfəroğlu martın 10-15-i arasında toplantılarının keçiriləcəyini bildirdi: “Ümid edirik ki, martın 10-15-dək İşçi Qrupu tam tərkibdə yığışacaq. Hər şey Avropadan gələn nümayəndədən asılıdır. Biz onun iş rejiminə uyğun  hərəkət edirik. Siyahılarımız hazırdır. Jurnalist, xəstə, əfv yazan və yazmayan məhbuslar ayrı-ayrılıqda siyahılar üzrə verilib. Toplantımızda bunlar müzakirə olunacaq. Bundan əlavə, QHT-lərin son durumu da müzakirə olunacaq. Gündəlik hazırlayıb göndərmişik. Novruzda əfv olacağına böyük ümidlərimiz var. Fərdi insanların çoxlu sayda bizə müraciətləri var. Biz onların da məsələsini qaldıracağıq”.
 
Hüquq müdafiəçisi İşçi Qrupunun son üç ayda toplantısının keçirilməməsi məsələsinə də aydınlıq gətirdi: “Biz demişdik ki, iki aydan bir toplaşaq. Yanvarda görüşməli idik. Amma iş fasilələrinə görə yığışa bilmədik. Bilirsiniz ki, Avropada yanvarın 15-dən sonra iş başladı. Buna görə avropalı nümayəndə toplantıda iştirak edə bilmirdi. Parlamentdə olanların qış tətili oldu. Ona görə görüşümüz təxirə salındı. Biz bunlardan asılıyıq. Amma biz daim görüşlər keçiririk. Rüstəm Usubov, Faiq Qurbanov, Azay Quliyev və digərləri ilə görüşmüşük. Leyla xanımla bağlı, İntiqam Əliyevin müayinəyə aparılması kimi məsələlər qaldırmışıq. Sadəcə, mətbuata açıqlamalar vermirik. İşimiz daim var”.
 
Qeyd edək ki, hazırda bəzi məhbusların məhkəmələri davam edir. Onların əfvə düşmək şansları yoxdur. İntiqam Əliyev, Rəsul Cəfərov, Fərəc və Sirac Kərimli qardaşlarının adlarını qeyd etmək olar.
 
Martın 4-də Apelyasiya Məhkəməsində həbsdəki gənc fəal Orxan Əyyubzadənin məhkəmə hökmündən verilən şikayətinə baxılıb. Məhkəmə hökmü qüvvədə saxlayıb.
 
Bu barədə musavat.com-a prosesdə iştirak edən Müsavat funksioneri Tural Abbaslı məlumat verib.
 
Martın 5-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov və müsavatçı məhbus Sirac Kərimlinin növbəti məhkəmə prosesləri olacaq.
 
Vəkil Nemət Kərimli Müsavat başqanının müavini Fərəc Kərimlinin məhkəmə prosesinin gününün müəyyən olduğunu da qeyd etdi: “Proses martın 11-də saat 16:00-da olacaq”.
 
Həbsdəki hüquq müdafiəçisi Leyla Yunusun həbs-qətimkan tədbirinin müddətinin 5 ay uzadılması ilə bağlı apelyasiya şikayəti verilib. Yaxın günlərdə onun müraciətinə baxılacaq. Vəkil Elçin Qəmbərov hüquq müdafiəçisinin səhhətinin günü-gündən ağırlaşdığını bildirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar