Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İş axtaran müəllimlərə xoş xəbər


Bu gündən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanır


Bu gündən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanır. Təhsil Nazirliyinin məlumatına görə, ərizələrin qəbulu 1-15 iyul tarixlərində aparılacaq. 

Bu il ümumilikdə 3511 vakant yer müsabiqəyə çıxarılıb. Həmin yerlərin 3202-si (91 faizi) Azərbaycan bölməsi, 309-u (9 faizi) rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13 faiz), ibtidai sinif (440 yer, 13 faiz), biologiya (387 yer, 11 faiz), fizika (359 yer, 10 faiz) və coğrafiya (341 yer, 10 faiz) fənləri üzrə elan edilib. 

Vakant yerlərin tutulması üçün imtahanların keçirilməsi iyulun 20-26 tarixlərinə planlaşdırlır. İmtahandan keçid balını toplayanlar müsahibələrdə iştirak edəcəklər. Proses avqustda başa çatacaq. 

Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az internet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.
Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar