Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İş adamını qətlində təqsirləndirilən şəxs məhkəmədə ifadə verib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib


APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qalib Kərimov sualları cavablandırıb. Bildirib ki, qətli törədəndən sonra seyfdən 80 min manat pul götürüblər və həmin pulları gecə klublarında xərcləyiblər: “İstintaq məndən 1050 manat götürdü. Qalan pula da bir neçə maşın almışdıq və gecə klublarında xərcləmişdik”.

Q. Kərimov hadisədən əvvəl qətlə yetirdikləri adamla aralarında dava düşdüyünü də deyib.

Zərərçəkmiş şəxsin nümayəndəsi isə bildirib ki, qətli Vüsal törədib, lakin Qalib boynuna götürür. Q. Kərimov isə deyib ki, qətli özü törədib. Bildirib ki, Nəzakət Hüseynova adlı qadının ölümündə də günahlandırılır, lakin onun qətlində əli olmayıb.

O, həmçinin Xaçmaz Polis Şöbəsində təzyiqlərə məruz qaldığını da deyib.

Vəkili Səfər Hüseynov isə bildirib ki, Nəzakət Hüseynova yanğın zamanı ölüb və üzərində xəsarət olmayıb.

Hakim məsələni araşdıracaqlarını deyib.

Proses noyabrın 23-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi keçən il iyunun 16-da Xaçmazda baş verib.

Şəhər sakini İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib. Dəstənin başçısı kimi bilinən V.Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib.

V.Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Dəstə üzvlərinin müxtəlif dövrlərdə quldurluq, oğurluq və digər cinayətləri törətdikləri ortaya çıxıb.

Onlara Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, qətlə yetirilən İ.Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar