Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İş adamından MTN müstəntiqinin atasına sərt cavab


İş adamından MTN müstəntiqinin atasına sərt cavab - cinayət işinin yeni detalları


Axıra kimi gedəcəyini deyən Maqsud Mahmudov: “Bu adamlar mənə qarşı reketlik ediblər, danışdıqları nağıla özləri inanırmı?..”

“MTN müstəntiqi, Eldar Mahmudovun əmrlərinin icraçısı Vüsal Ələkbərovun işçisi Cavid Quluzadənin barəsində xüsusi qərardad ləğv olunmayıb. Bu yalandır. Bilirsiniz ki, Vüsal Ələkbərov həm də ”Texnikabank"dakı qanunsuzluqlara görə 13 il həbs cəzası alıb. Bu adam Cavid Quluzadənin rəisi olub. İndi də növbə Cavid Quluzadənindir. Atasına müəllim peşəsinin sahibi olduğuna görə hörmətim var, amma bu qədər də haqsızlıq etməsin, həqəqətləri gözməzdən gəlməsin".

İş adamı Maqsud Mahmudov MTN müstəntiqi Cavid Quluzadənin atası Məhəbbət Quliyevin fikirlərinə münasibət bildirərkən belə deyib. Bildirib ki, müstəntiqin atası həqiqətləri bilərkdən və ya bilməyərəkdən təhrif edir: “Bildirmək istəyirəm ki, o vaxt Ayaz Gərəyzadə MTN-in adamı kimi ”Texnikabank"a sədr müavini təyin olunmuşdu. Mən Cavid Quluzadə ilə Ayaz Gərəyzadənin kabinetində tanış olmuşam. Yeri gəlmişkən deyim ki, hazırda Ayaz Gərəyzadə “Texnikabank”dakı qanunsuzluqlara görə axtarışdadır.

Onu ora Eldar Mahmudov göndərmişdi ki, bankı tar-mar etsin, bizim kimi iş adamlarının bankda girov olan əmlaklarını, hesablardakı pulları ələ keçirsin. O da həmin vəzifənin öhdəsindən gəlirdi. Məni də Ayaz Gərəyzadə kabinetə çağırıb demişdi ki, bankda girovda olan restoranımı Cavid adlı müştəri alır. Mənə hədələyici tonda “başına problem açma, restoranı ver” demişdi. Cavid də orada bildirdi ki, MTN-in müstəntiqidir. Atası isə deyir ki, guya oğlu mənimlə görüşə sənədlərə baxmaq üçün gəlib. Özü bu nağıla inanır? Bu boyda yalan olar?

Image result for Maqsud Mahmudov

Kabinetdə onların adamı Azad İsmayılov yox idi. Heç bankda da deyildi. Mən Azad İsmayılovu çox sonra tanıdım. Onu məcburi notariusa çağırılanda görmüşəm. Orada Cavid Quluzadə və Azad İsmayılov vardı. Məni elə oradaca Azad İsmayılovla Cavid Quluzadə tanış etdi. Dedi ki, sənədlərə qol çək, restoranı bu kişinin adına keçiririk. Mən notariusun qəbuluna girib dedim ki, bunlar məni mülkümə pul verməyib əlimdən alırlar. Buna görə də notarius alqı-satqı müqaviləsini təsdiqləməkdən imtina etdi. Lakin Cavid Quluzadə axşam 8-ə qədər notariusun bağlanmasına imkan vermirdi. Cavid tez-tez zəng edirdi, “cənab general”, “Akif müəllim” sözlərindən istifadə edirdi. Başa düşdüm ki, Akif Çovdarovla danışır. Bundan sonra notariusa zəng edib müqaviləni təsdiqlətməsini tapşırdılar. O da qorxub müqaviləni təsdiqlədi.

Mənə notariusda, bankda əmlakıma görə 1 qara qəpik belə verilməyib. Bu adamlar mənə qarşı reketlik ediblər. Nərimanov Rayon Məhkəməsində hakim Cavid Quluzadəyə sual verdi ki, “MTN müstəntiqisən, yoxsa notariusda alqı-satqı edən, bank kabinetində alver edən şəxssən?” Cavid Quluzadə bu suala cavab verə bilmədi. Atası bunları bilmirsə, getsin oğlundan soruşsun. Mənim “Texnikabank”a borcum var, yoxdur, bunun Cavid Quluzadəyə, onun atasına aidiyyəti yoxdur. Krediti götürmüşəm, ödəməkdən də yayınmıram.

Mən müəllim adına hörmət edirəm. Cavid Quluzadənin də atası deyir ki, müəllimdir. Amma həqiqəti demir, özünün mənə günlərlə yalvarmasını mənim ona yalvarmağım kimi təqdim edir. Mən şikayət edəndən sonra Cavid Quluzadənin atası Cavid parkına görüşə çağırdı. Görüşə vəkilim Sayyad Məmmədovla getdim. Qoy Cavid Quluzadənin atası yadına salsın ki, həmin görüşdə kim kimə yalvarıb. Deyirdi ki, gəl pulunu hissə-hissə verim, oğlumun adını heç yerdə hallandırma. Belə görüşlərimiz çox olub. Mən Caviddən əlimdən reket qaydasında alınan maşınımı, onun adamı Azad İsmayılovdan isə restoranamı geri tələb etmişəm. Avqustun 9-da Ali Məhkəmə qarşı tərəfin şikayəti üzrə başladığı araşdırma üzrə qərarını elan edib. Həmin qərarda da dediklərim təsdiqini tapır.

Məni əvvəllər məhkum olunmaqda ittiham edir. Məhkumluğumu ödəmişəm, indi isə mənə qarşı cinayət etmiş şəxslərin həbsini tələb edirəm. Etdikləri qanunsuzluqlara, şantajla əmlaklarımın əllimdən almalarına görə cavab verməli olacaqlar. Mən sona qədər mübarizə aparacağam. İş üzrə 3 məhkəmə instansiyasında araşdırma aparılıb. Araşdırmalar zamanı Cavid Quluzadə ortaya bir fakt qoya bilməyib. Əgər o haqlı olsaydı, məhkəmələr onu qoyub mənim şikayətimi təmin etməzdilər. Cavid Quluzadənin barəsindəki xüsusi qərardadın ləğv olunması ilə bağlı atasının dedikləri də həqiqət deyil. Müəllim də olsa atası ictimaiyyətin gözünə kül üfürür, oğlunun qanunsuz, tutduğu vəzifə ilə bir araya sığmayan əməllərini ört-basdır etmək istəyir. Mən bir iş adamı olaraq Cavid Quluzadəyə 1 yox, 10 beton zavoduna sahib olmasını arzulayıram. Amma həmin beton zavodlarını kiminsə əlindən reket qaydasında almasınlar. Gec-tez haram halalı da aparır".

Yada salaq ki, M.Mahmudov məhkəməyə üz tutaraq “Las Veqas” restoranının, “Mercedes” markalı maşının MTN müstəntiqi Cavid Quluzadənin iştirakı ilə reket qaydasında əlindən alındığını, zorən alqı-satqı müqaviləsi bağlandığını qeyd etməklə həmin müqavilənin ləğv olunmasını istəmişdi. Məhkəmə iddianı təmin edib. C.Quluzadə barəsində xüsusi qərardad çıxararaq araşdırılması üçün Baş Prokurorluğa göndərib. Ali Məhkəmənin iş üzrə qərarı avqustun 9-da verilib və M.Mahmudovun iddiası üzrə prosesə nöqtə qoyulub.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar