Xəbər xətti

21 FEVRAL

10:59 Azərbaycan və Türkiyə “Qaz savaşı”nın tən ortasında

10:55 Pxençxan-2018: Almaniya Norveçə çatdı - Medal siyahısı

10:51 “Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olaraq qalır”

10:47 Bakıda əhali sıxlığı: Paytaxt ağır “yük” altında

10:43 Bədənə yapışa bilən displey yaradıldı

10:38 Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

10:29 Almaniya yığması Olimpiadaya 3,5 min litr pivə gətirib

10:25 Netanyahu Mahmud Abbası “terrorçuların sponsoru” adlandırdı

10:21 Bakının iki magistralında sürət həddi endirildi

10:17 Keçmiş polis intihar etdi - Ağdamda

10:13 Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi

10:08 Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılır

10:04 Sabiq deputatlara pensiya veriləcək

10:00 Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

9:58 Azərbaycandan Avropaya daha bir qaz dəhlizi - Təhlil

9:53 Neft ucuzlaşdı

9:49 Suriyada barışdırılma üzrə Rusiya mərkəzi atəşə tutulub

9:46 Bayılda gərginlik artır

9:42 Atəşkəs 135 dəfə pozulub

9:37 Fəxriyə Xələfova: “Dəb olmasaydı, həyat dayanardı”

9:33 Tələbə kreditləri haqda yeni təklif

9:29 Polkovnik: “Ermənilər hücuma keçə bilər”

9:25 “Alpinistlərin tapılmaması qeyri-peşəkarlıqdır”

9:21 ATƏT məşhur təşkilatını Azərbaycana göndərir

9:17 Bakıda gənc qadın intihara cəhd edib

9:14 Mərkəzi Bank notlarını hərraca çıxarır

9:10 Elşən Musayev: “Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə...“

9:06 Bakıda fəhlə özünü öldürüb

9:03 İranın müdafiə nazirinin Bakı səfərinin mümkün səbəbləri

9:00 Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - Təfsilat

0:57 ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək

0:49 Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

0:36 Göygöldə yoxa çıxan gəlin tapıldı

0:28 17 türk məmur Yunanıstana qaçdı

0:14 Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

0:03 Bu gün bürcünüz nələr vəd edir?

20 FEVRAL

23:58 “Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

23:44 Ramil Usubov kral Salmanla görüşdü

23:37 Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

23:25 ABŞ-da orta məktəb atışma ilə əlaqədar təxliyyə edilib

23:11 Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

23:06 Ərdoğandan Əsəd ordusunun həmləsinə ilk reaksiya

22:58 İki dərmanın satışı qadağan edildi

22:42 Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb

22:36 Maldiv adaları uğrunda Çin-Hindistan rəqabəti - Təhlil

22:29 Çexiyanın “Tatra” yük maşınları Azərbaycanda yığılacaq

22:16 Vahid Əhmədov: “Kənd təsərrüfatı sahəsində ikinci mərhələ başlayır”

22:03 Azərbaycanda işsizlərin sayı açıqlandı

21:55 YPG qüvvələri Afrindən geri çəkilib

21:42 Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi

21:37 Poroşenko Donbasda ordudan istifadəni qanuniləşdirdi

21:24 İranda təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

21:19 Komitə sədri Cocuq Mərcanlı məscidində

21:07 Bakının iki rayonunda qaz olmayacaq

20:55 Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq”

20:41 “Seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək”

20:39 “ABŞ Suriyada öz regional maraqlarından əl çəkməyəcək”

20:27 Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət qrafiki dəyişir

20:14 “Erməni və Azərbaycan icmaları arasında dialoqun qurulması vacibdir”

20:03 Bakıda şirkət və mağazadan oğurluq edildi

19:58 Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

19:55 “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər

19:51 Bu sürücülər 50 manatadək cərimələnəcək

19:46 Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək

19:42 Reks Tillerson: “Kim məni əsəbiləşdirir”

19:37 Böyük Vətən Müharibəsi veteranlarının prezident təqaüdü artırıldı

19:31 Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

19:26 Əhalinin su sayğacları ilə təmin edilməsinə 15 milyon pul ayrıldı

19:23 Əsəd ordusu Afrinə daxil oldu

19:19 AKP-MHP ittifaqı seçkiyə bu adla girəcək

19:14 Tehranda polislə dərvişlərin toqquşdu: 6 ölü

19:10 Kılıçdaroğlu: “Qardaş Azərbaycanın kədəri Türkiyənin kədəridir”

19:06 Əfv Komissiyasının növbəti iclası keçirilib

19:02 İranda böhran dərinləşir

18:57 Azərbaycan - Makedoniya matçının vaxtı və stadionu dəqiqləşib

18:53 STP Tacikistana kabel ixrac edəcək

18:48 Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

18:41 “Cəzalandırmasaq, sabah fəlakətlər qarşısında aciz qalacağıq”

18:36 Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

18:34 Vətəndaşın qeydiyyat vəsiqəsi itib

18:31 Azərbaycanda 21 xarici vətəndaş saxlanılıb

18:29 FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

18:27 Tanınmış rejissorda ağır xəstəlik tapıldı

18:23 İlham Əliyev sərəncam imzaladı

18:19 Sabahın məzənnəsi

18:15 Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi?

18:11 SOCAR-ın trest müdiri ittihamlara cavab verdi

18:09 “The Daily Caller”: Azərbaycan Amerikanın mühüm müttəfiqidir

18:05 “Kağıza “ayda 100 min” yazıb qabağıma qoydu, dedi...”

18:02 Bakıda dövlət qurumunun binası yanır

18:00 Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

17:55 ABŞ-a məxsus F-16 qırıcısının havada mühərriki alışıb

17:49 “Oğullarım ikinci ərimi, o da övladlarımı qəbul etmədi”

17:44 Fevral ayının iqlim xarakteristikası açıqlanıb

17:39 “Bayılda sürüşmə prosesi aktiv fazadadır…” – Nazirlik rəsmisi

17:34 Qvardiola baş məşqçiyə hücum etdi

17:29 Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır

17:24 Ziyafət Əsgərov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini ilə görüşdü

17:20 Rusiya mediası: “FTX “Qazprom”da genişmiqyaslı yoxlama aparır

17:15 Rusiyada azərbaycanlılar çinli turisti qarət etdi

17:10 İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

17:05 Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

17:00 Ermənistandan Avropaya şikayətlər artır

16:55 Şəhriyar del Gerani: “Dediyim bütün fikirlərin arxasındayam”

16:50 Moskva polisi məşhur azərbaycanlı bloqeri saxladı

16:44 Göygöldə itkin düşən gənc qadın tapılıb

16:39 Ziya Məmmədov evinin yanması xəbərindən danışdı

16:34 Direktor: “Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir”

16:28 Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəlli oldu

16:23 Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapıldı

16:16 Lənkəranskinin qatili bilindi

16:10 Boksçumuz turnirə qələbə ilə başladı

16:03 Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir

15:58 Livanlı general Tel-Əvivi hədələdi

15:53 Ərdoğan Afrinin mühasirəyə alınacağının anonsunu verdi

15:48 Sosial sığorta üzrə borclu şəxslərin sayı və tənzimlənəcək borcun məbləği açıqlanıb

15:43 Bayılın ardınca bu ərazilərdə sürüşmə aktivləşdi

15:35 Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb

15:30 “Messi və Səddam”

15:23 Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb



MÜSAHİBƏ

...

İsgəndər Həmidov: “Yalandı, mən onu vurmamışam”

Tarix 05.02.18, 10:10

Font ölçüsü : - / +
bitmap-img6

PİA.AZ keçmiş daxili işlər naziri İsgəndər Həmidovun müsahibəsini təqdim edir


Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır. 

- İsgəndər bəy, sizin haqda şeir yazanlar çox olub deyəsən…

- Hə, mənim haqqımda çox şeir yazıblar.

- Birini xatırlayıram: İlham Qəhrəmanın şeiri...

- Hə, İlham bəy də yazıb, başqaları da. Çox adam yazıb. Ancaq sizə bir şey deyim. Mən insan haqqında, şəxsiyyət haqqında şeir yazılmağını xoşlamıram.

- Niyə?

- Bütləşdirməni sevmirəm. Heç nəyi və heç kimi bütləşdirmək olmaz. Mən həmişə qəhrəmanlıqdan danışanda demişəm ki, xalqım, millətim qəhrəman olsun, hansısa şəxslər deyil. Ona görə də tək-tək insanlardan qəhrəman kimi şeir yazılmasını bəyənmirəm. Tək özüm haqqında olanları demirəm. Ümumiyyətlə, şəxsiyyətlər haqqında yazılan şeirləri sevmirəm. Bu tendensiyanı yaxşı qəbul etmirəm. Çünki bu gün şəxsiyyətlər haqqında yazılan şeir 10 il sonra unudulacaq. Kim vəzifəyə gəlir, başa çıxır, ona şeir yazırlar. Axırı nə oldu? Unuduldu getdi hamısı.

- Yəni deyirsiniz, bu şeirlərin bədii dəyəri yoxdu?

- Əlbəttə, yox. Amma məsələn, Əhməd Cavadın “Çırpınırdı qara dəniz” şeiri həmişə dillərdə əzbər qalacaq. Yaxud da Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması. Bunlar ömür boyu yaddaşlarda yaşayacaq.

- Haqqınızda şeir yazılmağına yaxşı baxmırsınız. Bəs İsgəndər Həmidov bir ədəbi qəhrəman kimi necə? Onu yaratmaq olarmı?

- Birincisi, bizim ədəbiyyat çox bərbad haldadı. Mən hansısa kitabın elektron formasını qəbul etmirəm. O kitab canlı şəkildə gözəldi. Elə oxuyanda həmin qəhrəmanın nə yaşadığını daha yaxşı hiss edirsən. Mən istəyərdim bizim qəhrəmanlar haqqında, şəxsiyyətlər haqqında romanlar yazılsın. Amma Qarabağ azad olunandan sonra. Kimisə tərifləmək...

- Xeyr, tərif mənasında demirəm. Bütün tərəfləri ilə. Tarixi şəxsiyyət kimi deyil, bir bədii əsərin qəhrəmanı kimi deyirəm...

- Mən sənə həyatımı danışaram, orda çoxlu müsbət tərəflər taparsan. Gözəl bir kitab da yazarsan. Amma biri qıraqdan çıxıb deyər ki, torpağımızın bir hissəsi ermənidədir, nə müsbət tərəflərdən, qəhrəmanlıqdan danışırsan?

- Sizin maraqlı avtobioqrafiyanız var. Polis, keçmiş nazir, həbs həyatı...

- İstəyərdim kitab yazılsın. Amma tək İsgəndər Həmidovun həyatı olmasın, kompleks olsun. Çünki İsgəndər Həmidovun həyatı çox adamdan keçib. O adamlar da orda yazılmalıdır. Mən həbsdə olanda oğrular vardı ki, onlar haqqında kitablar yazılırdı, amma o oğrular məni oğru səviyyəsinə qaldırmışdılar. Çünki sözünü deyən yeganə adam idim. Amma məğlub olmuşuq. Allah məni bu dünyadan məğlub aparmasın.


- İsgəndər bəy, rus dilində təhsil almısınız bildiyim qədəri ilə...

- Orta məktəbi rus dilində oxumuşam. Şair Vahid Əziz iki sinif məndən yuxarıda oxuyurdu. O vaxt biz Lermantovun, Puşkinin pafoslu şeirlərini əzbərləyirdik. Onda ana dilimiz rus dili idi. Çox təəssüf ki, belə bir zamana düşmüşdük. Azərbaycan dili və ədəbiyyatı dərsini Leyla adlı müəlliməmiz keçirdi. Onun sayəsində Azərbaycan ədəbiyyatı ilə tanış olmuşduq. Mən Əhməd Cavadın “Çırpınırdı qara dəniz” şeirini 10-cu, ya da 11-ci sinifdə oxuyanda bir neçə saat özümə gələ bilmədim. Deyirdim, gör bu adam sovetin kəsə-kəs vaxtında necə bir şeir yazıb? Qabaqlar Bakıda çox gözəl ənənə vardı. Şairlər, incəsənət adamları, məşhur xanəndələr yığılırdı ya filarmoniya bağına, ya Nizami tərəfdəki bağa, ya da “Beşmərtəbə”nin yaxınlığındakı bağa. Mən elə vaxtda instituta girdim ki, Əliağa Vahid, Xan Şuşinski, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Şahmar Ələkbərzadə, Famil Mehdi ora gəlirdi. Mən sizə dəqiq deyirəm. Milli düşüncəni, milli ruhu bizim şairlərin şeirlərindən öyrənmişəm. Yəqin siz də bilirsiniz, Famil Mehdinin bir şeiri var:

 
Anam Qarabağın, Milin, Muğanın,

Siz də mənim kimi eşqilə yanın.

Başına döndüyüm Azərbaycanın,

Dəli Kürüyəm mən, Arazıyam mən.


Bu şedevrdi. Yaxud Bəxtiyar Vahabzadənin “Gülüstan poeması”.

Min ləkə vurdular şərəfimizə

Verdik, sahibimiz yenə "ver" - dedi.

Lap yaxsı eləyib doğrudan, bizə

Biri "baran" - dedi, biri "xər" - dedi...

Biz onda məəttəl qalırdıq ki, Sovet vaxtı bu kişilər belə şeirlər yazıblar. Mənim qəlbimdə də milli azadlıq duyğusunu Azərbaycan şairləri yaradıb. Vətən haqda şeirə gəldikdə... Düşünürəm ki, heç kim Məmməd Araz kimi yaza bilməzdi. Vətən məhəbbətini Məmməd Araz kimi təsvir eləyən ola bilməzdi.

- Şəxsən tanıdığınız şair, yazıçılar da olub yəqin ki...

- Rəhmətlik Şücaət, Bəhmən Vətənoğlu... Çox yaxın idik. Onlara əsl xalq şairləri deyə bilərik.

- El şairləri...

- Bəli. Sovetin ən kəskin tənqidi Şücaətin, Bəhmənin şeirlərində var. Eləcə də Bəxtiyar müəllimin şeirlərində. Allah rəhmət eləsin onlara. Ümumiyyətlə, yazıçı, şairlərlə tanışlığım var idi. Onlarla çox xatirələrimiz var.

- Birini yada sala bilərsiniz?

- Məsələn, Xudu Məmmədovun söhbətlərinə doymaq olmurdu. Onun da şeirləri vardı. Mən belə hesab edirəm ki, Azərbaycan ədəbiyyatı, xüsusən şeir sənəti çox zəngindi. Əsasən də indiyə baxanda. Azərbaycanda şeir milli dirçəlişə çox böyük təkan verdi. Məsələn, Səməd Vurğunun şeirləri harda var? İndi Səməd Vurğun haqqında orda-burda fikir səsləndirirlər, tənqid edirlər. Amma Səməd Vurğunun “Komsomol” poemasında “Dünya” şeirini kim yaza bilib ki? Bu şeiri nə ilə müqayisə eləmək olar? Yaxud Cəfər Cabbarlının “Ana” şeirini götürək. Azərbaycan ədəbiyyatında, incəsənətində ən böyük hörmət elədiyim şəxs Cəfər Cabbarlıdır. O, hərtərəfli klassikdir. Azərbaycan ədəbiyyat beş-on klassik var. Onun biri Haqverdiyevdi, biri Sabirdi, biri Cəlil Məmmədquluzadədir, biri də Cəfər Cabbarlıdır. Bu şəxsiyyətləri heç zaman Azərbaycan xalqının yaddaşından silə bilməzlər. Səməd Vurğun bir ömür sürüb, köçüb dünyadan. Bu gün də şeirini bircə dəfə oxuyanda yadında qalır. Ölünün arxasınca danışmaq nə deməkdi? Bu da bizim bir bədbəxtçiliyimizdir. Bir-birinin dalınca danışmaqdan ötrü ölürük.

- İsgəndər bəy, Bəxtiyar Vahabzadə ilə də yaxın olardınız..

- Çox yaxın. Mən Bəxtiyar müəllimi uca bir dağın zirvəsi kimi xatırlayıram. Həm hərəkəti, həm ağlı. Sındıra bilmədilər, sata bilmədilər onu. Mən istəyərdim ki, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov haqqında kitab yazılsın. Əsl qəhrəman onlardı. Düzdü, bəyənməyənlər də ola bilər. O da onların fikridir. Hamının birini bəyənməyi şərt deyil. Amma Bəxtiyar nəhəngdir. Eləcə də Şücaət, Bəhmən və digərləri.

- Hiss edirəm şeiri çox sevirsiniz...

- Yox, romanları, povestləri də sevirəm.

- Amma şeirə daha çox bağlısınız...

- Bəli.

- Murad Köhnəqalanı necə? Tanıyırsınız?

- Yaxşı tanıyıram.

- Necədi şeirləri?

- Muradın şeirlərini iki yerə bölmək olar. Birincisi mənə ləzzət eləyir, o biriləri mənim qavradığımdan kənara çıxır.

- Yəqin ki, qoşma-gəraylı dövrünü bəyənirsiniz...

- Hə, hə... Mən belə hesab edirəm ki, insan iki yerə bölünə bilməz. Bizim elə gözəl şairlərimiz var ki... Deyirsən, nə gözəl şeirlər yazıb. Amma yaxından tanıyandan sonra görürsən ki, onun yazdıqları ilə əməli üst-üstə düşmür.

- Murad Köhnəqala ilə aranızda dava da olmuşdu...

- Yox, olmayıb.

- Bəxtiyar Vahabzadənin üstündə...

- Bəxtiyar Vahabzadəyə kim qarşı çıxsa onun cavabını verərəm. Bu günün özündə də. Bəxtiyar Vahabzadə milli azadlıq hərəkatının müəllimlərindən olub. Sovet vaxtı “biz türkük” deyən nəhəng bir adamdı. Ona çox böyük hörmətim, sonsuz məhəbbətim var.

- Hadisə deyəsən Əhməd Cavadın yubileyində olmuşdu. Murad Köhnəqala Bəxtiyar Vahabzadənin çıxışına etiraz edibmiş...

- Bəli, orda olmuşdu.

- Onda daxili işlər naziri idiniz?

- Hə, məncə, elə olmalıydı. Elə xatırlayıram. Bilirsən, Bəxtiyar müəllim yandı, kül elədi özünü. Milləti uğrunda. Oturub qıraqda ona qiymət vermək asandı. Heç kimi qınamaq olmaz. Səməd Vurğunu da, digərlərini də. Məsələn, Əhməd Cavad bir şeirinə görə sürgün elədilər. Oğlu 50 yaşında gəlib anasını tapdı. Sovet hökumətinin əleyhinə səs veriləndə, durdu dedi ki, nə təhər sovet hökuməti olmadan yaşamaq olar? Mən onu da qınamıram. Çünki o prokuror işləyirdi, atasının şeirindən xəbəri yox idi. Amma biz öyrənirdik. Sənə deyim ki, Cəfər Cabbarlı xəstələnib ölməsəydi, onu da gülləyəcəkdilər. Süleyman Rüstəmi tənqid edirlər, yaltaq deyirlər. Axı onun o taylı-bu taylı şeirləri də olub. Zamanasına görə belə də olub, elə də. Əhməd Cavad isə nə elə, nə də belə olmamışdı.

- Sizə o yubileydə Muradın hansı sözü təsir eləmişdi?

- Murad savadlı adamdı, istedadlıdır. O zaman Murad durub dedi ki, guya Bəxtiyar müəllim Əhməd Cavaddan çox oğurlayıb. Bu söz mənə təsir elədi. Çünki Bəxtiyar müəllim heç kimdən heç nə oğurlamamışdı.

- Vurmuşdunuz Muradı?

- Yox, yox.

- Axı deyirlər, elə bir şey olub.

- Mən əl qaldırmamışam. Heç vaxt. Amma sözümü deyərəm. Şair olanda nə olar?

- Yazıçılardan  kimləri oxumusunuz? Kimləri sevirsiniz?

- Haqverdiyev, Mirzə Cəlil – bunlar klassiklərdir. Məncə, bizdə roman sənəti o qədər də güclü deyil. Dünya ədəbiyyatı ilə müqayisə etdikdə zəifik. Məsələn, Aleksandr Düma, Volter Skot, Hüqo. Tolstoy zirvədir. Hüqonun təkcə “Səfillər” əsəri kifayətdir. Onlar elə yazıblar ki, o romanlarla yaşayırsan. O.Henri, Aqata Kristini də sevirəm.

- Hava küləklidir. Markesin fikri yadıma düşdü, deyir, külək olmasaydı, dünya çox şey itirərdi, amma ədəbiyyat olmasaydı, elə də çox şey itirməzdi.

- Bilirsiniz, ədəbiyyat olmasaydı dünya tam olmazdı. Biz insan olmazdıq, olardıq heyvan sürüsü. Mədəniyyət olmazdı. Bizi hislər deyil, instinktlər idarə edərdi. Ədəbiyyat insanda hislər yaradır. Mən kitab oxumayan adam görəndə təəccüblənirəm. Kitab oxumayan insan necə yaşayır? Anlaya bilmirəm bunu.

- Sizin haqda belə təsəvvür yaranmışdı ki, İsgəndər bəy kitab oxumayandı, dünya mədəniyyətindən xəbəri yoxdu...

- Bu Moskvapərəst qüvvələrin fikridir. Çətin bir şey yoxdu burda. İndiki nazirləri də yığsınlar bir yerə, ovaxtkıları da. Sənin kimi bir oğlan suallar versin, biz də cavab verək, görək kim nə qədər bilir. Bayaq da dedim, biz gedənin dalınca danışmaqdan ötrü ölürük. Səməd Vurğunun dalınca danışmırlar? Bu xasiyyət, xəstəlik bizdə hardandı? İnsanlar başa düşmür ki, biz bu şəxsiyyətləri ucaltmaqla özümüz də ucalırıq.

- Siz deyirsiniz, ölünün arxasınca danışmaq olmaz. Amma şəxsiyyətləri müzakirə eləyirlər. Və sizcə, bu doğru deyil?

- Hamı müzakirə olunacaq. Mənfi də, müsbət də fikirlər səslənəcək. Amma birmənalı olmamalıdır. Səməd Vurğuna pis deyən adam gərək onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələri unutmasın. Səməd Vurğunun partiya haqda şeiri var. Orda hansı partiyadan söhbət gedir? Bəlkə Müsavatı nəzərdə tutur? Yazardı Kommunist partiyası da? Yəni o şeiri belə də analiz etmək olar, elə də. Həmin Səməd Vurğun “Azərbaycan” şeirini də yazıb. Ondan sonra bu haqda çox şeir yazılıb, hansı Səməd Vurğunun şeirindən yaxşıdır?

- Söhbətimizin əvvəlində bütləşdirməyə qarşı olduğunuzu demişdiniz...

- Mən Səməd Vurğunu bütləşdirmirəm, haqqı müdafiə edirəm. Sizə bir şey deyim. Çingiz Abdullayevin birinci kitabı “Mavi mələklər”i oxuyanda mənə ləzzət eləmişdi. Sonra getdikcə zəifləməyə başladı. Artıq bazar üçün yazdı. Axırıncı kitabını oxuyandan sonra ümumiyyətlə, əlimi üzdüm ondan. Yazır ki, Milli Azadlıq hərəkatı bir Pribaltikada var idi, bir də Gürcüstanda, Azərbaycanda yox idi. Bəs yaxşı, Şəhidlər Xiyabanı nədir? Xalq 20 Yanvarda kimi ziyarət edir? Bilirsiniz, necədir? Yazıçı, şair kökündən uzaqlaşmamalıdır. Ola bilər, başqa millətləri sevsin. Amma ilk növbədə Azərbaycanı sevməlidir.

- İsgəndər bəy, özünüz nəsə yazmısınız? Şeir, hekayə...

- Yox. Heç vaxt. Bir şeyi yaxşı bacarmırsansa, eləmə. Gül kimi şairlərimiz var, oxu, ləzzət al da. Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin, Səməd Vurğunun, Ramiz Rövşənin yanında sən nə yazacaqsan? Elə-belə özüm üçün cızma-qara eləmişəm. Bax indi səninlə söhbətimizi də gedib dəftərimə yazacam. Yazacam ki, nəhayət, mənə dəli kimi baxmadılar (gülüşmə). Adətən məni elə qələmə verirlər axı. Vurub-tutan, dəlisov...

- Doğru deyil?

- İnsan həmişə özünü qorumağı bacarmalıdır. Özünü qoruya bilməyən iflasa uğrayır. Bizim dövrümüz gör nə vaxta düşdü? Qarabağ savaşına. Yaxud yanvar qırğını. Demək istədiyim odur ki, cavab verməyi bilməlisən. Özünü müdafiəni bacarmalısan. Biz nə vaxta qədər başqalarından kömək ummalıyıq?

- Yəni, zaman sizə o cür xarakter cızmışdı?

- Bəli.

- Zərdüşt Əlizadəylə də bir münaqişəniz olub.

- Zərdüşt Əlizadə savadlı oğlandı, amma o savad ki, millətə, xalqa xidmət eləmir, heç nəyə gərək deyil. And olsun allaha, əsl savad nənələrimizdə, babalarımızda olub. Diplomsuz savad! Atalar sözlərini götürək. Bizim hansı atalar sözlərimiz səhv çıxıb? İndi atalar sözlərini qoyuruq qırağa, deyirik inteqrasiya etmək lazımdı, yenilik yaxşıdır. Tamam, razıyam, inteqrasiya olmalıdır, yenilik gözəl şeydir. Biz xaricdən iqtisadiyyat öyrənək, mədəniyyət öyrənək. Amma biz ora kanalizasiya turbasından gedirik. Artıq Amerikada, Avropada küçədə öpüşmək söhbəti yoxdur. Onlar o mərhələni keçiblər. Cavan görüşməlidir də, öpüşməlidir də. Amma bunu göstəriş xarakterli eləməli deyil. Bu, məhəbbətdən irəli gəlməlidir.

- İsgəndər bəy, həbsdə hansı kitabları oxuyurdunuz?

- Həbsdə əlimə nə keçirdi oxuyurdum. Gizlin gələn kitablar idi. Dustaqlara gələn kitabların 90 faizi də detektiv, oğru aləmi haqqında kitablar olurdu. Başqa yolum yox idi. Onları oxuyurdum. Mənə desəydilər ki, həyatın boyu ən çox kimin əsərlərini vərəqləyərdin, deyərdim, Sabirlə Cəlil Məmmədquluzadənin.

- Sizi Javerə də bənzətmək olar. Polis, keçmiş nazir. İdarəçilik. Bu vəzifələr İsgəndər Həmidovu ədəbiyyatdan uzaqlaşdırmayıb?

- “Səfillər”də Javer Jan Valjanı buraxır ki, çıx get. Xatırlayırsınız yəqin. Bəxtiyar Vahabzadə ilə çox söhbətlər edirdik. Bir dəfə mənim yoldaşıma dedi ki, bu İsgəndər hardan bilir bu söhbətləri, bu ki ədəbiyyatçıymış. Dedim, Bəxtiyar müəllim, mütaliə edirəm, bunlar hamısı mütaliədən gəlir. Mən polis olanda da oxuyurdum. Tələbəlik illərində davaya gedirdik. Döyülürdük, ya döyürdük, üzümüz-gözümüz qan olurdu, mən yenə kitab oxuyurdum. Davaya gedən yolda kitab oxuyurdum. Mənə gülürdülər. Amma mən sevirdim kitabı. Milisioner hara, milli azadlıq hərəkatı hara? Məni ədəbiyyat bu mənada yetişdirdi.

- Müasir yazarlarımızdan kimləri oxuyursunuz?

- İndi sənə Kəlbəcərdən gənc bir şair göstərərəm, dəhşətə gələrsən. Sadəcə Yazıçılar Birliyində büt yaradıblar, dəlib keçə bilmirsən. Oturublar orda, cavanları qoymurlar yaxına. Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Vahid Əziz sevdiyim şairlərdəndi.

- Gənc yazarlar...

- Seymur Baycanın yazıları çox xoşuma gəlir. Bir az onun Allahsızlığı xoşuma gəlmir. Ateizmə meyllidir. Aqşin Yenisey də elə. Bu gün gənc yazarlarımızın bir bədbəxtçiliyi var. Tale elə gətirib ki, onlar çörək imtahanı verirlər. Çox pis dövrə düşdülər. Yazıçı, şair çörək haqda düşünməməlidir, yazmalıdır sadəcə. Amma onlar çörək qazanmağa məcburdurlar. Bu yaradıcılığı öldürür. Yazıçı qəlbi də kövrək olur axı. Gərək onları incitməyəsən. Bax indi Prezident təqaüdü var. Mən heç düşünmədən, yazıçılarımıza, əsasən də gənclərə ayda 1500-2000 manat pul verərdim ki, çörək dərdi çəkməsinlər. Yaşlılar onsuz da qazanc yolunu tapıblar, dostları var, onlara əl tutanlar olur. Amma gənclərdə elə deyil. Bir dəfə Vaqif Bayatlıyla gəzirdik, iki gənc şair gəlib onunla görüşdü. Əyin-başlarından bildim ki, çətin yaşayırlar. Amma Vaqifin yanına gəlib ondan məsləhət almaları mənə ləzzət elədi.

- Günün nə vaxtı oxuyursuz?    

- Yatmadan əvvəl iki saat mütləq kitab oxumalıyam. Yoxsa gözümə yuxu getməz. Hazırda Mehriban Vəzirin sonuncu kitabını oxuyuram. Mənim üçün kitab oxumayan adam bədbəxtdir.(kulis.az)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Xaləddin İsgəndərovdan “qardaşoğlu” əməliyatı - Biri qovuldu, digəri...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru