Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Qəmbər xaricə aparılır? - Həkimi açıqladı

"İsa Qəmbərin vəziyyəti stabildir və keçirdiyi əməliyyata uyğun tibbi yardım göstərilir"


Bu barədə  İ.Qəmbərin həkimi, kardioloq Firdovsi İbrahimov məlumat verib.

Həkimin sözlərinə görə, artıq onun təzyiqi və qanında oksigen normallaşıb: "Sadəcə əvvəldən keçirdiyi ağır duruma görə hələ ki, xəstəxana şəraitində müalicəsi məsləhət görülür".

F.İbrahimov İ.Qəmbərin müalicə üçün xaricə aparılması ilə bağlı iddialara, habelə qardaşının onu Almaniyaya aparmaq fikrinə də münasibət bildirib:
“İsa bəy ağır durumda Klinikamıza gətirildi və həmin anda ona lazım olan tibbi köməkliyin ən yaxşısı edildi. Sonradan da ona ən ideal tibbi yardım göstərilib. Əzələlərin toparlanması və ya damarların açılması üçün xarici ölkədə tətbiq ediləcək ən son üsulları biz də tətbiq etmişik. Xaricdə olub, bizim tətbiq edə bilməyəcəyimiz bir durum yoxdur. Lakin onun xaricə aparılması ailənin seçimidir”.

Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bir neçə gün əvvəl infarkt keçirərək Mərkəzi Klinikaya yerləşdirilib. Əməliyyat edilib və hazırda kardioreanimasiya şöbəsində müalicəsini davam etdirir.(Publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar