Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Qəmbər ABŞ Dövlət katibi müavininin köməkçisi ilə görüşüb


Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının prezidentliyə namizədi İsa Qəmbər ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricet Brinklə görüşüb


Bu haqda Basta saytı məlumat yayıb.

Sayt Müsavat partiyasının mətbuat xidmətinə əsasən yazır ki, görüşdə Azərbaycan-ABŞ əlaqələri, bir sıra regional proseslər müzakirə edilib: “İsa Qəmbər Azərbaycanın qarşılaşdığı daxili və xarici problemlər haqda danışıb, Qarabağın işğalı, demokratiya, siyasi və iqtisadi azadlıqların boğulması, siyasi məhbus məsələsi və digər problemlərin səbəbləri və həlli yolları barədə fikirlərini bildirib. Xanım Brink öz növbəsində ABŞ-ın Azərbaycanla münasibətlərə hərtərəfli yanaşdığını, o cümlədən demokratiya və insan haqları məsələsinə ciddi önəm verdiyini söyləyib.

Görüş zamanı əsas müzakirə edilən mövzulardan biri də Azərbaycanda 2018-ci il oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin 6 ay irəli çəkilməsinin və 11 aprelə təyin edilməsinin səbəbləri və mümkün nəticələri olub”.

ABŞ səfirliyində keçirilən görüşdə səfir Robert Sekuta da iştirak edib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar