Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Əzizovu kimlər və niyə “sındırıb”?


Dustağın əlinə süpürgə verməyin anlamı...


Bir qrup idmançı dostu ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini yerinə yetirən şəxsləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb. Həmin fotolarda İ.Əzizovun türmənin həyətini süpürdüyü qeyd olunub.

Bu isə artıq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bunu bir “bərkgedən”in məqsədli şəkildə “sındırılması”, bunun mediaya ötürülməsi kimi qiymətləndirən də var, baş verənləri haqsızlıq adlandıran da. 

Maraqlıdır ki, bu, ilk belə hadisə deyil. Bir neçə il öncə 30 aprel Azərbaycan Dövlət Neft Akademiyasının ildönümü ilə bağlı anım yürüşü zamanı saxlanılaraq, 10 sutka inzibati həbsə məhkum edilən NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin(onlar inzibati  həbsə məhkum edilmişdilər-S.T) cəzaçəkmə müəssisəsində çəkilmiş şəkilləri yayılmışdı. Şəkillərdə gənclər qaldıqları kameralarda təmizlik işləri apararkən və müəssisənin həyətində işləyərkən görüntülənmişdilər.

Həmin vaxt məlum olmuşdu ki, yayılan şəkillər gizlin çəkilib. Bunu edən isə saxlanma məntəqəsinin işçiləri olub. Şəkillərin mediaya ötürülməsi isə məqsədsiz olmayıb. Bununla guya ki, gəncləri sındırmaq məqsədi güdülmüşdü. Bundan başqa, türmədə gənclərin saçını da zorla kəsmişdilər. Sözügedən zorakılıq da eyni məqsədə xidmət edirdi - gəncləri ictimai sektorda nüfuzdan salmağa. Baxmayaraq ki, onların həbs motivi bəlli idi və verilən “cəza” effekt yaratmadı.

Bəs əslində bu cür cəza növlərinin məqsədi nədir? Oğru dünyasının qaydaları, türmənin daxili nizam-intizamı, yoxsa “yuxarılardan” gələn tapşırıq?




Eks-siyasi məhbus Əvəz Zeynallı bildirdi ki, ümumiyyətlə, həbsxananın içərisində heç cür şəkil çəkmək imkanı yoxdur: “Təsəvvür edin ki, bunun üçün rəisdən də yuxarı səlahiyyət sahibi göstəriş verməlidir. Əgər İsa Əzizovun şəklini çəkiblərsə, xüsusən də iş gördüyü yerdə, bu, ciddi mesajdır, ”onu sındırdıq" deməkdir. Onun ictimailəşdirilməsi isə məqsədlidir. Özü də İsa Əzizovdan daha çox, onun böyüklərinə. Onlara demək istəyirlər ki, cəmiyyətdə bu cür özbaşınalıq edənləri bu formada cəzalandıracağıq". 

Müsahibimizin sözlərinə görə, həbsdəki idealistlər, jurnalistlər, bir sözlə, siyasi məhbuslar o işləri görmürlər: “Onlar hətta xırdaca bir daş parçasını belə kənara atmırlar. Bura oğru dünyasının üzvləri də daxildir. Onlar da bunu etmirlər. Onu etməməyin üzündən günü zəhərə çevrilən məhbuslar olub. Türmədə əlinə süpürgə verilmək çox ciddi aşağılanmaqdır. Bunu etmədiyinə görə Qobustana göndərilən, ən ağır zona yollanan, özünü doğrayan məhbuslar olub. Bu idmançını isə xüsusi alçaldıblar. Şəklini çəkib, yayıblar. Burada söhbət Pentensiar Xidmətdən, onun arxasındakı gücün nişanəsindən gedir. Bir güc başqa gücə deyir ki, biz sizi belə sındırırıq və sındırarıq”.

Kriminal aləmə yaxın olan bir şəxs isə deyir ki, İ.Əzizovun bu şəkildə “sındırılması” yanacaqdoldurma məntəqəsində operatoru döyməsinə, yaxud başqa səbəblərə görə olmaya bilər: “Bu daha çox İsa Əzizovun daha əvvəl bir qadını döyməsi ilə bağlı ola bilər. Çünki ”içəridə" də qadın döyənlərə yaxşı baxmırlar və “sındırırlar”".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar