Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanın şansı sıfıra bərabərdir


“ATƏT-in Minsk Qrupu həmsədrlərininn bölgəyə növbəti səfərindən nikbin nəticə gözləmək əbəsdir”


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

Politoloq bildirib ki, ön xətdə davam edən gərgin vəziyyət artıq müəyyən mənada danışıqların nə ilə nəticələndiyinə işıq salır:

Ermənistan vəziyyəti qəsdən gərginləşdirir ki, bölgədə sülh danışıqları üçün münasib şəraitin olmadığını dünyaya təqdim etsin. Bu, Ermənistanın strateji maraqlarına cavab verən bir addımdır. Çünki İrəvan çox gözəl anlayır ki, barışıq-razılaşma erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasından keçir. Bu isə işğalçı Serj Sərkisyan komandasına qətiyyən maraqlı deyil, həm də təhlükəlidir. Çünki Ermənistan siyasi rəhbərliyi neçə illərdir ölkəni ehtiyac məngənəsində saxlayır. İrəvan öz ümidlərini sırf işğalçı siyasətə bağlamaqla Türkiyə, Azərbaycan, ümumiyyətlə, beynəlxalq birliklə vəziyyəti erməni xalqı üçün çıxılmaz edir. Əgər Sərkisyan və silahdaşları kompromislərə getsələr, onda erməni xalqı onları devirəcək. Təmas xəttində gərginliyin artdığı bir zamanda təxribatlara cavab olaraq Ermənistan güclü zərbələr alır, itki verir. Ona görə də belə şəraitdə İrəvan əlindən gələni edir ki, sülh danışıqları baş tutmasın və proses birdəfəlik iflic olsun”.

T.Abbasov bildirib ki, Azərbaycan siyasi rəhbərliyi bütün reallıqları həmsədrlərə olduğu kimi çatdırmaqla Bakının tələblərini layiqli formada ortaya qoyub:

“Həmsədrlərin borcu ondan ibarətdir ki, Ermənistanı məsuliyyətə dəvət etsinlər. Əgər yaxın müddətdə sülh məramı qalib gəlməsə, apreldəki mini müharibə bu dəfə qlobal miqyasda təkrarlanacaq. Diplomatiyanın vəzifəsi ondan ibarətdir ki, güc vasitələrinin işə düşməsinə imkan verməsin. Ermənistan isə hazırda bütün diplomatik gedişləri bilərəkdən alt-üst edirsə, bu, müharibənin qaçılmaz olacağı anlamına gəlir. Ermənistanın bu müharibədən sağ çıxmaq şansı isə sıfıra bərabərdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar