Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanın Bakı-Tiflis-Qars aqoniyası

Ermənistanın prezidenti, baş naziri və parlament rəhbərliyinin mövqeləri haçalandı; politoloq: “Görünür, Karapetyan ölkəsinin düşdüyü vəziyyəti daha yaxşı dərk edir...”


Azərbaycan Rusiya üçün faydalı tərəfdaş olarsa, Moskva İrəvanı Qarabağ məsələsində dəstəkləməyəcək. Əgər bu, baş versə, təbii ki, ermənilər öz işğalçı siyasətindən dönməli olacaqlar”.

 Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirlər Axar.az-a Ermənistanda Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın iştirakı ilə reallaşan layihələrin Qarabağ məsələsinə birbaşa bağlılığı var.

Xatırladaq ki, işğalçı Ermənistanda son günlər BTQ ilə bağlı ikili mövqe mövcuddur. “Erməni sahibkarlarının Bakı-Tiflis-Qars dəmir yolunun xidmətlərindən istifadə imkanları olacaq”. Bunu Ermənistanın baş naziri Karen Karapetyan söyləyib. “Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməyimiz təklifdən asılıdır. Erməni iş adamlarına sərf etsə, onlar Bakı-Tiflis-Qars dəmir yolunun xidmətlərindən istifadə edəcəklər”, - deyə baş nazir bildirib.

“Əgər Azərbaycan Ermənistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyirsə, o zaman Qarabağın ”müstəqilliyini" tanımalıdır". Bu avantürist və səfeh mövqe isə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanova məxsusdur. Axar.az xəbər verir ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın BTQ-yə yalnız Azərbaycan torpaqlarını işğaldan azad etdikdən və öz ordularını Qarabağdan çıxardıqdan sonra qoşula biləcəyi ilə bağlı açıqlamasına cavab verən Şarmanazov erməni xislətini bir daha nümayiş etdirib.

Qeyd edək ki, Bakı-Tiflis-Qars layihəsi barədə 2005-ci ildə niyyət protokolu imzalansa da, layihənin icrasına başlanılması prosesi 2 il ləngiyib. Ermənistanın o zamankı prezidenti R.Köçəryan bu layihəni Azərbaycanın heç vaxt reallaşdıra bilməyəcəyi barədə erməni ictimaiyyətinə vəd vermişdi. O, Avropadan dəstək aldıqlarını, Tiflis-Gümrü-Qars layihəsinin işə düşəcəyini və Azərbaycanın bu meqalayihədən kənarda qalacağını iddia etmişdi.

Bu arada Ermənistan prezidenti S.Sərkisyanın ölkəsini ağır qərarlar gözlədiyini bildirməsi ondan xəbər verir ki, düşmən ölkə BTQ-yə qoşulmaq üçün manevrlərə başlayıb. Ancaq rəsmi Bakının mövqeyi bəllidir. Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edə biləcəyini söyləyib.

“Görünür, Karapetyan ölkəsinin düşdüyü vəziyyəti daha yaxşı dərk edir, yaxud baş nazir postunda qalmaq üçün reallığı anlayaraq region dövlətlərinə öz mesajlarını çatdırır”. Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a söylədi. Ekspert dedi ki, Ermənistanın BTQ-yə qoşulması üçün şərt ortalıqdadır: “Bu şərt dəyişməyəcək və torpaqlarımız işğaldan azad edilməyənədək bu şərtin dəyişməsi üçün də Azərbaycanın mövqeyində hər hansı dəyişiklik baş verməyəcək. Bu, müzakirə edilməyəcək məsələdir. Mövzu qapanıb. Şarmazanovun sərsəmləməsinə gəldikdə isə ona "Rusiya Dəmir Yolları"nın sabiq prezidenti Vladimir Yakuninin Ermənistanın nəqliyyat dəhlizləri ilə bağlı iddialarına münasibətini xatırlatmaq istəyirəm. Vladimir Yakuninin qənaətinə görə, Ermənistanın nəqliyyat dəhlizləri ilə bağlı təşəbbüsləri öz divarından qonşunun divarına doğru dəlik açmaqdan başqa bir şey deyil. Adam haqlıdır. Amma bu dəliyi qonşunun divarında yox, Şarmazanov kimilərin başında açmaq lazımdır ki, üfunət qoxuyan hava bayıra çıxsın".

Politoloq Elçin Mirzəbəyli İrəvanın öz günahı ucbatından Bakı-Tehran-Moskva üçbucağından kənarda qalmasına da toxundu. Lakin bununla belə, əməkdaşlıq formatının ərazilərimizin azadlığına apardığını güman etmədiyinə işarə vurdu: “Azərbaycan-Rusiya-İran formatına birbaşa Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisindən yanaşmaq doğru olmazdı. Amma təbii ki, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu bütün digər əməkdaşlıq formatları və bu formatlar çərçivəsində həyata keçirilən regional və qlobal layihələrdə olduğu kimi Azərbaycan, Rusiyaİran üçlü formatı da ölkəmizə bir sıra üstünlüklər qazandıracaq. Bildiyiniz kimi, bu layihə çərçivəsində həyata keçirilən ”Şimal-Cənub" qlobal nəqliyyat dəhlizinin qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bu marşrut nəqliyyat dəhlizi çərçivəsində ən qısa və əlverişli marşrutdur. Bu layihənin həyata keçirilməsi Ermənistanı tamamilə və həmişəlik olaraq regional əməkdaşlıq çərçivəsindən kənarda qoyur. Çünki Bakı-Tiflis-Qars dəmir yolu Ermənistan və himayəçilərinin Qars-Gümrü-Tiflis layihəsini ürəyində qoyduğu kimi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin qərb marşrutu da işğalçı ölkənin İran-Ermənistan-Gürcüstan-Rusiya, yaxud İran-Ermənistan-Gürcüstan-Bolqarıstan-Yunanıstan və bu qəbildən olan digər nəqliyyat dəhlizləri təşəbbüslərinin üzərindən xətt çəkir. Bu “dənizdən-dənizə” kimi iddialarla işğalçılıq həvəsində olan Ermənistanın qurudan-quruya da yollarını bağlayır. Bu isə şübhəsiz ki, Azərbaycanın böyük uğuru kimi dəyərləndirilməlidir. Digər tərəfdən, hər üç ölkə enerji sektoru sahəsində də yaxından əməkdaşlıq edəcəklərini bildiriblər. Rusiya qazının Azərbaycan üzərindən İranın şimal bölgələrinə çatdırılması ilə bağlı təşəbbüslər var ki, bu da Azərbaycanın həm Rusiya, həm də İranın maraqları baxımından tranzit ölkə kimi əhəmiyyətini daha da artırır".

E.Mirzəbəylinin fikrincə, başqa bir əhəmiyyətli məqam Xəzərin hüquqi statusu ilə bağlı uzlaşmanın əldə edilməsi istiqamətində mühüm addımların atılmasıdır: “Bütün bunlar isə son nəticədə Azərbaycanın güclənməsinə, Ermənistanın isə köşə-dövlətə çevrilməsinə zəmin yaradır”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə qəzetimizə bildirdi ki, Ermənistan bu layihənin gerçəkləşməsi üçün əlindən gələni etdi: “İrəvan Gümrü-Qars dəmir yolundan bəhs edərək Azərbaycan və Türkiyəni onları blokadada saxlamaqda suçladı. İndi isə həyasızcasına bu dəmiryolu ilə yüklərini daşımaq perspektivindən bəhs edir və Gürcüstana müraciətlər etməklə məsələni gündəmə gətirir. Çox maraqlıdır ki, bəzi gürcü yetkililər onlara yüklərini daşımağa yardım edəcəkləri barədə söz verirlər. Məncə, buna qətiyyən yol vermək olmaz”.

Ümumi müşahidələr bundan xəbər verir ki, işğalçı ölkə Azərbaycanın uğurlarının fonunda aqoniya vəziyyətindədir. Elə Sərkisyan, Şarmazanov və Karapetyanın bir-birinə zidd mövqeləri də bundan xəbər verir. Prezidenti güzəştdən danışan ölkənin parlament rəhbərliyindəki adamı Azərbaycanın qarşısına şərt qoyur. Hansı ki, indi şərtləri bütün yolların keçdiyi Azərbaycan irəli sürə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar