Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvan qiyamının pərdəarxası


“Son günlər Ermənistanda baş verən qiyam cəhdləri hakimiyyətin qurduğu siyasi şoudur”


Bunu AzVision.az-a keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli İrəvanda baş verən son hadisələri şərh edərkən deyib.

Politiloq İrəvandakı etiraz aksiyalarını ciddiyə qəbul etmədiyini bildirib: “Ermənistandakı anti-hökumət, anti-dövlət çıxışlarını heç bir ölkədə müşahidə etməmişəm. Təsəvvür edin, bir qrup polis məntəqəsini tutur, ancaq hökumət fövqəladə elementlərdən istifadə etmir. Yəni, polis məntəqəsini azad etmək üçün cəhdlər göstərilmir. Müxalifətin özü də bu proseslərdə yaxından iştirak etmir. Hazırkı proseslər iki təsəvvür yaradır. 

Birinci, Ermənistandakı köhnə müharibə veteranları aranı qarışdıraraq sülh danışıqlarına maneə olmaq istəyirlər. 

İkinci, Sarkisyanın özü tərəfindən yaradılmış xüsusi bir qrup vasitəsilə guya Ermənistan əhalisinin Azərbaycanla aparılan sülh danışıqlarından narazı olduğu görüntüsünü yaratmağa çalışır. Eyni zamanda Ermənistan əhalisini ayağa qaldırmaqla xalqın hazırkı şərtlər daxilində sülh müqaviləsini imzalamağa hazır olmadığını bəyan edir”. 

Q.Hüseynlinin sözlərinə görə, Ermənistanda kifayət qədər ziddiyətli və şübhəli proseslər baş verir: “Qiyamçılar polis məntəqəsini tutubsa, hökumət buna qarşı tədbirlər görməlidir. Ermənistandakı proseslər məntiqə uyğun deyil. Bu gün hakimiyyət üçün təhlükə yaranıbsa və ölkədə vəziyyət doğrudan da gərgindirsə, niyə radikal addımlara əl atılmır, daxili qoşun qüvvələrindən istifadə edilmir? Bunlar deməyə əsas verir ki, proseslər Sarkisyanın özü tərəfindən idarə olunur. Bu hadisələr ziddiyət təşkil edən faktlarla doludur”. 

Politoloq hesab edir ki, Sarkisyanın İrəvanda qurduğu qiyam oyunu müharibə variantını qaçılmaz edir: “Ermənistan rəhbərliyi həm Azərbaycana, həm də Rusiyaya göstərmək istəyir ki, əhali guya sülh danışıqlarının davam etdirilməsinə razı deyil. Ermənistanın məqsədi danışıqlar prosesindən yayınmaqdır. Görünür, Ermənistan yalnız müharibə istəyir. Onlar dinc yolla işğal etdikləri torpaqlardan çıxmaq niyyətində deyillər”.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan da olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar