Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvan Tiflis qarşısında Qarabağ şərti qoydu


Tiflis maraqlıdır ki, Qarabağ münaqişəsi gərginləşmə istiqamətində inkişaf etməsin


PİA.AZ istipress-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanda yaşayan erməni politoloq, Siyasi və Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Conni Melikyan bildirib.

Gürcüstan xarici işlər naziri Mixail Canelidze ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın aprelin 11-də İrəvanda keçirdikləri görüşü şərh edən Conni Melikyan vurğulayıb  ki, Gürcüstanın Dağlıq Qarabağ məsələsinə münasibəti Ermənistanın Abxaziya və Cənubi Osetiya məsələlərində münasibətindən asılıdır.

"Tiflis maraqlıdır ki, Qarabağ münaqişəsi gərginləşmə istiqamətində inkişaf etməsin, Ermənistanda sabitlik olsun. Bizdən ötrü də, əlbəttə ki, maraqlıdır, Tiflisin nə daxili problemləri olsun, nə də qonşuları ilə problem yaşasın. 2008-ci ildə biz bunun şahidi olduq. Tərəflər bu barədə mövqelərini bölüşürlər", - deyə Conni Melikyan bildirib.

Mixail Canelidze və Edvard Nalbandyanın İrəvanda keçirdikləri görüşdən bəhs edən Conni Melikyan bəzi detalları da açıqlayıb:

"Erməni tərəfi bildirir ki, Gürcüstana ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə məlumat verib. Gürcü tərəf isə  Abxaziya və Cənubi Osetiya münaqişələrindən danışıb. Tiflis üçün çox vacibdir ki (bu separatçı rejimlər - red.), dünya və regional səviyyədə tanınmasınlar. Bununla bağlı tərəflər dialoqu davam etdirirlər. İrəvan üçün bu məsələlərdə Rusiya və Gürcüstan arasında çox balanslı yanaşma vacibdir". 

Belə aydın olur ki, Tiflis İrəvan qarşısında Abxaziya və Cənubi Osetiyanı tanınmamaqla bağlı tələb qoyur. İrəvanın da bu məsələdə müəyyən şərtləri var. Amma göründüyü kimi, erməni ekspert belə bu şərtləri açıqlamaq istəmir.

Aprelin 11-də İrəvanda xarici işlər nazilərinin görüşündə bir maraqlı məqam da diqqəti çəkir. Edvard Nalbandyan görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə də  danışdıqlarını bildirsə də, Mixail Canelidze Qara dəniz limanlarının tranzit imkanlarından danışıb. Belə çıxır ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyanın tanınmaması qarşısında Ermənistanı blokadadan çıxarmağa söz verib, bu isə Qarabağ münaqişəsində Ermənistan üçün böyük dəstəkdir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar