Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqda uduzan ABŞ Türkiyənin önünü kəsmək istəyir

Mosul-Bəsrə yolunu kim çəkəcək?


Dünyadakı ən böyük konsulluqlarından birini (600 milyon dollar xərclənib və 200 min m2 ərazini əhatə edir) Ərbildə yaradan ABŞ, İraqdakı seçkidə yürütdüyü siyasət böyük məğlubiyyətə uğradıqdan sonra, gözünü Türkiyənin bu ölkədə artan gücünə dikib.

İraqda keçirilən seçkilərdə ABŞ-ın dəstəklədiyi Heydər əl-İbadi üçüncü yeri tutdu, İranın dəstəklədiyi Hadi əl-Əmiri, ölkədə İran dəstəkli milislərin mövcud gücünə rəğmən, ikinci oldu, seçkini isə millətçi din adamı Müqtəda əs-Sədr qazandı.

İllərdir bu ölkədə rejim dəyişikliyi etmiş olan, ölkəyə minlərcə əsgər yığan, ölkəni yandırıb-yaxan, daxili siyasətilə oynayan ABŞ, sonda bütün siyasətinin iflas etdiyini gördü…

Seçki nəticələri Vaşinqtona gəldikdən sonra əlaqədar qurumlarda analizə başlanıb.

Türkiyə diqqət çəkir

Vaşinqtonda aparılan ilk dəyərləndirmələrin nəticəsi Türkiyə üçün maraqlıdır. Burada region üçün məsuliyyət daşıyan rəsmilərin gəldiyi ilk nəticəyə görə, İraqda ABŞİrana yönəlik simpatiyanın zəifləməsinə baxmayaraq, xalqın Türkiyəyə duyduğu yaxınlıqda azalma yoxdur, əksinə artım var.

Burada hətta ölkənin şiələrin güclü olduğu cənub hissəsində belə, Türkiyəyə qarşı simpatiyanın yüksəlməkdə olduğu təsbit edilib.

Bu təsbit Türkiyənin regiondakı perspektiv maraqları baxımından son dərəcə önəmlidir.

Vaşinqton, İraqda siyasi baxımdan böyük bir məğlubiyyətə uğramasına baxmayaraq, yenə də regionda mümkün olduğu qədər aktiv olmağa ehtiyacı olduğunu bilir. Ərbildə yaradılan konsulluğun böyüklüyü də bu arzunun bir göstəricisidir.

ABŞ hakimiyyəti İraqın gələcəyi ilə bağlı Türkiyənin əlində tutduğu böyük potensialdan çox narahatdır və bunun reallaşmasını önləməkdən ötrü əlindən gələni etmək üçün həmlələr həyata keçirir.

Super magistral

Türkiyə müharibənin dağıntılarından çıxan İraqın yenidən qurulmasında ən böyük rolu alma potensialı olan ölkə olaraq görülür. Bu da səbəbsiz deyil. Misal üçün, deyək ki, Mosul-Bəsrə super avtomobil yolunun tikintisini Türkiyə aparmaq istəyir.

Türkiyə sərhəddinədək gələcək bu yol ölkənin iqtisadi ifrastrukturunun ən böyük (yük) daşıyıcısı olacaq. Vaşinqtondakı mütəxəssislər yaxın gələcəkdə Bəsrə bölgəsinin iqtisadi baxımdan canlanacağını və bu avtomobil yolunun həm bu canlanmanın daşıyıcısı, həm də Körfəz ölkələrinin faydalanacağı bir əlaqə yolu olacağını bilir.

Türkiyənin Bəsrədə diplomatik fəaliyyətini yenidən canlandırmasını yaxından izləyən Vaşinqton, onun İraqda sahib olduğu potensiala əngəl yaratmaq üçün addımlar atır.

ABŞ avtomobil yoluna qarşıdır

Vaşinqton, Suriyadakı YPG qüvvələrinə davamlı olaraq göndərdiyi yardımın keçiş yolunu əngəlləyəcəyinə görə, bu super avtomobil yolunun inşasına mane olmaq üçün əlindən gələni edir. ABŞ-ın bu layihəyə qarşı çıxmasının rəsmi səbəbi Türkiyənin kredit açmağı belə təklif etdiyi bu yolun Suriya kürdlərinə verilən yardımın logistikasını əngəlləyəcəyidir.

Ayrıca, Vaşinqton bu avtomobil yolunun Türkiyənin İraqda və regionda iqtisadi gücünü çox artıracağından da narahatdır.

Vaşinqton, “Habur” gömrük qapısının yerinə, “Ovacıq”ın dövriyyəyə soxulmasını da önləməyə çalışır. “Habur” gömrük qapısının tamamilə dövriyyədən çıxarılmasının İraqdakı muxtar kürd hakimiyyətinə zərbə vuracağını düşünən Vaşinqton, buna da mane olmaq istəyir.

Sərdar Turqut

“Habertürk”ün Vaşinqton təmsilçisi, 21 may 2018-ci il

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar