Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq və Suriyadakı Azərbaycan vətəndaşları ölkəyə qaytarılacaq

"İraq və Suriyadakı Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün Dövlət Proqramı hazırlanır"


Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

S. Salahlı bildirib ki, bu, qlobal və böyük məsələdir, həllini hər hansı dövlət qurumu ayrılıqda üzərinə götürə bilməz: "Artıq bu istiqamətdə ilk addım atılıb, bir uşaq İraqdan Azərbaycana qaytarılıb. Amma bu proseslərin dövlətlərarası müstəvidə ciddi araşdırılması, məsələlərin izahına ehtiyac var və bu problemləri həll etmək lazımdır.

Məsələn, dünya şöhrətli alim Lütfi Zadənin rəsmi vəsiyyəti olmasına baxmayaraq, Azərbaycana gətirilməsi neçə gün çəkdi? Yəni kiminsə başqa ölkədən Azərbaycana gətirilməsi çox ciddi və çətin məsələdir. Hər bir fərdlə bağlı ciddi araşdırma aparılmalı və müvafiq razılaşmalar əldə edildikdən sonra addım atılmalıdır. Bu istiqamətdə Azərbaycan Dövlət Proqramı hazırlayıb və bu istiqamətdə də işlər aparılır. Vətəndaşlarımız İraqa, Suriyaya hansı yolla aparılıblar, necə aldadılıblar, bütün bunlar da öyrəniləcək. Hələlik biz vətəndaşlarımızın ölkəmizə gətirilməsi üçün dövlət olaraq çox ciddi səy göstəririk ".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar