Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq və Suriya ilə sərhəddə üçlü “türk dəhlizi”


İraq və Suriya ilə sərhəddə üçlü “türk dəhlizi” –Türkiyə Silahlı Qüvvələri müdaxilə üçün tam hazır vəziyyətə gətirilib


“Sabah” qəzeti, Türkiyə

Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək, hərbi baza bölgələrini təminat altına almaq məqsədiylə İraqSuriya ilə olan sərhəd xəttində terror təşkilatlarına qarşı hər an hərbi müdaxilə etmək üçün üç dəhliz yaradıb. Potensial təhdidin reallaşması halında alınacaq müdaxilə qərarı üçün hərbi planlar artıq hazırdır. Lazım olan anda müdaxilə edəcək hərbi birliklərin vəzifə bölgüsü də aparılıb.

Xatay-Reyhanlı xəttindəki “İdlib-Afrin” dəhlizi terror təşkilatının təhdidinə qarşı aktiv hala gətirilib və artıq hərəkat başlanıb. Hakkari vilayətində Şəmdinlidəki “Qəndil” dəhlizində və Dərəcikdəki “Kərkük” dəhlizində isə vəzifə başında olan hərbi qüvvələr əlləri tətikdə, gözləməkdədirlər.

Dəhliz genişlənir


“İdlib-Afrin” dəhlizi Pentaqonun dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) pərdəsi altında, regionda varlığını qoruyan YPQ-nin yaratmaq istədiyi terror dəhlizinin boğazını kəsmək üçün başladılan hərəkat ilə aktiv hala gətirilib. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstəklədiyi Azad Suriya Ordusu (ASO) bu dəhlizdən Suriyaya, İdlibə girərək, Dar Ta İzza bölgəsinə qədər dəhlizi genişləndirib. Bu dəhliz sayəsində bir tərəfdən, terror dəhlizinin kəsilməsi baxımından, həyati əhəmiyyət daşıyan Afrin cənubdan mühasirəyə alınıb, digər tərfdən də İdlib vilayətinin daxili hissələrində terror ünsürlərinə qarşı aparılacaq “süpürmə əməliyyatı” üçün əlverişli şərait yaradılıb.

Qəndildən olan sızmalara artıq keçid yoxdur

Türkiyənin İraqİranla olan sərhəd xətlərinin kəsişdiy Hakkarı vilayətinin Şəmdinli rayonunda yaradılan dəhlizin ucu terror təşkilatı PKK-nın düşərgələrinin olduğu Qəndilə çıxır. PKK-nın Türkiyənin təhlükəsizliyini təhdid etməyə yönəlik mümkün bir həmləsi zamanı, burada hazır vəziyyətdə gözləyən birliklər hərəkətə keçərək, dəhlizi aktiv hala gətirəcək və terror təşkilatına qarşı əməliyyata başlayacaqlar. Ehtimallar daxilində mümkün olan bir hərəkat üçün hərbi planın hazır olduğu bildirilir. Bu dəhliz Qəndildən olan sızmaların da qarşısını alacaqdır.

Ərbilə qarşı “Şimal Qalxanı”

Hakkarinin Dərəcik bölgəsi ətrafında isə “Kərkük” dəhlizi üçün bir cəbhə açılıb. Bu dəhlizin qarşısında Ərbil yerləşir. Şimali İraqda keçirilən qeyri-legitim quldur referendumunun ardından, bölgədə yüksələn gərginliyi fürsət bilən terror təşkilatının Kərkükdəki türkmənlərə yönəlik ən kiçik müdaxiləsi halında belə, dəhliz aktiv hala gələcəkdir. Hazır vəziyyətdə gözləyən hərbi birliklər lazım olan halda, Türkiyənin "qırmızı cizgisi" olan Mosul-Kərkük xətti üçün dövriyyəyə girəcəklər. Türkiyə, lazım olan anda, bu dəhliz vasitəsilə İraq mərkəzi hökumətinə Bərzani ilə mübarizəsində şimaldan dəstək verəcək.

Haburda təlimlər davam edir

TSQ-nin 18 sentyabrda Şırnak vilayətinin Silopi rayonundakı Habur Sərhəd Qapısı yaxınlarında başladığı hərbi təlimlər davam edir. Təlimlərin son bölümlərinin birində İraqlı əsgərlərə tankların istifadəsi haqqında da təlim keçilib. İraq Ordusunun hərbçiləri təlimlərə 26 sentyabrda qoşulublar.

Digər tərəfdən, TC Gömrük və Ticarət naziri Bülənt Tüfənkçi də Şırnakdakı İraqa açılan Habur Sərhəd Qapısının bu anda açıq olduğunu bildirərək, “hadisələrin inkişafına görə, hər an bağlaya bilərik” deyib.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar