Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq ordusu Mosulun qərb rayonlarına hücuma keçib


Bu gün İraqın hökumət qüvvələri Mosulun İŞİD-in nəzarətində olan qərb rayonları istiqamətində hücuma keçib


Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, general-leytenant Sami əl-Arici hərbçilərin Mosulun cənub-qərbində hərbi bazanı və kəndlərdən birini tutaraq şəhərin qərbində yaşayış məhəllələrinə daxil olduğunu bildirib.

Bir qədər əvvəl isə İraq ordusunun Mosul hava limanı üzərində nəzarəti tam olaraq ələ keçirdiyi barədə məlumat verilib.

Şəhərin qərb hissəsinin İŞİD-dən azad edilməsi istiqamətində əməliyyatlar ötən həftə başlayıb. Hərbi kampaniyanın ilk mərhələsində İraq ordusunun 9-cu zirehli tank diviziyası, Daxili İşlər Nazirliyinin çevik reaksiya bölmələri və şiələrin “əl-Haşid əş-Şəəbi” qruplaşmasının silahlıları iştirak edir.

Hökumət qüvvələrinin və ABŞ-ın başçılıq etdiyi koalisiya aviasiyasının iştirakı ilə 2016-cı ilin oktyabr ayında başlayan əməliyyatların gedişində Mosulun şərq hissəsi bütünlüklə İraq ordusunun nəzarətinə keçib.

BMT-nin humanitar məsələlərin koordinasiyası idarəsinin İraq ofisi əməliyyatlar səbəbindən 217 mindən çox insanın öz evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar