Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq Suriya ilə sərhəddə xəndək qazır, məftil hasar çəkir


İŞİD-in son aylarda hücumlarının sayının artması Bağdadı hərəkətə gətirib


ABŞ koalisiyasının İraq Hizbullahı qüvvələrini bombalaması Bağdadda sərt reaksiya doğurub. İraq Hizbullahı bəyan edib ki, İraq-Suriya sərhədinə əlavə qüvvələr göndərəcəklər. Qruplaşmanın sözçüsü Cəfər əl-Hüseyni deyib ki, ABŞ hərbi hava qüvvələrinin İraq qüvvələrini hədəfə almasına sərt cavab veriləcək. Eyni zamanda o, Amerika qüvvələrinə qarşı Livan Hizbullahı ilə birlikdə olacaqlarını deyib.

Qeyd edək ki, Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah özü də bəyan edib ki, Hizbullah İraq silahlı müqavimət qruplarının yanındadır. Son zamanlar İraq-Suriya sərhədində İŞİD-ə qarşı silahlı toqquşmalar intensivləşib. Koalisiya qüvvələrinin İŞİD-lə savaşan İraq silahlı birliklərini vurması Amerika əleyhinə çağırışları artırıb. Belə ki, ötən ilin sonlarında İraq hökuməti ölkə ərazisində İŞİD-in tamamilə məğlub edildiyini elan etsə də, hazırda Ənbar əyalətində geniş bir ərazi İŞİD-in nəzarəti altındadır. Bundan başqa, bir neçə gün əvvəl Kərkükdə bəzi nöqtələrə həyata keçirilən hücumlarda İŞİD-din adı hallanır.

İraqın nüfuzlu din xadimi və siyasətçisi Əmmar əl-Həkim Kərkükdə, eləcə də Diyala və Səlahəddin əyalətlərində baş verən terror aktlarından narahat olduqlarını bildirib və İŞİD-in yenidən İraqda fəallaşmağa çalşmasının bir işarəsi olduğunu qeyd edib. Eyni zamanda o, iraqlı təhlükəsizlik qüvvələrinə xəbərdarlıq edərək terror hücumlarına qarşı daha ayıq və diqqətli olmağa çağırıb.

İŞİD silahlıları İraq-Suriya sərhədlərində xeyli dərəcədə fəallaşıb və xüsusən də əl-Qaim şəhəri istiqamətində tez-tez İraq ərazilərinə hücumlar həyata keçirir. Rəsmi Bağdad isə İŞİD hücumlarının qarşısını almaq üçün Suriya ilə sərhədə məftil hasar çəkməyə başlayıb. Suriya-İraq sərhədində 6 metr dərinliyində xəndəklər qazılacaq və gözətçi qüllələri inşa ediləcək. BBC-nin məlumatına görə, Ənbar əyalətinin polis sözçüsü Ənvər Hamid Nayif bildirib ki, sərhəddə təhlükəsizlik hasarı və gözətçi qüllələrinin inşası prosesi 10 gündür başlayıb.

Suriyaİraq arasındakı sərhəd xəttinin uzunluğu 595 kilometrdir. Artıq 19 kilometrlik hissədə məftil hasar və xəndək çəkilib. Bundan başqa, sərhəddə məftil hasar, xəndək və gözətçi qüllələri ilə yanaşı termal kameralar və dronlardan istifadə olunacaq. Qeyd etdiyimiz kimi, İŞİD hazırda Suriya ilə sərhədə yaxın Ənbar vilayətində çöllük ərazidə varlığını qoruyub saxlayır. Ancaq eyni zamanda Bağdad da daxil olmaqla, bir sıra bölgələrdə İŞİD-in gizli hücrələrinin olduğu güman edilir. Çünki İŞİD-in yox edildiyi elan olunduqdan sonra da bir sıra gizli sui-qəsdlər baş verib. Ən son Kərkükdəki toqquşmalar və eləcə də Əbubəkr əl-Bağdadinin hələ də Ənbarda gizlənmiş olması bu qruplaşmanın hələ də varlığını qoruyub saxladığını göstərir.

Eyni zamanda Suriyanın İraq sərhədinə yaxın bölgələri, Deyr əz-Zor vilayətində İŞİD-in nəzarət etdiyi bölgələr var. Məhz sərhədin qorunmamasından istifadə edərək İŞİD silahlıları tez-tez yer dəyişə bilir. Bu isə İraq qüvvələri üçün ciddi təhlükə yaradır. Bu həm də bir mənada İŞİD-i İraqSuriyada parçalamaq, vahid qüvvə kimi hərəkət etməsinin qarşısını almaq məqsədi daşıyır. Çünki sərhədlər ciddi qorunduqdan sonra İŞİD-in İraqdan Suriyaya və ya əks istiqamətdə qüvvə göndərməsi, sürətli əməliyyatlar təşkil etməsi asan olmayacaq, əksinə, parçalanacaq və mövqeləri zəifləyəcək.

Lakin maraqlıdır ki, bundan bir qədər əvvəl də ABŞ-ın dəstəyi ilə Türkiyə və Suriya arasındakı 900 kilometrlik sərhəddə beton divar tikilməsi başlamışdı. Bu layihənin bir qismi həyata keçirilib. İndi isə 600 kilometrə yaxın İraq-Suriya sərhədi, belə demək mümkündürsə, qapanacaq. Bununla da tədricən Suriya qonşuları tərəfindən qapalı ölkəyə çevriləcək.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar