Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranlılar yenidən Azərbaycanda mənzil almağa başlayıb


Ekspert: “Belə faktlar devalvasiyalara qədər də vardı”


İran vətəndaşlarının, xüsusilə də Güney Azərbaycandan olan soydaşlarımızın Azərbaycanın mənzil bazarına marağı artıb. Bununla bağlı redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, son aylarda güneyli soydaşlarımız tərəfindən Bakı, Sumqayıt, hətta Gəncə şəhərlərində mənzil alınması prosesi sürətlənib. Getdikcə daha çox sayda iranlının bu prosesə qatıldığı qeyd olunur.

Qeyd edək ki, Güney Azərbaycandan olan soydaşlarımızın Bakının mənzil bazarına axışması prosesi 2006-2007-ci illərdə də baş vermişdi. Həmin vaxt bu axın mənzil bazarında böyük canlanmaya səbəb olmuşdu. Proses haradasa 2009-cu ilədək davam etdi, daha sonra xeyli səngidi. İndi isə yenidən genylilərin Azərbaycanın mənzil bazarına axınının başladığı deyilir. Məlumata görə, son illərdə İranda sosial-iqtisadi vəziyyətin ağırlaşması, inflyasiyanın sürətlənməsi fonunda dövlət tərəfindən verilən bir sıra güzəştlərin ləğv olunması, nəhayət, baş verən son iğtişaşlar vətəndaşlarda gələcəklə bağlı inamsızlığın yaranmasına səbəb olub. İnsanlar əllərində olan pulları Azərbaycanın sabit gəlir gətirən mənzil bazarına yatırmağa çalışırlar. Bakı şəhərində aparılan söküntü, həyata keçirilən böyük tikinti layihələri nəticəsində kirayə bazarında qiymətlərin xeyli yüksəlməsinə gətirib çıxarıb. Xüsusilə metrostansiyalara yaxın olan ərazilərdə kirayə qiymətlərində 20-30 faizədək artım müşahidə olunmaqdadır. 

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının dediyinə görə, xarici ölkə vətəndaşlarının Azərbaycanda mənzil almasına hüquqi məhdudiyyət yoxdur: “Xarici vətəndaşlar Azərbaycanda yalnız torpaq əldə edə bilməzlər, mənzillə bağlı hər hansı qadağa yoxdur. Bu baxımdan, istər İran vətəndaşlarının, istər Gürcüstan vətəndaşlarının Azərbaycanda mənzil alması mümkündür”.

İcraçı direktor bildirir ki, böhran başlanıb, devalvasiyalar olanadək İran vətəndaşlarının Azərbaycanda çoxsaylı mənzil alması faktları olub: “Devalvasiyalardan sonra belə hallar minimuma düşdü. İndi yayılan məlumatın mənbəyi mənə məlum olmadığı üçün dəqiq nəsə deyə bilmirəm. Onu qeyd edə bilərəm ki, Rusiyada baş verən sosial-iqtisadi hadisələr Azərbaycanın daşınmaz əmlak bazarına dərhal təsir göstərir. Lakin İran, Gürcüstan kimi qonşu ölkələrdən Azərbaycandan pul axınları elə də güclü olmadığı üçün bazara ciddi təsirləri olmur”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar