Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranla sərhəddə insident olub, sərhəd pozucular qaçıb - Rəsmi


Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsinin, qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər


Xidmətdən verilən məlumata görə, sərhədçilərin sayıqlığı sayəsində növbəti dəfə dövlət sərhədinin pozulmasının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 Belə ki, martın 19-da saat 21:48 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin,” 930 konvolyut  “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.

Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar