Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın OPEK-dən çıxması neft bazarında qiymətlərə necə təsir edə bilər?


Ekspert: “Əgər İran təşkilatı tərk etsə, bu zaman artıq İran OPEK çərçivəsində hər hansı bir limitləndirilmiş hasilat öhdəliklərini öz üzərinə götürməyəcək”


İranla Səudiyyə Ərəbistanı arasında olan qarşıdurma çox böyük dövrün qarşıdurmasıdır və regionda nüfuz uğrunda gedən bir məsələdir”.

Bu sözləri enerji məsələləri üzrə eskpert İlham Şaban İranın OPEK-dən çıxması ilə bağlı səsləndirilən iddiaları PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi ayın son günü Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) yüksək səviyyəli görüşü keçiriləcək. Artıq onunla bağlı müzakirələr və müxtəlif qiymətləndirmələr indidən başlayıb. Yenə də OPEC iclası ərəfəsində təşkilat üzvləri arasında, fikir ayrılıqları müşahidə olunur. Məsələn, dünyanın neft bazarının iki iri iştirakçısı olan Səudiyyə Ərəbistanı ilə İran arasında son günlər ərzində yenidən yaranmış siyasi gərginlik OPEK razılaşmasını adi kağıza çevirə bilər. Hazırda bu iki ölkə arasında münasibətlər o dərəcədə gərginləşib ki, onların bir masa arxasında oturub hər hansı razılaşmaya gələ bilməsini təsəvvür etmək çətindir.

Hətta İranla Səudiyyə Ərəbistanı arasında olan qarşıdurmaya görə İranın OPEK-dən çıxması ilə bağlı iddialar da səsləndirilir. İranın OPEK-dən çıxması neft bazarında qiymətlərə necə təsir edə bilər? Həmçinin İranın OPEK-dən çıxması Yaxın Şərqdəki geopolitik duruma təsir edə bilərmi?    

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib.



İlham Şaban: “İranın OPEK-i tərk etməsini bazar üçün o qədər də təhlükəli hesab etmək olmaz”.


OPEK yarananda İranSəudiyyə Ərəbistanının neft hasilatçısı və neft ixracatçısı kimi bir təşkilatda birləşdiyini qeyd edən enerji məsələləri üzrə eskpert İlham Şaban əlavə edib ki, bu iki ölkə arasında daim siyasi fikir ayrılıqları, qarşıdurmaları olub. Amma İranla Səudiyyə Ərəbistanının bütün qarşıdurmaları bir təşkilatı tərk etmək dərəcəsinə qədər gəlib çıxmayıb:

İranla Səudiyyə Ərəbistanı arasında olan siyasi qarşıdurma nə indiki zamanın, nə də İslam inqilabının qarşıdurması deyil. Yəni İranla Səudiyyə Ərəbistanı arasında olan qarşıdurma çox böyük dövrün qarşıdurmasıdır və regionda nüfuz uğrunda gedən bir məsələdir. Səudiyyə Ərəbistanı 1932-ci ildə faktiki olaraq tanınandan sonra, 1937-ci ildə də orada neft hasilatı başlanandan sonra bir alternativ kimi körfəzdən İrana çıxdı. İkinci dünya müharibəsindən sonra isə İran daim Səudiyyə Ərəbistanını özünün siyasi rəqibi kimi qəbul edib. Səudiyyə Ərəbistanı da getdikcə varlandıqca, bölgədə İranın nüfuzunu aşağı salmaq yönümündə addımlar atır. Bu da heç kəsə sirr deyil. 

Ancaq 1961-ci ildə OPEK yarananda hər iki ölkə neft hasilatçısı və neft ixracatçısı kimi bir təşkilatda birləşiblər. Bundan sonra da İranla Səudiyyə Ərəbistanı arasında daim siyasi fikir ayrılıqları, qarşıdurmaları olub. Amma bu ölkələrin bütün qarşıdurmaları bir təşkilatı tərk etmək dərəcəsinə qədər gəlib çıxmayıb. Lap hansısa biri, yəni ya İran, ya da Səudiyyə Ərəbistanı OPEK-i tərk etsə belə, bu hadisə ilkin an kimi neft bazarına təsir göstərəcək. 

İlham Şaban: “İran OPEK-i tərk etsə belə, bu hadisə ilkin an kimi neft bazarına təsir göstərəcək”.


Bu baxımdan ki, əgər hər hansı ölkə OPEK-i tərk etsə, bu neft birjalarında qiymətin aşağı düşməsi kimi özünü göstərə bilər. Əgər İran təşkilatı tərk etsə, bu zaman artıq İran OPEK çərçivəsində hər hansı bir limitləndirilmiş hasilat öhdəliklərini öz üzərinə götürməyəcək. Nə qədər onun ölkəsi öz maraqları çərçivəsində hesab edirsə, o qədər də neft hasilatını və neft ixracatını artırmaq onun öz işi olacaq. Yəni təbii ki, bu bazarlara təsir edəcək. 

Onu da qeyd edim ki, burada ikinci məsələ var ki, İranın OPEK-i tərk etməsi onun istəyi çərçivəsində deyil. Yəni ilk çərçivədə İranın OPEK-i tərk etməsi qiymətlərə təsir edə bilər. Amma o da qeyd edilməlidir ki, 2015-ci ildən sonra yəni, İrana qarşı olan sanksiyalar yumşaldılandan sonra heç kəs deyə bilməz ki, İran bazarı açıldı və ora kimsə, vəsait qoydu. Çünki İran hökümətinin şərtləri çox ağırdır. O bazarda işləmək hələ də şirkətlər üçün riskli hesab edilir. Buna görə İranın OPEK-i tərk etməsini bazar üçün o qədər də təhlükəli hesab etmək olmaz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar