Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan gətirilən kartofda qurd tapıldı


İran İslam Respublikasından idxal edilən məhsullara fitosanitar nəzarət həyata keçirilərkən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Bakı-Abşeron rayonlararası BKM-nin müfəttişləri tərəfindən 4500 kq kartofda karantin tətbiq edilən zərərli orqanizm olan kartof güvəsi (Phthorimaea operculella Zell) aşkar edilib


Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org-a verilən xəbərə görə, adı çəkilən məhsul kartof güvəsinin təhlükəliliyi nəzərə alınmaqla və karantin tədbirləri sisteminə riayət etməklə Sumqayıt şəhər "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.

Qeyd edək ki, kartof güvəsi kartof, badımcan, pomidor, bibər, tütün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilər. Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır və daha çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir.

Onu da qeyd edək ki, DFNX mütəmadi olaraq Azərbaycan ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə genişmiqyaslı təcrid və ləğvedici tədbirlər həyata keçirir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar