Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları vətəndaşdan metadon aşkar ediblər
Komitədən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Tural Əliyev gömrük nəzarətindən keçərkən ona məxsus sellofan torbanın içərisində 1 ədəd butulkada, təsiredici maddəsinin ümumi xalis çəkisi 0,23 qram olan narkotik vasitə - metadon aşkar olunub.
pia.az