Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı terror aktının arxasında nələr var? - Tramp İrana qarşı hibrid müharibə başlayıb?


Nəsimi Məmmədli: “İran kimi totalitar rejimlərin hökm sürdüyü ölkələrdə adətən qlobal güclər terror təşkil etməyə maraq göstərmir”


“Əslində hazırda İran cəmiyyəti çox həssas sosial-siyasi dövrünü yaşayır və mən hesab edirəm ki, bu terror olayı İran cəmiyyətinin nəbzini yoxlamaq üçün bir testdir”.

Bu fikirləri politoloq Nəsimi Məmmədli İŞİD-in İrana qarşı təşkil etdiyi terror hücumlarının səbəblərini PİA.AZ-a şərəh edərkən qeyd edib.

Məlumdur ki, uzun illərdir dünya ictimaiyyəti İranı terorizmi dəstəkləməkdə ittiham edirdi. O da bir həqiqətdir ki, uzun illər boyu bir çox ölkələr terrorun hədəfi olsa da və hətta İŞİD İranı kafir ölkə elan etsə də, terror bir qayda olaraq İrandan yan keçirdi. Lakin birdən birə . İŞİD-in İrana 3 istiqamətdən hücum etdi. Bu hücumu hazırda bölgədə baş verən hansısa hadisələrlə, misal üşün, SuriyaQətər ətrafında baş verənlərlə əlaqələndirmək mümkündürmü?

Rəsmi Tehram İranda baş verən terror hücumlarında ABŞ-ı və Səudiyyə Ərəbistanını bir başa ittiham etdi. İslam Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilidi ki, İrana hücum etmək üçün İŞİD dolayısı ilə Vaşinqtondan təlimat alıb və bu təlimat Səudiyyədən gəlib. Bu ittiham barədə nə demək olar? Ümumiyyətlə Trampın Yaxın Şərq səfərindən sonra ABŞ-ın bu və ya digər şəkildə İrana qarşı hibrid müharibəyə başlaması ehtimalı varmı?

Bu suallarla PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədliyə müraciət edib.

Image result for nəsimi məmmədli
Nəsimi Məmmədli: “İranın son vaxtlar öz sərhədlərindən uzaqlarda regional maraqları naminə savaş aparması diqqətdən qaçmamalıdır”.


Terrorun artıq müasir dünyada siyasi elementə çevrildiyi bildirən politoloq, gözləntilərin əksinə olaraq İranın belə terror hücumlarından  daha da güclənəcəyini bildirir. Çünki bir qayda olaraq terror nəticəsində demokratik rejimlər əsasən zəifləyir, totalitar və avtoritar rejimlər isə daha da güclənəirlər. Politoloq hesab edir ki, bu üzdən də terror hücumları İranda istənilən effekti verməyəcək və qlobal güclər də bu üzdən İranda terror aktlarının baş verməsində maraqlı deyil:

“Müxtəlif səbəblərdən dünyanın bir çox yerlərində terror dinc insanların canını almaqdadır. Terrorun müasir beynəlxalq siyasətin bir elementinə çevrilməsi də artıq az şübhə doğurmur. Müasir dünyada terror, yalnız dövlətlərin xüsusi xidmət orqanları tərəfindən deyil, həm də demokratik prinsiplərdən uzaq cəmiyyətlərin sosial-siyasi və ideoloji idarəçiliyindən bəslənir. Dünyanın istənilən yerinə sıçramaq imkanı olan terrorun müxtəlif siyasi nəticələr doğurduğu da sirr deyil. 

Terrorun məqsədi ilə nəticəsi arasında heç də həmişə nəzərdə tutulan ehtimallar doğrulmur. Terrordan həm onu törədənin, həm də terrora məruz qalanın yararlanması və zərər görməsi halları mövcuddur. Odur ki, çox zaman terrorun törədildiyi zaman və məkan təhlil edilərkən onun daha çox kimin işinə yaradığı barədə mübahisəli yanaşmalar ortaya çıxır. Terrordan sonra ortaya çıxan prosesləri müşahidə edərkən, qanlı olaydan daha çox kimin faydalandığını və şübhələrin kimin üzərinə getdiyini nəzəri olsa da müəyyən etmək mümkün olur.


Nəsimi Məmmədli: “Terrorun məqsədinə nə dərəcədə çatması, adətən dövlətlərin siyasi-hüquqi formasından da asılıdır”.


Demokratik cəmiyyətlərdə irimiqyaslı terror olayları siyasi nəticə doğura və hakimiyyətlərin zəifləməsi və hətta dəyişməsi ilə nəticələnə bilir. Totalitar və avtoritar rejimlərdə isə hətta kütləvi ölümlər də siyasi nəticə doğurmaya bilir. daha doğrusu terrordan sonra qeyri demokratik rejimlər daha da radikallaşır və daha da güclənir. Bir qayda olaraq terror nəticəsində demokratik rejimlər əsasən zəifləyir, totalitar rejimlər isə daha da güclənə bilir. Bu baxımdan terrorun miqyası və intensivliyi demokratik cəmiyyətlərdə daha geniş və əks-sədalı olur. Terrorun məqsədinə nə dərəcədə çatması, adətən dövlətlərin siyasi-hüquqi formasından da asılıdır. 

İranda irimiqyaslı terror aktlarının törədilməsi ilk dəfə deyil. Belə terrorlardan sonra adətən İran rejiminin xeyli gücləndiyinin şahidi olmuşuq. Zaman-zaman terror aktları İranın milli-etnik və məzhəbçi siyasətinin daha da kəskinləşməsində samballı bəhanə rolu oynayıb. Odur ki, İran kimi totalitar rejimlərin hökm sürdüyü ölkələrdə adətən qlobal güclər terror təşkil etməyə maraq göstərmir. Belə ölkələrdə terror ciddi siyasi nəticə doğurmur. İranın son vaxtlar öz sərhədlərindən uzaqlarda regional maraqları naminə savaş aparması diqqətdən qaçmamalıdır. Bu isə bölgədə digər maraqlı qüvvələrlə toqquşmaya gətirib çıxarır. 

Əslində hazırda İran cəmiyyəti çox həssas sosial-siyasi dövrünü yaşayır və mən hesab edirəm ki, bu terror olayı İran cəmiyyətinin nəbzini yoxlamaq üçün bir testdir. Regionda irimiqyaslı qarşıdurmalar istisna deyil. Bildiyimiz kimi İrana qarşı açıq müharibə dünyada ciddi nəticələr doğura bilər və ona görə də ABŞ tərəfindən İrana qarşı yeni hubrid müharibənin də başlanması ehtimalını rədd eləmək olmaz. Amma bu hibrid müharibəsinin üsulları barədə danışmaq hələ ki, çox tezdir”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar