rezonans

Xəbər xətti

17 İYUN

22:00 57 yaşlı Ucar sakini bıçaqlanaraq öldürülüb

21:54 DÇ-2018-də sensasiya - Almaniya Meksikaya uduzdu - Fotolar

21:48 Əflatun Amaşov Mariya Zaxarovadan yazdı

21:41 Qatili tapana 50 min verəcək

21:35 16 yaşlı oğlan Araz çayında boğularaq öldü

21:29 Tansu Çillərdən Ərdoğana böyük dəstək - mitinqinə gəldi + Video

21:22 Ələt-Astara yolunda qadın sürücü maşını aşırdı

21:15 “Neftçi” Premyer Liqanın bombardirini transfer edib

21:09 Tərtərdə zəhərlənən pambıqçıların vəziyyəti necədir?

21:02 Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət alıb

20:55 Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar verildi

20:48 “Taliban” atəşkəs rejimini uzatmaq təklifini qəbul etməyib

20:41 Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı

20:33 Bu il Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

20:25 Portuqaliya ilə oyun öncəsi Mərakeşdə itki

20:19 Göygölə dolu düşdü, təsərrüfatlara ziyan dəydi - Foto

20:11 Saxlanılmış AXCP fəalları azadlığa buraxıldı

20:02 Almaniya və Meksika yığmalarının start heyəti açıqlanıb

19:53 Şabranda yanğın olub - 1 nəfər zəhərənib

19:46 “Maşın” yenidən başlayacaq

19:39 Rusiyada azarkeş xəstəxanalıq olub

19:32 Nazirlikdən xəbərdarlıq

19:25 DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

19:18 Astarada yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

19:10 Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

19:02 DÇ-2018: Misirli qolkiperdən maraqlı addım

18:55 Milyarder sevgilisindən xəyanətə görə ayrılıb

18:47 Almaniyada hava şarı qəzaya uğradı - 6 nəfər xəsarət aldı

18:40 “Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

18:33 Paşinyanın 40 günü - “stəkanda fırtına” siyasəti bitir

18:26 Mehriban Zeynalova: “Psixoloji zorakılıq bütün ailələrdə müəyyən qədər var”

18:19 Britaniyanın daxili işlər nazirinin telefonu oğurlandı

18:12 Bakıda 10 nəfərdən çox AXCP fəalı saxlanıldı

18:05 Ticarət müharibəsinin əsas döyüşçüsü - Tramp, qalib gələ biləcəkmi?

17:58 40-dan çox miqrantın olduğu qayıq batıb

17:50 Qaçqın problemi Merkelin “başını yedi”

17:43 Şabranda təcili yardım maşını yanıb kül oldu

17:35 Kamboca şahzadəsi və onun həyat yoldaşı yol qəzasına düşüb

17:28 Bakıda velosiped 6 yaşlı uşağı vuraraq xəstəxanalıq edib

17:21 Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

17:15 Bakıda sakinlərin narazılığına səbəb olan tikinti şirkəti cəzalandırıldı

17:07 Yunanıstan və Makedoniya XİN başçıları saziş imzalayıblar

16:59 Sevgili olduqlarını artıq gizlətmirlər

16:54 Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb

16:48 DÇ 2018: Kosta Rika – Serbiya - start heyətlər

16:41 ABŞ-da sərgidə atışma olub, ölən və yaralananlar var

16:34 Yay tətili: iki fərqli taksist və poliqlot Zülfüqar

16:27 Meksikada yol qəzası zamanı 7 adam öldü

16:20 Ərdoğan bəslədi, kürəkəni görüntünü paylaşdı - Video

16:13 İki uşaq anasını maşınla vurub, öldürən sürücü niyə gizlədilir?

16:06 Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib

15:59 Qarabağ münaqişəsini başlayanlardan biri öldü

15:51 Məsud Özildən sevgilisinə 1 milyonluq hədiyyə

15:44 Binəli Yıldırım “Eurovision”u tənqid edib

15:37 Qlobal məsələ

15:30 İsrail yenə Qəzzanı bombaladı

15:22 Roma Papası abortları nasistlərin cinayətləri ilə eyniləşdirib

15:14 “Əvvəldən plan qurduq ki, maşını mən qazanacam” - Roza

15:07 Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb

15:00 Azərbaycanlının restoranında dava: Ərəblərlə uruqvaylılar dalaşdılar

14:55 “Qəbələ” ilk legioner transferini həyata keçirdi

14:49 Azərbaycanla Ermənistan arasında son döyüşlərin yeni təfərrüatları

14:43 Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb - Video

14:36 Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

14:29 Türkiyə Antarktikada elmi baza yaratmaq niyyətindədir

14:22 Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 36 nəfərə çatdı

14:15 Nadir Qafarzadə ilk dəfə nikahdankənar övladından danışdı

14:08 Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərlənib

14:00 Bu gün hava necə olacaq?

13:40 Göyçayda minik avtomobili motosikletçini vurub

13:31 Rusiyanın bayramını korlamalıyıq - Ukraynalı nazir

13:23 Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna göndərmək istəyir

13:18 Xankəndi üzərində Ermənistanın “qırıcı”ları uçmayıb - Rəsmi açıqlama

13:15 DÇ-2018: Kosta-Rika Serbiyaya qarşı

13:08 Hüseynin anası Rozanı məhkəməyə verir

13:01 Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

12:56 Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”

12:50 Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi

12:43 “Bakılı oğlanlar”dan Məmmədxanovun qızına toy sürprizi - Video

12:37 Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlamenti seçkiləri haqqında danışıb

12:30 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

12:24 Qadın itkin düşdü, cəsədi ilanın qarnından tapıldı

12:17 Türkiyə ordusu Qəndildə 35 terrorçunu məhv edib

12:10 “Adam kimi boşana bilmədik” dedi, tənqid olundu

12:03 Şamaxıda yük və minik maşınları toqquşub – 2 nəfər ölüb, 3 yaralı var

11:58 PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi

11:52 Cibgirlər dünya çempionatına baxmağa gedən azərbaycanlını soydular

11:46 Ceyms Coysun həyatı haqqında hər şey - Faktlar

11:40 Araz çayında batan İmişli sakininin cəsədi tapılıb

11:34 DÇ-2018: Braziliya və Almaniya mübarizəyə başlayır

11:28 Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb

11:22 Yaponiyada güclü zəlzələ olub

11:16 Moskvadakı qəzada yaralananlardan ikisi azərbaycanlıdır

11:10 İmişli sakini Araz çayında çimərkən boğulub

11:04 İŞİD-çi özünü partlatdı: 26 ölü

10:59 49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu

10:54 Şamaxıda yük avtomobili ilə minik avtomobili toqquşub

10:48 Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

10:42 Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başladı

10:36 “Şansımız vardı, ancaq mən ondan istifadə etmədim” – Messi

10:30 Paşinyan Sarkisyanın oliqarx-quldurlarına qarşı

10:24 Yevlaxda avtomobil naməlum piyadanı vurub

10:18 Ermənistan silahlı qüvvələri atəşkəsi 83 dəfə pozub

10:12 “Paşinyanın Qarabağa səfəri müharibəyə çağırışdır” - Rəsmi Bakı

10:06 Ermənistanda etiraz aksiyası keçirilir

10:00 Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi

16 İYUN

21:53 İstanbulda İŞİD əməliyyatı - 30 nəfər saxlanıldı

21:40 Moskvada sürücü avtomobili piyadaların üzərinə sürüb, 8 nəfər xəsarət alıb

21:24 Sürücülər benzinin qiymətinin artırılmasına qarşı etiraza qalxdı

21:10 Əfqanıstanda qanlı bayram: 26 ölü

20:59 Hindistanda yol qəzası: 6 ölü

20:45 “Mən məmur olmaq və dövlətə kömək etmək istəyirdim, amma məni... ”

20:33 Azərbaycan poloçuları Dünya Kubokunun finalında

20:21 Hüseyn Abbas və İlhamədən üzr istədi

20:10 Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə qanunsuz səfər etdi

19:44 İran prezidentinin maraqlı fotosu yayıldı

19:30 DÇ-2018: Argentina İslandiya yığması ilə bacarmadı

19:17 Bakıda liftdə qalan 11 nəfər xilas edilib

19:08 Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb

19:00 Gizem Karacaya daha bir bəd xəbər



ANALİZ

...

İrandakı etiraz aksiyalarında “şuluğ şeytan” niyə susdu?

Tarix 08.01.18, 12:11

Font ölçüsü : - / +
bitmap-img6

Əhmədinejadın atdığı daşlar onu siyasi tənhalığa sürükləyir


İranda son siyasi-sosial çalxalanmada heç səsi çıxmayan Mahmud Əhməinejadın birdən-birə yanvarın 6-də “tvit”lə, daha sonra saxta həbs xəbəri ilə gündəmə gəlməsi gözlənilməz idi.

 Çünki sabiq prezidentdən şifahi və ya yazılı açıqlama, əksəriyyətin fikrincə, məhz etiraz dalğasının yüksəldiyi dövrə təsadüf etməliyidi. Odur ki, indi bir çox müşahidəçilər Əhmədinejadın susqunluğuna məntiqli izah axtarırlar. 

“Comhuri-ye İslami” qəzetinin fikrincə, ölkənin bəzi bölgələrində, xüsusilə şərqdəki kiçik və böyük şəhərlərdə baş vermiş son sosial böhran zamanı ictimai rəy, o cümlədən cəmiyyətin aşağı və iqtisadi cəhətdən zəif təbəqələri Əhmədinejadın populizminə hələ də ümid edirlər. Onlar sabiq prezidentdən dəqiq və qətiyyətli mövqe sərgiləyəcəyini gözləyirdilər…

Əbəs!

“Əhmədinejadın bu məsələdə bitərəfliyi əsla gözlənilən deyildi”, – deyə “Comhuri-ye İslami”də nəticə çıxarılır.

Lakin necə olursa-olsun, Əhmədinejad səssiz qaldı!

Bununla belə, o, hətta öz susqunluğu ilə etirazların gündəminə düşə bildi. “Sepah” komandanı Cəfəri insanları etirazlara səsləyən şəxslərdən birinin sabiq prezidentin və ona məxsus olduğu deyilən “amadnews” olmasına eyham vurdu.

Əslində, susqunluq hicri-şəmsi 1397-ci il (miladi təqvimlə 2018-2019-ci illər) dövlət büdcəsi layihəsinin İran parlamentinə təqdim olunduğu gündən pozulmalı idi. Çünki Həsən Ruhani hökumətinin qanun layihəsində ciddi ixtisara düşən bəndlərdən biri aylıq sosial müavinətlərin həcminin və onları alan təbəqənin məhdudlaşdırılmasıdır.

2010-cu ildən etibarən tətbiq olunan və əhalini müəyyən dərəcədə ələbaxımlılığa alışdıran bu siyasətdən imtina etirazın səbəblərindən biri ola bilərdimi? Əlbəttə. Amma Əhmədinejad bu mövzuda səs çıxarmadı. Bəlkə də ona görə ki, – əksəriyyətin fikrincə, – son hadisələrin səbəbi məhz onun hökumətinin qoyduğu miras və etirazların yatırılmasından sonra verilən ilk rəsmi şərhlər bu gün qayıdışa can atan həmin siyasi spektrə ciddi xəbərdarlıqdır.

“Hazırda Məsləhət Şurasında təmsil olunan sabiq prezident daha çox aqibəti ilə qayğılanır”, – nəticəsi çıxaran “Fararu” nəşri yəqin ki, haqlıdır. Başqa sözlə, Əhmədinejad 2017-ci ildə onu prezident seçkilərindən kənarlaşdıran Nəzarətçilər Şurasına qərarının təsdiqi kimi əlavə əsas vermək istəmirdi, buna görə də, səssiz qalmağa üstünlük verdi.

“Onsuz da bu gün siyasi ədəbiyyatda onun davranışı deviant (cəmiyyətin hakim əxlaqi və hüquqi normalarına zidd hərəkət etmə – Ə.R.) adlandırılır, bəzi digər siyasi qruplar və sistemin fəal və nüfuzlu şəxsləri isə tərəfdarları isə bu fəaliyyəti hətta qiyam, nizam (siyasi sistem) əleyhinə fəaliyyət kimi qiymətləndirirlər”, – deyə “Fararu” yazır. Bu, həqiqətə yaxın rəydir, çünki Əhmədinejadın mənəvi atası sayıla biləcək Ayətullah Misbah Yəzdi kimi nüfuzlu sima da artıq sabiq prezidentin yoldan sapdığını açıq şəkildə dilə gətirir.

Doğrudur, Əhmədinejad hələ də siyasi katalizator olmağa çalışır, virtual şəbəkələrdə yüksək səslə qışqırırdı. Lakin “o, artıq nizamın (siyasi sistemin) iradəsi əleyhinə gedir, Ali Dini Liderin tövsiyələrini vecinə almır”, məhkəmə hakimiyyəti və parlament rəhbərinin mənsub olduğu Laricani ailəsini hədəfə alırdı.

Bəlkə də sabiq prezident ümid edirdi ki, kütlənin hazırkı hökumətdən məyusluğu son nəticədə təkcə küçələrə çıxan etirazçıların deyil, həm də “osulgəran” adlanan prinsipçilərin tələbi ilə Həsən Ruhaninin impiçmenti ilə nəticələnəcək. Nəticədə, ölkədə yeni prezident seçkiləri keçiriləcək, özü və tərəfdarları yenidən hakimiyyət zirvəsinə yüksələcəklər.

Belə bir niyyət vardısa da, alınmadı.

Bəs sonra?

Dili dinc durmayan Əhmədinejad son “tvit”i (“Ölkəmizdə bir çox insanlar öz güzəranını təmin etməkdə acizdir, lakin bəzi insanlar dövlətin pulu ilə müalicə üçün Avropa ölkələrinə gedirlər”) artıq gələcək konspiroloji ssenarilərdə öz adı ilə birgə çəkilən başqa bir şəxsi hədəfə alır. Aydındır ki, o, hazırda Almaniyadakı bir klinikada beyin xərçəngindən müalicə olunan Ayətullah Haşimi Şahrudinin bostanına daş atır. Bununla da güvəndiyi mühafizəkar qanadda son tərəfdarlarını belə özündən kənarlaşdırır.

Bismark necə deyirdi? "Gəncliyində inqilabçı, yaşlı vaxtı mühafizəkar olmayan adam axmaqdır"…

Siyasi tənhalığa sürüklənən sabiq prezidentin gərgin günlərdə susqun qalması isə hələ də beyinləri qurcalayır. Buna görə də, Əhmədinejadın son “tvit”inə təpki çox kəskindir: 

“تو شلوغیا کجا بودی شیطون” – "Bəs sən harada idin, şuluğ şeytan?.."

Əziz Rzazadə

Strateq.az

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

İsrail yenə Qəzzanı bombaladı

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Bu gün “Son zəng”dir

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru