Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda nə baş verir? - “Ərəb baharı”, yoxsa “rəngli inqilab” ...


Mübariz Əhmədoğlu: “Hazırda etiraz edən İran əhalisinin zərrə qədər demokratiya tələbi yoxdur. Əhali ancaq çörək, pul, sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasın istəyir. Buna görə də İrandakı indiki vəziyyət “Ərəb baharı” ssenarisinə bənzəyir”


Əlirza Amanbəyli: “Rus və ingilislərin ayaqda tutduqları İran rejimi artıq başa düşür ki, xalqın əksəriyyəti bu rejimi qəbul etmir”.

İranın bəzi şəhərlərində yenidən etiraz aksiyaları keçirilir. Etirazlar dekabr-yanvar aylarındakı kimi kütləvi xarakterli olmasa da, dini lider Xameyniyə qarşı yönəlir. Məlumatlara əsasən, İranın Bəndər Abbas, Nəcəfabad, Şiraz, Kirman və Qorqan şəhərlərində dinc etirazçılar küçələrə axışaraq, ölkəyə hakim molla rejiminə öz etiraz bildiriblər. Bəndər Abbas şəhərində etirazçılar, “Diktatora ölüm” və “Ey qeyrətli iranlı, bizə qoşul, dəstək ver”, şüarları səsləndirərək molla hakimiyyətinə qarşı kəskin etirazlarını bildiriblər. Ərakda isə dinc aksiyaçılar, onların toplaşmasına mane olmağa çalışan bir polis avtomobilini çevirərək rejimə qarşı şüarlar səsləndiriblər. Etiraz olan şəhərlərdə onlarla aksiyaçının tutulduğu bildirilir. Hazırda etirazların episentri Cənubi Azərbaycana və Xuzistana keçir.

Xatırladaq ki, bir ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.

İranda baş verənləri Qərbin “Rəngli inqilablar” silisiləsinə, yoxsa “Ərəb baharı” silsiləsinə aid etmək olar? Həmçinin İranda rejim dəyişikliyi regiona “Ərəb baharı”ndan daha böyük xaos gətirə bilərmi?  

Bu suallarla PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna və Cənubi Azərbaycan əsilli dissident, ictimai xadim, Güney Azərbaycan departamentinin sədri Əlirza Amanbəyliyə müraciət edib.



Mübariz Əhmədoğlu: “İranda pul əsasən Xamaneyinin ətrafında olan adamların bank hesablarında toplanıb. Əgər həmin adamlar həmin pulları xalqa versələr, İranda vəziyyət düzələr”.


İranda baş verən etiraz aksiyalarını İranın daxilindəki proseslərin tərkib hissəsi kimi qiymətləndirən politoloq Mübariz Əhmədoğlu hesab edir ki, İran hakimiyyət orqanları əhalinin birinci narazılıq aksiyasına düzgün dəyər vermədi. Onlar əhalinin etiraz aksiyaların siyasiləşdirdilər:

İranda indi baş verənlərə İranın daxilindəki proseslər kimi yanaşmaq mümkündür. Yəni bu etiraz aksiyaları İranın daxilindəki proseslərin tərkib hissəsidir. Çünki hakimiyyət orqanları əhalinin birinci narazılıq aksiyasına düzgün dəyər vermədi. Onlar əhalinin etiraz aksiyaların siyasiləşdirdilər. Guya İranda baş verən kütləvi aksiyaları ABŞ, İsrail və Səudiyyə Ərəbistanı edirdi. Bildirdilər ki, ABŞ göstəriş verib, İsrail plan hazırlayıb, Səudiyyə Ərəbistanı da maliyyələşdirib. İran kütləvi aksiyanı xalqa bu adla izah etdi. 

Əslində isə İranda kifayət qədər ciddi maliyyə qıtlığı, sosial-iqtisadi problemlər var. Baxmayaraq ki, İran İslam dövlətidir və İslam dinində də sələmçilik qadağandır, amma orada bank faizləri 33 faizə qalxıb. Hətta Afrikada belə o cür yüksək faizlərə rast gəlinmir. Dini rəhbərin ofisi kütləvi etiraz aksiyalarına düzgün qiymət versəydi, əhalinin içinə girsəydi, banklara göstəriş verib faizləri aşağı salsaydı, banklarda batan pulları xalqa qaytarsaydı bu zaman başqa regionlarda etiraz olmazdı. İndi iş o yerə çatıb ki, hətta Qum şəhərində belə əhali mollaları, axunları öldürür, maşının yandırır. Yəni İranda vəziyyət bu səviyyəyə qədər gəlib çatıb. 

Mübariz Əhmədoğlu: “İranda rejim dəyişikliyi gözləniləndir və ola bilər ki, bu lap qısa müddətdə baş versin”.


Qeyd edim ki, “Ərəb baharı” digər proseslərdən fərqləndirən bünövrənin nədən ibarət olması idi. Yəni “Ərəb baharı”nda bünövrə sırf sosial etirazlara söykənirdi. “rəngli inqilablar”ın bünövrəsində isə əhalinin siyasi narazılığı dayanırdı. Yəni “rəngli inqilablar”ın olduğu ölkələrdə əhali bir qayda olaraq sosial vəziyyətlə yanaşı demokratiya prinsiplərinin pozulmasından narazı olurlar. Bir sözlə “rəngli inqilablar”ın 3-4 dayağı olur. Onlar bir yerə toplaşanda ABŞ, Avropa dəstəkləyir. Amma hökmən “rəngli inqilablar”ın tərkibində demokratiya, insan haqları, azadlıq olmalıdır. “Ərəb baharı” prossesləri baş verən ölkəkələrdə isə əhali ac olur, dolanışıq üçün küçələrə çıxır və bu aksiyalar adətən xaotik və qanlı olur. Hazırda etiraz edən İran əhalisinin zərrə qədər demokratiya tələbi yoxdur. Əhali ancaq çörək, pul, sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasın istəyir. Buna görə də İrandakı indiki vəziyyət “Ərəb baharı” ssenarisidir. 

Buna görə də İranda Ali Dini Rəhbərinin şansı tükənir. Əgər yaxın vaxtlarda əhaliyə bir söz deyilməsə və sosial problemlərin səbəbləri aradan qaldırılmasa, “Ərəb baharı” ssenarisi İranda baş verə bilər. Həmçinin onu da qeyd edim ki, Ali Dini Rəhbər üçün İrandakı vəziyyəti düzəltmək o qədər də çətin deyil. Yalan söhbətdir ki, İran Suriyada külli miqdarda pul xərcləyir. İran Əfqanıstana, Livana da pul xərcləyir. Amma xərclənən pul adı çəkilən məbləğdə deyil. İranda pul əsasən Xamneyinin ətrafında olan adamların bank hesablarında toplanıb. Əgər həmin adamlar həmin pulları xalqa versələr, İranda vəziyyət düzələr. Bir sözlər İranda olan vəziyyət prezidentin gücü daxilində olan məsələ deyil. Ali Dini Rəhbər vəziyyəti düzəltməsə, İranda “Ərəb baharı” inkişaf edib çox ciddi fəsadlar yarada bilər. 

Mübariz Əhmədoğlu: “Ali Dini Rəhbərinin şansı tükənir. Əgər yaxın vaxtlarda əhaliyə bir söz deyilməsə və sosial problemlərin səbəbləri aradan qaldırılmasa, “Ərəb baharı” ssenarisi İranda baş verə bilər”.


İranda rejim dəyişikliyi mümkündür. Amma rejim dəyişikliyi üçün dəqiq vaxt demək çətindir. Ola bilər bu çox qısa müddətdə baş versin. Son iğtişaşlar zamanı İranda rəsmi 25 ölü qeyd edildi. Bu 25 ölünün 25-i də eyni qaydada öldürülüb. Yəni onlar arxadan eyni alətlə vurulub. Buradan da belə nəticə çıxır ki, etirazçıları öldürənlər müəyyən təşkilarlar, bəlkə də hakmiyyət strukturlarına yaxın təşkilatların üzvləri olublar. Onların da məqsədi bu idi ki, etirazçıları öldürməklə qalan etirazçıları qorxudsunlar. Amma hadisələr göstərdi ki, İranda əhali qorxmadı. 

Buna görə də mən düşünürəm ki, İrandakı etirazlar hal-hazırda dindarlara qarşı yönəlib. Yəni mən hələ eşitməmişəm ki, əhali prezidentin komandasından kimisə öldürsün. Prezidentin komandasına qarşı etiraz var, amma ölənlərin hamısı hərbiçilər və mollalardır. Prezidentin komandasına qarşı etiraz var. Bir daha qeyd edim ki, İranda rejim dəyişikliyi gözləniləndir və ola bilər ki, bu lap qısa müddətdə baş versin”.



Əlirza Amanbəyli: “Aksiyaların pərakəndəliyi və təşkilatlanmaması rejimə imkan yaradır ki, qısa müddət ərzində proseslərin qarşısını alsın”.


Cənubi Azərbaycan əsilli dissident, ictimai xadim, Güney Azərbaycan departamentinin sədri Əlirza Amanbəyli isə PİA.AZ-a açıqlamasında bildirib ki, İranda son aylarda baş verən proseslərin və kütləvi etiraz aksiyalarının bir neçə əsaslı səbəbləri var və bu səbələr həm siyasi, həm də sosial xarakterlidir:

İranda son aylarda baş verən proseslərin və kütləvi etiraz aksiyalarının bir neçə əsaslı səbəbləri var. Bu səbəblər iran hakimiyyətinin son 40 ildə yarıtmaz siyasəti nəticəsində İran adlanan coğrafi məkanda yaşayan xalqlarının  aclıq, işsizlik, səfalət, evsizlik, sosial təminatın olmaması, ən ibtidai insan hüquq və azadlıqlarının molla rejimi tərəfindən pozulması, qeyri fars millətlərin Azərbaycan türklərinin, ərəblərin, bəluçların, türkmənlərin, kürdlərin və s... milli hüquq və azadlıqlarının danılması, söz və fikir azadlıqlarının qadağan edilməsi, dini dözümsüzlük, ölkənin sərvətləri bir qurup hakimiyyət məmurlarının, özəlliklə də Dini Rəhbər adlanan  Xamneyini və  güc strukturlarının əlində cəmləşərək mənimsənməsi və talan edilməsi və buna bənzər bir çox səbəblər bais olur ki, kütləvi etiraz aksiyaları baş tutsun. Lakin aksiyaların pərakəndəliyi və təşkilatlanmaması rejimə imkan yaradır ki, qısa müddət ərzində proseslərin qarşısını alsın. 

Əlirza Amanbəyli: “Rejimin strateji mərkəzləri qabaqlayıcı tədbirlərə əl ataraq özlərinin hazırladığı kütləvi aksiyaların başlamasına şərayit yaradır və rejimə qarşı olan aktiv insanları küçələrə tökərək onları müəyyənləşdirir”.


Məlum olduğu kimi keçən ilin dekabr ayında Məşhəd şəhərindən başlayan kütləvi etiraz aksiyaları İranın başqa şəhərlərinə keçsə də, çox çəkmədən rejimin qəddar və anti insani tədbirləri nəticəsində yatırıldı və minlərlə aksiya iştirakçısı həbs olundular. Həmin şəxslər hazırda İran həbsxanalarında ciddi təziq və işkəncələr altındadırlar. Bunula yanaşı həmin aksiyalarda xeyli sayda ölan və yaralananlarda oldu. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, İran molla rejimi regiyon ölkələri arasında ən dikdator və qeyri insani hakimiyyətdir. Misal üçün Türkiyyədə və ya Azərbaycanda muxalifətin mitinqlərini qarşısını ya su şırnakları, ən pis halda rezin dəyənəklə alırlar, amma İranda mitinqin qarşısı odlu silahlardan balta və bışaqlardan istifadə edilərək alınır.

Bunlarla yanaşı uzun illərdən bəri Amerika və Qərb dövlətləri İranın nüvə silahı əldə etmək cəhdlərinə və dünya miqyasında terror təşkilatlarına silah və maliyyə dəstəklərinə, başqa ölkələrin daxili işlərinə müdaxilə, Yaxın Şəqdə sülhün yaranmasına əngəllər törətməkdə itiham edərək ciddi sanksiyalar tədbiq etməkdə davam edir. Bu isə İranda iqtisadi duruma ciddi təsir etdiyi üçün  sosiyal partlayışa səbəb olur.

Başqa tərəfdən isə burada gizli məqamlarında olduğu ehtimalıda var. Belə ki, islam maskası altında gizlənmiş rus və ingilislərin ayaqda tutduqları İran rejimi artıq başa düşür ki xalqın əksəriyyəti bu rejimi qəbul etmir və gec tez xalq üsyanı baş qaldıracaq və rejimin strateji mərkəzləri qabaqlayıcı tədbirlərə əl ataraq özlərinin hazırladığı kütləvi aksiyaların başlamasına şərayit yaradır və rejimə qarşı olan aktiv insanları küçələrə tökərək onları müəyyənləşdirir. Və nəhayət bütün vasitələrdən istifadə edərək onları netirallaşdırraraq bir müddət ölkədə sakitlik yaratmaqa nail olmağa çalışır. Bu hiyləgər metoddan öz xeyrinə ciddi surətdə istifadə edir və aksiyalarda həbs olunan fəalları işgəncələr altında vadar edir ki, onlar kütləvi informasiya vasitələrində qondarma etiraflar etsinlər ki, güya bu aksiyları Amerika və ya İsrayil hazırlayıb.

Əlirza Amanbəyli: “Güney Azərbaycan artıq özünü keçmişdəki kimi  bötöv İranın yox,  Güney Azərbaycanın qurtuluşuna hazırlayır”. 


İranda hərhansı bir rejim dəyişkliyi və ya xalq üsyanı o zaman baş tuta bilər ki, eyni zamanda İranın bütün iri və xirda şəhərlərində təşkilatlanmış formada aksiyalar başlasın və bu aksiyalarında önündə Güney Azərbaycan Türkləri olsun. Bildiyiniz kimi tarix boyu İran adlanan ölkədə inqilabları və ya rejim dəyişiklərini hər zaman Güney Azərbaycanlılar, başda qəhrəman Təbriz inqilabçıları edib. Amma maləsəf bütün bu inqilablarda ən çox ziyan görəndə yenə Güney Azərbaycan olub. Buna görədə bu günkü durumda artıq Güney Azərbaycan öz milli mənafeini nəzərə alaraq hərəkət etmək məcburiyyətindədir. Güney Azərbaycan artıq özünü keçmişdəki kimi  bötöv İranın yox,  Güney Azərbaycanın qurtuluşuna hazırlayır  və fürsət yaranan kimi öz müqəddəratını həll etmək gücünə malikdir.

İran məsələsi nə İraq, nə Suriya, nə Əfqanıstan, nədə Liviya deyil. İranda olan etnik müxtəliflik mütləq şəkildə İranın parçalnmasına aparıb çıxaracaq. lakin bu proses çox çətin və uzun müddətli münaqişə ocaqlarının yaranmasına səbəb olacaq. İran adlanan coğrafi məkanda qeyri fars millətlərin hamısı öz müqədəratını özü həll etmək istəyir və bu proseslərdən böyük dövlətlərdə öz xeyrləri üçün istifadə etməyə çalışırlar. Misal üçün kürd -türk ,kürd-ərəb, türk -fars qarşıdurması qaçılmaz olacaq və biz buna ciddi surətdə hazır olmalıyıq.

Nərminə UMUDLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar