Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda indidən 2021-ci ilin prezident seçkiləri müzakirəyə çıxarılıb

Ruhullah Fəqihi

“Al-Monitor” (ABŞ)


İran islahatçıları 2021-ci ilin prezident seçkilərində namizəd kimi bir daha mötədil mühafizəkardan dəstək ala biləcəklərmi? Bu sual müşahidəçilərin zehnini işğal etdiyi kimi, İran mediasının da diqqətini çəkib. Nəticədə, islahatçı liderlər prezident Həsən Ruhaninin ikinci dövrünün sona çatmamış gələcək seçkini daha çox düşünməyə başlayıblar.

Hələ sentyabrın 22-də Məclis sədri Əli Laricaninin sabiq islahatçı prezident Məhəmməd Xatəmi ilə birgə görünməsini əks etdirən fotoşəkillər peyda olan kimi, media hərəkətə keçib.

İndi mötədillər onlarla əməkdaşlıq yolu seçən və tez-tez tənqid səsləndirən bir sıra islahatçılardan yan keçib, 2021-ci il prezident seçkilərində kifayət qədər güc və nüfuza sahib olacaqlarına inanırlar. Ancaq növbəti prezident seçkilərində öz namizədlərindən birini seçmək üçün islahatçı qanadın qarşısında ən azı bir əsas məsələ durur: İran siyasi elitasının güvənini qazanmaq. Əgər bu, həyata keçərsə, onda Keşikçilər Şurası ilə heç bir problem olmayacaq – namizəd seçkiyə buraxılacaq.

Burada mühüm məqam odur ki, islahatçılar siyasi elitanın onlara olan inamının bərpa olunmadığını görürlər. Ehtimal ki, onlar Ruhani kimi başqa namizəd namizədə üz tutacaqlar. Bu baxımdan, Əli Laricani aparıcı seçimdir.

Ruhani ilə yanaşı, o, mötədillərin lideri sayılır; Laricani də üz döndərdiyi üçün mühafizəkarlar və sərt siyasət tərəfdarlarının tənqidinə tuş gəlir.

Həqiqətən də, Laricani müxtəlif səbəblərdən dəfələrlə sərt tənqidə məruz qalıb. 2009-cu ilin seçkilərinin nəticələrindən sonra Musəvi və Kərrubi barədə danışmaq istədiyi zaman yumşaq tondan istifadə edərək hər iki tərəfi razı salmağa çalışıb. Bunun üçün o, qəzəbli mühafizəkarlar tərəfindən "fitnənin səssiz tərəfkeşi" kimi damğalanıb.

Bundan başqa, Ruhaninin ilk prezidentlik dövründə (2013-17) Laricani parlament spikeri kimi onun arxasında dağtək durub. Əgər Laricani olmasaydı, Ruhani daha çox maneə ilə üzləşər və onun islahat gündəminin bir çox aspektləri – nüvə razılaşması da daxil olmaqla, – faydasız olardı. Həqiqətən, mühafizəkar parlament üzvlərinin Məclisdəki hay-küyünə baxmayaraq, Laricani 2015-ci ilin sonunda nüvə sazişini 20 dəqiqədə təsdiqlətdi. Məhz həmin məqamda sərt siyasət tərəfdarları və mühafizəkarlar həqiqətən İran siyasətində Laricaninin əsas düşmənlərindən birinə çevriliblər.

Bundan başqa, 2016-cı ilin parlament seçkilərində – bir çox islahatçılar əvvəldən kənarlaşdırıldıqda – Laricani mühafizəkar namizədlərin bir qismini kənarlaşdırmaq üçün Keşikçilər Məclisinin razılığının alınmasında mühüm rol oynayıb.

Qeyd edək ki, 2016-cı ildə mühafizəkarların Laricanidən imtinası sayəsində islahatçılar onu öz siyahılarına yerləşdiriblər.

Laricani indi mühafizəkarların gözü qarşısında, xüsusilə də 2017-ci il prezident seçkiləri ərəfəsində Ruhanini dəstəklədiyini bildirərək, mart ayında mətbuat konfransında açıqladığı kimi, prezidenti "yoldaş"ı adlandırdı.

Bundan əlavə, Laricani Musəvi və Kərrubinin ev həbsindən azad edilməsi üçün əlləşir və bu, islahatçı gündəminin bir parçasıdır. Sentyabrın 11-də islahatçı Məhəmməd Rza Xatəmi – sabiq prezidentin kiçik qardaşı Laricaninin səylərini təsdiqləyib.

Laricaninin gələcək seçkilərdə prezidentliyə namizəd olma ehtimalı həmişə mediada müzakirə olunub, ancaq Xatəmi ilə göründükdən sonra çoxu bu səhnəni Laricaninin 2021-ci il seçkisinə hazırlıqtək təhlil edib. Bu, doğru ola bilər.

İranda yığıncaqların iştirakçıları qabaqcadan məlum olur və “mübahisəli” islahatçıların yanında oturan şəxslər daha sonra ittihamlara tuş gəlirlər.

Beləliklə, Laricaninin islahatçılar arasında görünməsi 2021-ci ildə namizədliyinə təpkini görmək, habelə islahatçı düşərgə, prezidentin tərəfdarları arasında lider kimi İranın cəmiyyətinə tanınmaq cəhdidir.

Sərt siyasətçilərin “Cavan” qəzeti yazıb ki, Xatəminin mətbuata çıxış qadağası ləğv edilə bilər və Laricani buna nail olmağa çalışır. “Cavan”ın təhlillərinə əsasən, Laricani dəstək dairəsini genişləndirmək üçün seçici bazasını da dəyişməyə çalışır. Nəşrin yazdığına görə, mühafizəkarlar tərəfindən tənqid onun xeyrinədir. Lakin Xatəmi-Laricani görüşündən sonra ədliyyə sisteminin rəhbəri Sadiq Laricani – spikerin doğma qardaşı, sabiq islahatçı prezidentin məhdudiyyətlərini artırıb, onu ictimai mərasimlərə qoşulmasına qadağa qoyub.

İndi islahatçılar arasında 2021-ci ildə Laricani kimi bir şəxsə dəstək verilməsinə dair daxili müzakirə gedir. Qurucular Partiyasının (“Kargozaran”) və Birlik (“Ettehad”) partiyaları onu dəstəkləməyə hazırdır. Lakin nəticə çıxarmaq hələ də tezdir. 2020-ci il parlament seçkilərinin nəticələrini və ondan sonra o dövrdə qarşılaşacaqları vəziyyətə əsaslanaraq islahatçıların strategiyasını görmək lazımdır.Tərcümə: (Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar