Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib


Güney Azərbaycanda türklərə qarşı təzyiqlərə daha biri əlavə olunub


Türk milliyyətçisi və qadın hüquqları müdafiəçisi Safiyə Qarabaği İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, türk milliyyətçisi və qadın hüquqları müdafiəçisi Safiyə Qarabaği Zəncanda İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Hüquq müdafiəçisinin həyat yoldaşı Ruzbeh Səadəti Safiyə Qarabağinin həbs olunmasından sonra mətbuata açıqlama verib. O, evində axtarış aparıldığını və həyat yoldaşına məxsus əşyaların polis tərəfindən götürüldüyünü qeyd edib: “Həbs olunduqdan sonra kəşfiyyat dairəsində bir neçə saat saxlanılıb. Sonra 3 məmur Safiyəni evə gətirib axtarış aparıblar. Noutbuk, dəftər və kitabları götürərək aparıblar. Safiyə ilə cəmi bir-iki kəlmə söhbət edə bildik. Haqqında səsləndirilən ittihamların rejim əleyhdarı olması, ictimaiyyəti azdırmaq və yalan malumat yaymaq olduğunu söylədi”, - deyə bildirib.

Səadəti Safiyə Qarabaği ilə çox qısa söhbət etdiyini deyərək həyat yoldaşının "hakim rejimə qarşı yönələn fəaliyyəti", "ictimaiyyəti azdırmaq" və "yalan xəbər yaymaq" ithamları ilə günahlandırılaraq həbsə atıldığını açıqlayıb. Safiye Qarabağinin qadın hüquqları, qadına qarşı şiddət, İranda gender bərabərsizliyi və türk dilinə qoyulan qadağalara qarşı cəmiyyəti oyatmağa çalışan yazıları var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar