İranda 25 gəmi yanıb
APA-nın “vestikavkaza.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə Kanqan liman şəhərində baş verib. Hadisə nəticəsində 8 nəfər dəm qazından zəhərlənib və müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Gəmi sahiblərinə ümumilikdə 2 milyon dollar məbləğində ziyan dəyib. Məlumata görə, sahilə kəndirlə bağlı olan qayıqların birində suyu çəkmək üçün quraşdırılan nasos yanıb. Alov tez bir zamanda yayılıb.
pia.az