Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrana görə Avropa ilə üz-üzə gələn ABŞ-ın “sanksiya silahı” öz təsir gücünü itirə bilər? – Müsahibə


Politoloq: “İranın Ali dini rəhbəri Xamneyinin Avropa qarşısında şərtləri İngiltərə və Fransanın İrana qarşı sərt siyasətinə səbəb ola bilər”


Avropa dövlətlərinin öz iqtisadi mənfəətləri naminə İranla nüvə sazişindən çıxmayacaqlarını elan etməsi ABŞ-ın nrahatlığınl artırıb”.

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə İranla nüvə sazişi ətrafında yaranan vəziyyəti PİA.AZ-a şərh edərkən bildirib.

Xatırladaq ki, mayın 21-də “Heritage” Fondunda çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo, ölkəsinin İranla bağlı yeni strategiyasından danışıb. ABŞ rəsmisi çıxışı zamanı İranla yeni bir nüvə sazişi imzalanması  üçün, Vaşinqtonun rəsmi Tehranın qarşısında qoyduğu 12 şərtini açıqladı. 

İranın dini lideri Əli Xamneyi isə mayın 23-də ölkə rəsmiləri ilə görüşərək, nüvə sazişindən və İranın bu razılaşmada qalması üçün şərtlərindən danışıb. Öz çıxışında ABŞ-ın İranla imzalanmış nüvə sazişindən çıxmasını tənqid edən axund Xamneyi deyib ki, avropalılar onun irəli sürdüyü 7 şərtini qəbul etməsə, İran əvvəlki nüvə fəaliyyətini yenidən bərpa edəcək. Sitat: 

İslam Respublikası hökumətinin təcrübəsi göstərir ki, Amerika ilə razılığa gəlmək mümkün deyil. Çünki Amerika üzərinə götürdüyü öhdəliklərə heç vaxt sadiq deyil. Amerika müxtəlif sahələrdə yürütdüyü siyasəti ilə İran İslam Respublikasını devirmək niyyətindədir. Bu həmişə belə olub. Lakin onun bu cəhdləri Tom və Cerri cizgi filmindəki pişik kimi yenə məğlubiyyətə uğrayacaq. Amerikanın indiki prezidentinin də taleyi, özündən əvvəlki prezidentlərin taleyi kimi olacaq və o da tarixdə itib batacaq.

Qərblə İran arasında imzalanmış nüvə sazişinə gəldikdə, hesab edirəm ki, Avropa ölkələri bizim bu razılaşmada qalmağımız üçün aşağıdakı şərtləri yerinə yetirməlidirlər: Avropa ölkələri Amerikanın son iki ildə nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozması qarşısında susğunluğuna son qoymalı, buna münasibət bildirməlidir. Avropa ölkələri bir qətnamə qəbul edərək, BMT Təhlükəsizlik Şurasının nüvə sazişi ilə bağlı qətnaməsini pozduğuna görə, Amerikaya qarşı mövqe göstərməlidir. Avropa zəmanət verməlidir ki, onunla aparacağımız danışıqlarda İranın raket proqramı məsələsini və bizim regioanal siyasətimizi gündəmə gətirməyəcək. Avropa zəmanət verməlidir ki, o, İrana qarşı tətbiq ediləcək hər hansı bir sanksiyaya qarşı çıxaraq, Amerikanın bu addımlarına qarşı açıq və şəffaf mövqe sərgiləyəcək. Avropa İran neftinin satışına zəmanət verməlidir. Belə ki, neftimizin satışında hər hansı bir maneə yaranarsa, avropalılar zəmanət verməlidir ki, İran neftini özləri alacaqlar. Avropa bankları həm də İranla ticarət əlaqələrini saxlayacağına zəmanət verməlidir”.

Xamneyi bildirib ki, onun sadaladığı şərtlər, avropalılar tərəfindən qəbul edilməsə, İran nüvə sazişindən çıxaraq, əvvəlki nüvə proqramını və uranı 20 faiz dərəcəsində zənginləşdirməklə bağlı fəaliyyətini yenidən bərpa edəcək.  

ABŞ-iran münasibətlərindən və bu məsələyə görə Avropa Birliyinin tutduğu mövqeyi ilə bağlı politoloq Məhəmməd Əsədullazadə PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.



Məhəmməd Əsədullazadə: “Bir müddətdən sonra Fransa və İngiltərə ABŞ-la həmrəy olub, İrana qarşı sanksiyalara qoşulacaqlar”.


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin gündəm mövzu ilə bağlı müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Məhəmməd bəy, İranla nüvə sazişinin qorunması naminə Avropanın Xamneyinin bu şərtlərini qəbul etməsi gözləniləndirmi?

- ABŞ prezidenti Donald Trampın İranla altılıq ölkələri arasında bağlanan nüvə sazişindən təktərəfli çıxması, regionda ümumi siyasi proseslərin gərginləşməsinə, həmçinin Avropa ilə ABŞ arasında ciddi siyasi fikir ayrılığına səbəb oldu. İranla 2015-ci ildə ABŞ başda olmaqla, İngiltərə, Fransa, Almaniya, Rusiya və Çinlə bağlanan nüvə sazişi İranın nüvə zəngiləşdirilməsinin dayandırılması halında İrana qarşı sanksiyaların götürülməsi nəzərədə tutulub.

Qeyd edim ki, İran sanksiyalaradan azad olunduqdan sonra iqtisadi inkişafa nail oldu və öz hərbi xərclərini artırmaqla Yaxın Şərqdə vəkalət müharibəsinin əsas iştirakçı tərəfinə çevrildi. İranın Suriya, İraq, Livan və Yəməndə siyasi-hərbi hərəktliliyi Səudiyyə Ərəbistanını sıxışdırması, İsrailə qarşı Hizbullahı gücləndirməsi, Suriyada hərbi bazalar təsis etməsi, ABŞ və İsrail tandemi başda olmaqla, Səudiyyə Ərəbistanında ciddi narahat edirdi.

Ona görə də hesab edirəm ki, İranın Ali Dini rəhbəri Xamneyinin Avropa qarşısında şərtləri İngiltərə və Fransanın İrana qarşı sərt siyasətinə səbəb ola bilər.

Məhəmməd Əsədullazadə: “İranın sıxışdırlması həyata keçirilməsi üçün ABŞ bütün rıçaqlardan istifadə edəcək”.


- Buna baxmayaraq hələ ki, Avropa İranın tərəfindən çıxış edir. Elə Xamneyinin bu tələblərindən sonra Almaniya kansleri Anqela Merkel İranın mövqeyini müdafiə etdi. Avropa Birliyinin İranın bu şərtlərinə uyğun siyasət yürüdəcəyi halda, ABŞ-la münasibətləri necə olacaq? Avropa qlobal maliyyə şəbəkəsinə sahib olan ABŞ-ın sanksiyalarına qarşı Avropa Birliyi İranla bütün sahələrdə əməkdaşlığı davam etdirərsə, hadisələr hansı istiqamətdə inkişaf edə bilər?

- Trampın hakimiyyətə gəlişi, İranla nüvə sazişini sərt tənqid etməsi və İrana qarşı ərəb-İsrail koalosiyasınl formalaşdırması, proseslərin məhz İranla nüvə sazişindən çıxamağa aparılmasını şərtləndirirdi. Tramp mayın 12 kimi nüvə sazişindən çıxmaq barədə əmr verməsi və İrana qarşı 12 şərt irəli sürməsi, Avropa müttəfiqlərini çətim duruma saldı. Avropa dövlətləri öz iqtisadi mənfəətləri naminə İranla nüvə sazişindən çıxmayacaqlarını elan etməsi ABŞ-ın narahatlığını artırıb. Buna baxmayaraq düşünürəm ki, bir müddətdən sonra Fransa və İngiltərə ABŞ-la həmrəy olub, İrana sanksiyalara qoşulacaqlar. Çünki İranın Avropadan tələbləri bir mənalı seçim tələb edir. Lakin bir çox aparıcı Avropa şirkətləri İranla əməkdalığın açıq tərəfdarıdırlar və ABŞ-ın sanksiyaları onları qəzəbləndirir. Bu amilin gələcəkdə hansı rol oynayacağı önəmlidir.

- İlk dəfədir ki, Avropa Birliyi ABŞ sanksiyalarına qoşulmayacağını və bu sanksiyalara tabe olmayaraq İranla əməkdaşlığını davam etdirəcəyini dilə gətirir. Avropa ilə üz-üzə gələn ABŞ-ın “sanksiya silahı” öz təsir gücünü itirə bilərmi?

- Avropa Rusiyaya qarşı sanksiyalara qoşulub. İran uranın zəngiləşdirilməsinini istisna etməklə, digər sahələri xüsusi ilə ballistik raketlərin inkişafını, Yaxın Şərqdə apardığı sıyasəti və neftin alınmasını irəli sürür. Bu şərtlər İranın gücləndirilməsi deməkdir. 

Hesab edirəm ki, Vaşinqton çalışacaq ki, üç Avropa ölkəsini sanksiyalara qoşsun. Proseslər çox ciddi müstəvidə davam edir. İranın sıxışdırlması həyata keçirilməsi üçün ABŞ bütün rıçaqlardan istifadə edəcək. Avropa İranla iqtisadi əməkdaşlığı davam etdirdiyi şəraitdə, ABŞ-dan Avropaya ciddi təzyiqlər ola bilər. Əgər bu təzyiqlər nəticə verməsə və Avropa ABŞ-ın sanksiyalarına rəğmən İranı öz tərəfdaşı olaraq görməkdə davam etsə, onda tamam fərqli situasiya ilə rastlaşa bilərik. Bütün bunları zaman göstərəcək. Lakin İran öz şərtlərini irəli sürürsə. mən bu şərtlərin qəbul olunacağına inanmıram. İran nüvə sınaqlarını davam etdirmək qərarını verdiyi anda isə Ağ Evin istədiyi olacaq və Avropa ABŞ-ın yanında yer alacaq.

Məhəmməd Əsədullazadə: “Son yüz ilin tarixi təcrübəsi göstərir ki, AvropaRusiyanın işğalından ABŞ qoruyub və qoruyacaq”.


- İranla bağlı yaranmış insidentin Rusiya ilə də təkrarlana biləcəyini ehtimal edirsinizmi. Hesab edirsinizmi ki, zamanla Avropa ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qəbul etməkdən imtina etsin və gələcəkdə bu baş verərsə, dolların dünya iqtisadiyyatı üzərində hegemoniyasının və dolayısı ilə ABŞ-ın iqtisadi gücünün təsirinin azalmasına səbəb olsun? Bu baş verərsə, Avrasiya geosiyasətində hansı prosseslər gedə bilər?

- Rusiyanın təzyiqlərindən AvropaABŞ qoruyur. ABŞ-sız  Avropanın Rusiya tərəfindən zəiflədilməsi deməkdir. Ona görə də düşünürəm ki, Avropa ABŞ qarşısında geri çəkiləcək. Hazırda yeni siyasi nizam formalaşır. Bu üzdən də bütün hallarda Avropa ABŞ dəstəkləyəcək. Amma Avropa ABŞ qarşı gələrsə, Rusiyaya qarşı sanksiyaları götürərsə, avro güclənə bilər. Avronun güclənməsi ABŞ-ı və dolları zəiflətməsə də Avrasiya regionunda ABŞ -sız bir siyasi düzən formalaşar. Rusiya bundan yararlanıb güclənə bilər və zamanla AvropaABŞ qarşı qoya bilər. Şərtlər belə davam edərsə, Putin ABŞ üzərində qələbə çalar. Avropadan da ABŞ çıxar, yerini Rusiya tutar. Bu ssenarı tam olaraq Rusiyanın maraqlarına cavab verir. 

Ancaq mən hadisələrin bu şəkildə inkişaf edə biləcəyinə qətiyyən inanmıram. Çünki Avropada Rusiyanı müttəfiq olaraq görən siyasi qüvvələr demək olar ki, yoxdur. Olanlar isə ultraradikal solçu və sağçı qruplardır və bu qruplar o qədər kiçikdirlər ki, heç bir zaman hakimiyyətə gələ biləcəklərini xəyal belə edə bilmirlər. Ona görə də Avropa mütləq şəkildə ABŞ-la birlikdə Rusiyaya və digər regional güclərə qarşı ittifaqda olacaq. Son yüz ilin tarixi təcrübəsi də göstərir ki, AvropaRusiyanın işğalından ABŞ qoruyub və qoruyacaq. Avrasiya regionunda ABŞ çıxarılması Rusiyanın Avropanı nəzarətə götürməsi demək olar. Bu isə nəzəri cəhətdən belə mümkün deyil. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar