Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran və beş ölkənin diplomatları Vyanada görüşəcək


Mayın 25-də İran və daha beş ölkənin aparıcı diplomatları Vyanada görüşəcək


Onlar İranla 2015-ci ildə imzalanmış nüvə sazişini iflasdan xilas etməyə çalışırlar. Birləşmiş Ştatlar mayın 8-də sazişdən çıxıb və İrana sanksiyaları bərpa edib. İran nüvə proqramını məhdudlaşdıran sazişə əməl edəcəyini bildirir. Bir şərtlə ki, Britaniya, Fransa, Almaniya, Rusiya və Çin də öhdəliklərini yerinə yetirsinlər, İranın dünyayla biznesi davam etdirməsinə zəmanət versinlər. “Asan olmayacaq, ancaq çalışacağıq”, – İran xarici işlər nazirinin müavini Abbas Əraqçi danışıqlardan öncə deyib.

İRANIN ŞƏRTLƏRİ

İran nazirləri ali dini lider ayətulla Xameneyinin göstərişi ilə avropalılardan İranın neft satışı və ticarətinə zəmanət almağa çalışırlar. Daha bir istəkləri Avropa ölkələrinin Birləşmiş Ştatların Tehranla daha güclü və daha geniş saziş razılaşdırmaq cəhdlərini rədd etməsidir.

Xameneyi mayın 23-də yeddi şərt irəli sürüb, İranın sazişdə qalmasından ötrü həmin şərtlərə əməl etməyin vacibliyini vurğulayıb. Nüvə sazişini imzalamış Avropa ölkələri İranla biznes qurmuş Avropa şirkətlərini ABŞ sanksiyalarından qanuni yolla qorumağa çalışır.

Diplomatların deməsinə görə, Avropa Birliyi çalışır ki, bu şirkətlər özəlliklə İranın ABŞ dollarından, ABŞ maliyyə qurumlarından istifadəsini yasaqlayan sanksiyaların təsirinə məruz qalmasınlar. AB rəsmiləri bu məqsədlə xüsusi tədbirlər paketi hazırlayıblar və İran təmsilçilərinin onları incələyəcəyi gözlənir.

“HƏQİQƏT ANI”

Avropanın bəzi rəsmiləri isə bu tədbirlərin şirkətlərin İrandan çıxmasını əngəlləyə bilməyəcəyini düşünür. Fransanın Total, Almaniyanın Allianz kimi böyük korporasiyaları sanksiyalardan istisna almasalar, İranı tərk edəcəklərini bildiriblər.

“Məncə, bu, avropalılar üçün həqiqət anıdır”, – AB-nin baş diplomatı Federika Moqerini bu həftə deyib. ABŞ prezidenti Donald Trump nüvə sazişindən çıxanı sənədi imzalamış ölkələrin xarici işlər nazirləri ilk dəfə bir araya gəlir. Trampın iddiasına görə, bu sənəd İranın atom başlığı hazırlamasını dayandırmır, ballistik raket proqramına nəzarət etmir, Yəmən və Suriyadakı regional münaqişələrdə iştirakını əngəlləmir.

AvropaRusiya liderləri isə sazişin hədəfinə çatdığını, İranın nüvə silahı hazırlamasını önlədiyini, Yaxın Şərqdə sabitliyə töhfə verdiyini deyirlər. (Azadlıq radiosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar