Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran siyasətində başabəla qardaşlar


Səid Cəfəri

“Al-Monitor” (ABŞ)


May ayında keçirilmiş prezident seçkilərindən sonra, birinci vitse-prezident İshaq Cahangiri 2021-ci ildə İranın növbəti seçkiləri üçün islahatçıların ehtimal olunan namizəd kimi görünür. Ancaq qardaşının korrupsiya ittihamı ilə həbsə olunması ona bəzi maneələr yarada bilər.

Kiçik qardaş Mehdi Cahangirinin həbs ilə bağlı məlumatlar hələ oktyabrın 6-da ictimai media şəbəkələrində ortaya çıxıb. Xəbər tezliklə rəsmi mətbuat orqanları tərəfindən təsdiqlənib.

Vitse-prezidentin qardaşı fotolarda İsfəndiyar Rəhim Məşayi ilə birgə əks olunub. O, sabiq prezident Mahmud Əhmədinejadın mübahisəli məsləhətçisi və vitse-prezidenti kimi tanınır. 2005-2009-cu illərdə Məşayinin rəhbərliyi dövründə Mehdi Cahangiri Mədəni İrs və Turizm Təşkilatının investisiya və layihələr şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Gənc Cahangiri 2008-ci ilin noyabr ayında "İranın turizm sənayesində investisiya imkanları" adlı konfransdan sonra bu vəzifədən uzaqlaşmaq məcburiyyətində qalıb.

Konfransın açılış mərasimində ənənəvi kostyumlar geyinmiş qadınlar səhnəyə musiqili müşayiətlə çıxıb və Quran-ı Kərimə oxuyan qariyə Müqəddəs Kitabın tərcüməsini təqdim ediblər. Prinsipçilər hərəkatı və bir sıra böyük din xadimi tamaşanı şiddətlə tənqid edib və Mehdi Cahangirinin vəzifəsindən istefa verməsini istəyib. İstefa verməsinə baxmayaraq, o, turizm sahəsində bir neçə kiçik firma, o cümlədən Turizm Bankı yaradıb. Həmin qurumlar İran Mədəni İrs və Turizm İnvestisiya Korporasiyası tərəfindən mənfəətli turizmi qrupu sayılıb.

Mehdi Cahangirinin Əhmədinejad-Məşayi dairəsi ilə əlaqəsini, işində birdən-birə uğur qazandığını nəzərə alsaq, onun sabiq prezidentin dövrünə aid çoxsaylı korrupsiya halları ilə bağlı həbsi təəccüblü deyil.

Birinci vitse-prezident hələ oktyabrın 6-da "Instagram" yazısında qeyd edib: "Mənə nə həbsin təfərrüatı, nə də ittihamlar barədə məlumatlıyam, amma hər halda o, [Mehdi Cahangiri] hökumət üzvü deyil, ya da siyasi fəaliyyətlə məşğul olmur… Baş verənlər təəccüblü deyil və indi nəticəni gözləməliyik”. Sonra əlavə edib: “Ümid edirəm ki, bu, siyasi sifariş deyil və korrupsiyaya qarşı mübarizədə qanuna uyğun həyata keçirilib, ədalət meyarı da gözlənilib”.

İshaq Cahangiri bir daha oktyabrın 7-də keçirilən konfransda bu mövzuya bir daha qayıdaraq deyib: "Korrupsiya ölkədə mütəşəkkil bir hala gəlib və mən onun necə dərinləşdirdiyini çox yaxşı bilirəm… Korrupsiyaya qarşı mübarizədə qırmızı xətt yoxdur və kimsənin toxunulmazlığı da… Kimsənin korrupsiyaya qarşı bəhanə ilə siyasi intiqam almaq hüququ yoxdur və bütün dövlət qurumları qanunla hərəkət etməlidirlər". O əlavə edib: “Bu gün ölkə iqtisadiyyatı özəl sektorun əlindədir və heç kimin özəl sektorun sərhədlərini birtərəfli pozmaq hüququ yoxdur. Bu sektor da korrupsiyaya qarşı mübarizədə maraqlıdır, lakin bəzi şəxslərin özəl sektora münasibətini gördükdə, rəsmi şəxslərin yalnız danışdığını və fəaliyyət göstərmədiyi düşünülür".

Mehdi Cahangiri, həmçinin iranlı tacirlər və iş adamları üçün mərkəz rolunu oynayan Tehran Ticarət Palatasının sədr müavinidir. İran iqtisadiyyatında mühüm rol oynayan bu xüsusi iqtisadi sindikatın rəhbərləri İran tacirləri tərəfindən seçilir.

Sual budur ki, Mehdi Cahangirinin həbsi böyük qardaşı ilə əlaqəlidir, ya yox? O, prezident Həsən Ruhaninin rəhbərliyindən “faydalana” bilibmi?

Sabiq millət vəkili, sərt prinsipçi Əlirza Zəkani deyib ki, “Cahangirinin ailəsi trilyonlar [İran rialı ilə] vəsait əldə edə bilər. Onların bankları var. Əlləri neft-kimya sahəsinə uzanır. Turizm Bankı kimə aiddir? İsfəndiyar Rəhim Məşayi ilə əlaqələr sayəsində, əvvəlki rəhbərliyi altında əldə edən bu bank İshaq Cahangirinin qardaşına məxsusdur".

Məhkəmənin sözçüsü Qulamhüseyn Möhseni Ejei birinci vitse-prezidentin qardaşının adını çəkmədən bildirib: "Bank korrupsiyası ilə məşğul olanlardan biri bu yaxınlarda həbs olunub. Onun 14 bankla əlaqəsi və 30 trilyondan (860 milyon dollar) çox borcu var. Bu borcun təxminən 16 trilyon rialı (459 milyon dollar) dondurulub".

İslam İnqilabçı Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri, general Qulaməli Əbuhəmzə bildirib ki, vitse-prezidentin qardaşını həbs edən məhz İİKK-dir: “Mən aydın şəkildə deyəcəyəm: İslam Keşikçiləri xalqa və dövlətə qarşı hərəkət etmək istəyən hər kəsə qarşı hərəkət edəcək və biz onların hər birini təqib edəcəyik”. Sonra əlavə edib: "Mehdi Cahangirinin qardaşı intiqam alındığını deyir, amma qardaşını qınamır”.

Bu arada islahatçılar birinci vitse-prezidentini qardaşından “uzaqlaşdırmağa” çalışıblar və M.Cahangirinin hökumətdə heç bir vəzifə tutmadığını və yalnız özəl sektorda aktiv olduğunu vurğulayıblar.

Hüseyn Mərəşi, İshaq Cahangirinin məxsus olduğu Qurucular Partiyasının funksioneri bir müsahibəsində deyib: "Partiyamız və Mehdi Cahangiri arasında əlaqə yoxdur. Hətta bu partiyanın üzvü olmayıb".

Bu iddia ilə bağlı bir çox detal hələ açıqlanmadığı halda, həbs olunan şəxsin Ruhani administrasiyası ilə əlaqəsinin olmadığını nəzərə alsaq da, saxlanmanın özü İshaq Cahangirinin 2021-ci il prezident seçkilərində potensial islahatçı namizəd kimi şansına böyük zərbə vurub.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar