Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran şahının mumiyası tapılıb


İran hökmdarı Rza şah Pəhləvinin mumiyasının Tehran şəhəri yaxınlığında yerləşən Şeyx Əbdüləzim türbəsində aşkar edilib


PİA.AZ “Report”-ya istinadən xəbər verir ki, Tehran İslam şurası mədəni irs və turizm komitəsinin sədri Hasan Xəlilabadi bu mumiyanın Rey şəhərində yerləşən türbədə genişləndirmə işlər aparılan zaman tapıldığını bildirib.

Mumiya türbənin qərb hissəsində aşkar olunub. Onun Rza şah Pəhləviyə aid olduğu iddia edilir.

Rza şah Pəhləvi 1925-1941-ci illərdə İranda hökmdarlıq edib. O, pəhləvilər sülaləsinin banisidir. Qacar sülaləsinin son padşahı Əhməd şah Qacarı devirib və Pəhləvilər sülaləsinin hakimiyyətini qurub.

Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində doğulub. Atası Abbas Əli Savadkuhda hərbçi (polkovnik), anası Nüşafarin Zəhra Qafqazlı mühacir olub.

1941-ci ilin avqustunda sovet qoşunları şimal-qərbdən, ingilislər cənubdan İran ərazisinə daxil olub. Həmin il faşist Almaniyası ilə əlaqə saxladığı üçün Rza şah taxtdan salınıb yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirildi.

O, 1944-cü il iyulun 26-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində ölüb. Ölümündən sonra onun Misirdə mumiyalanaraq Qahirədəki Al-Rifanın məscidində gizlədildiyi, 1950-ci ildə isə Rey şəhərində dəfn olundğu iddia edilir. 1979-cu il fevral inqilabından sonra Rza Şah Mavzoleyi ayətullah Xomeyninin göstərişi ilə dağıdılıb.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar