Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran hərbi bazaların yoxlanılmasına icazə verməyəcək

Hərbi bazaların yoxlanılmasına icazə verməyəcəyik


PİA.AZ APA-ya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri komandanının müavini Əhmədrza Purdəstan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin İranın hərbi bazalarının yoxlanıla biləcəyinə dair açıqlamasına münasibət bildirirkən deyib. 
 
Ə. Purdəstan deyib ki, hərbi bazaların yoxlanılması ilə bağlı Silahlı Qüvvələrin Baş Qərargahı rəsmi mövqeyini açıqlayıb: "Hərtərəfli Birgə Fəaliyyət Planında da hərbi mərkəz və bazaların yoxlanılması istisna olunur. Silahlı Qüvvələr öz mövqeyini tam müdafiə edəcək və icazə verməyəcək ki, kimsə bazaları yoxlasın". 
 
Ə. Purdəstan İran Silahlı Qüvvələrinin ABŞ gəmisinə xəbərdarlıq etməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O deyib ki, İran İslam Respublikasının qayıqları bir neçə gün əvvəl problem yaranan bir gəmiyə yardım etmək üçün həmin gəmiyə yaxınlaşıb. Bu zaman ABŞ gəmisi də həmin gəminin yanına gəlib: "İran Silahlı Qüvvələrinin xəbərdarlığı ilə ABŞ gəmisi geri çəkilib. Bu sahədə beynəlxalq qanunlar mövcuddur, ABŞ da dəniz qanunlarına əməl etməyə borcludur".
 
Qeyd edək ki, Nikki Heyli Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sədri Yukya Amano ilə görüşdə bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına uyğun olaraq, İranda şübhəli hərbi bazalarda yoxlamalar aparıla bilər və bu, edilməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar