Xəbər xətti

26 APREL

22:40 Putin Ermənistanın müvəqqəti baş naziri ilə danışıqlar aparıb

22:27 Sabunçuda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib

22:20 “Mən seçilməsəm, heç kim seçilməyəcək” – Paşinyan

22:16 “Fənərbağça” ilə oyuna çıxmayacaqlar – “Beşiktaş”dan bəyanat

22:05 ABŞ Senatı Mayk Pompeonu dövlət katibi postuna təsdiqləyib

21:33 Lütfi Zadənin qəbirüstü abidəsi hazırlanır

21:25 570 uşaq küçələrdə dilənçilik edir – Dəhşətli statistika

20:50 Azərbaycan prezidenti Böyük Britaniyanın baş naziri ilə görüşüb

20:40 Türkiyə və Rusiya II mərhələyə keçdi - S-400 müzakirəsi

20:25 Azərbaycanlı deputatın maşını Türkiyədə saxlanıldı – İcazəsiz daxil olub

20:22 İrəvanda mitinq başlayıb, Putin Karapetyana zəng vurub

20:17 ABŞ-dan şok açıqlama: Suriyada savaşı genişləndiririk...

20:12 Çinli turist pis qoxuya görə həbs olundu

20:05 Gürcü tarixçi: “Ermənistan Qarabağdan əl çəkməlidir”

19:50 “Alabala”, “paket” maaşlar… Vəzifədən gedən məmurlar necə yadda qaldılar?

19:38 SOCAR-la BP arasında geoloji kəşfiyyat işləri üçün yeni hasilatın pay bölgüsü haqqında saziş imzalanıb

19:33 “İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

19:20 Moskva meri Azərbaycan prezidentinə məktub göndərib

19:05 “Moodys“ ABŞ-ın kredit reytinqini təsdiqləyib

18:38 Hüseyn Abdullayevə yeni ittihamlar irəli sürüldü!

18:33 Elektron qolbaqların geniş tətbiqinə dair tapşırıqlar verilib

18:24 "Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan üçün yaradır"

18:17 ABŞ senatorları banklardan Putinin adamlarının hesabları haqqında məlumat tələb edirlər

18:13 Cənubi Koreyada mədəndə partlayış: ölən və yaralananlar var

18:05 DİN-də geniş əməliyyat müşavirəsi keçirilib

18:00 Dünyanı real zamanda izləmək mümkün olacaq

17:55 Mayda Britaniya baş nazirinin ticarət elçisinin Azərbaycana səfəri gözlənilir

17:49 Aprelin 29-da sınaq imtahanı keçiriləcək

17:44 Tolik talışları ermənilərlə bir tutdu, aləm qarışdı

17:39 Lütfi Zadənin qəbirüstü abidəsi hazırlanır

17:34 Göyçayda avtomobil parkın hasarına çırpılıb, xəsarət alanlar var

17:28 İsrail İranı məhv etməklə hədələdi

17:23 Sabunçuda seyf oğurlayan şəxslər saxlanıldı

17:18 “Böyük Britaniya və Azərbaycan arasında neft-qaz sahəsində yüksək əməkdaşlıq mövcuddur”

17:15 Ukrayna Donbasda 3 min 800-ə yaxın hərbçi itirib

17:10 “İnsanlara nur bəxş edən alim”

17:05 “Kəndin yeni erası”

16:59 “Ağadadaş səhv danışır, mən onu başa salaram”

16:54 Rusiya niyə qaz strategiyasını dəyişir?

16:49 ABŞ konsulluğunun qarşısında naməlum şəxs özünü yandırmaq istədi

16:44 Avropa Mərkəzi Bankı növbəti iclasını keçirir

16:39 Ev dustağı olan şəxslərin kütləvi aksiyalarda iştirakına qadağa tətbiq edilib

16:34 Nəsimi rayonunda Zərifə xanım Əliyevaya həsr olunmuş konsert keçirilib

16:29 “Bu sənətdən böyük həvəslə gedərdim”

16:23 Sabah bir ölkənin iki lideri görüşür - Şimali Koreya problemi çözülür?

16:17 Almaniyada axtarılan, Türkiyədə tutulan Hüseyn Abdullayevin həbsxana yolu...

16:12 Ötən gün cinayət törətdikləri ehtimal olunan 30 nəfər saxlanılıb

16:07 Türkiyədə prezidentliyə namizədlərin irəli sürülməsi tarixi açıqlandı

16:02 Ermənistanda iqtidar çökür: Daha 3 nazir və 2 qubernator istefa verdi

15:55 Türkiyənin keçmiş baş naziri deputatlığa namizəd olmayacağını açıqladı

15:50 Xamneyi müsəlman ölkələrinə çağırış etdi: ABŞ-a qarşı birləşin

15:45 “Məni bu hesabata ona görə daxil ediblər ki, məhbuslarla görüşmüşəm?”

15:40 İlham Əliyev Alan Dunkanla görüşdü – Qarabağ müzakirəsi

15:35 “Türkiyənin “S-400” almasına alternativ təklifləri araşdırırıq”

15:30 2018-ci ildə istifadəyə veriləcək elektrik stansiyalarının siyahısı

15:25 “Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək

15:14 Prezident Londonda Britaniyanın dövlət naziri ilə görüşdü

15:08 Tatlısəs millət vəkili olmaq üçün 4-cü dəfə cəhd edir

15:08 Bakıda idarədən pulla dolu seyf oğurlanıb

15:03 İlham Əliyev Britaniya parlamentinin bir qrup üzvü ilə görüşüb

14:57 Müəllimlər üçün müsahibələrin nəticələri gələn həftə məlum olacaq

14:52 Binə Ticarət Mərkəzində aksiya - Səbəb

14:47 “Formula-1”: Azərbaycan Qran-prisi start götürür

14:43 Duqindən maraqlı çıxış: “Biz uduzduq, Avropa qazandı”

14:38 Prezidentin Britaniyaya səfəri başlayıb, İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb

14:34 Kudrin “Telegram”ın bloklanmasına qarşı çıxdı

14:29 Ermənistanda daha bir neçə nazir və qubernator istefa verib

14:24 Şahbaz Quliyevi əməliyyat edən həkim Azərbaycana gələrək ailəsini məlumatlandırıb

14:19 “Facebook”un bu funksiyası “Instagram”da da oldu

14:15 Sevda: “Ehtiyacım var, göndərin mənə”

14:10 Heydər Əliyev prospektində qəza: tıxac yarandı

14:05 “Bakı treki artıq böyük rəğbət oyadıb” - Serxio Peres

14:00 Nazirlik qanun pozuntusuna görə Baş Prokurorluğa müraciət etdi

13:55 Səməd Seyidov: “Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”

13:51 Dolların qiyməti dəyişmədi

13:28 Tanınmış yazıçı: “Mən hələ o qadının mərtəbəsinə çatmamışam”

13:24 İşçilərin tətil etməsi ilə bağlı yeni cəzalar müəyyənləşdirilir

13:19 Sabah hava necə olacaq?

13:15 Angela Merkel Azərbaycan prezidentini təbrik edib

13:11 May ayı üçün qeyri-iş günlərinin sayı açıqlanıb

13:07 “Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”

13:03 Ermənistanda necə bir hakimiyyət formalaşa bilər? - Politoloq rəyi

12:58 Ramiz Mehdiyev Soçidə beynəlxalq konfransda çıxış etdi

12:53 Hər şey yağışa görədir

12:49 Samur-Abşeron kanalında qadın meyiti tapılıb

12:45 İlham Əliyev: “Bu, xalqların birgəyaşayışına ciddi təhlükə yaradır”

12:41 Tailandda turizm mərkəzləri kütləvi şəkildə bağlanır

12:37 Musiqili Teatrın may repertuarı

12:33 Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq

12:28 Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxartdı

12:24 Paşinyan və Qarabağ separatçılarının lideri arasında gizli sövdələşmə - Faktlar

12:19 Abutalıbov yeni vəzifədə bu işləri görəcək

12:15 Firudin Nəbiyevin Lənkərandakı adamı haqda şok faktlar

12:11 Azərbaycanlı milyarderlər pulları bitkoinə çevirib Çinə ötürür

12:07 Serj Sarkisyan Ermənistanın hakim partiyasının sədrliyindən də istefa verib

12:03 Firon kimi dəfn edilən Rza şah Pəhləvinin cəsədi İrana necə gətirilib?

11:58 Səbaildə Çernobılçılarla görüş keçirilib

11:54 “Liverpul” 200 milyonu rədd etdi

11:50 Nazirlik: Direktor və müəllimlərin işə qəbulu qaydalarında yenilik olacaq

11:44 “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir

11:39 Bəs, Ramiz Həsənov? - Prezidentin tələbə yoldaşı “vuruldu”, yoxsa?…

11:33 “”Metsamor” stansiyası təhlükə mənbəyidir” – Azərbaycan XİN

11:28 BP şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin edilib

11:24 Ermənistan rəhbərliyi Moskvada toplanır

11:20 Bakıda saxta dollar əməliyyatı: Saxta pul vermək istəyən dəstə saxlanıldı

11:15 Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

11:11 Ağsuda 4-cü sinif şagirdi məktəbdə zəhərləndi

11:07 Hökumətin tərkibindəki qurumların sayı 34-dən 36-ya çatıb – Tam siyahı

11:06 Səlim Müslümova yenidən niyə etimad göstərilmədi?.. Və yaxud elektron korrupsiya

11:03 Ramiz Mehdiyev Rusiyanın “Şərəf” ordeni ilə təltif edilib

10:59 Üç ölkənin xarici işlər nazirləri toplaşır – Suriyaya görə

10:55 “Facebook” qalmaqaldan sonra ilk maliyyə hesabatını açıqladı

10:50 Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

10:46 “2001-ci ilədək mövcud olan enerji çatışmazlığı problemi tam aradan qaldırılıb”

10:42 Neft bahalaşdı

10:39 Bakıda şirkətin xəzinədarı bıçaqlandı

10:36 Erməni inqilabı və Qarabağ: Danışıqların taleyi daha mürəkkəb görünür?

10:30 Məmmədyarov futbolda uduzmalarından danışdı

10:24 Nazir Murtuzəli Hacıyevə yeni vəzifə verdi

10:20 İnam Kərimovdan yeni təyinat



SİYASƏT

...

İran hadisələrinə Azərbaycan siyasi elitasından fərqli reaksiyalar

Tarix 05.01.18, 10:41

Font ölçüsü : - / +
bitmap-img6

Güney Azərbaycan türklərinin aksiyalara qoşulmamasına da münasibət birmənalı deyil


Son günlər İranda baş verən hadisələr dünyada, o cümlədən ölkəmizdə bir nömrəli hadisə olaraq izlənməkdədir. 

Siyasətçilər, ekspertlər Yaxın Şərqin güclü oyunçularından birinə çevrilən İranın daxili siyasi və iqtisadi vəziyyəti ilə bağlı fərqli mühakimələr yürüdürlər.

İrandakı hadisələr daxili etiraz idi, yoxsa İran rəsmilərinin iddia elədiyi kimi, xarici güclərin dəstək verdiyi qiyam? Bu hadisələrin sonucları nə ola bilər? İlk dəfə idi ki, İrandakı böyük mitinqlərdə Güney Azərbaycan türkləri iştirak etmədi. Bunun səbəbləri nədir?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, xeyli vaxtdır dünyada qlobal iqtisadi böhran başlayıb. Bu böhran öz arxasınca siyasi böhran gətirir: "İndi dünyada idarə olunan siyasi böhranlar mərhələsinə qədəm qoyulub. Bu da qlobal iqtisadi böhranın təsirlərinin ABŞ-dan, Avropadan, İsraildən kənarlaşdırılması üçündür. Siyasi böhranı başqa ərazilərə, dövlətlərə transfer edirlər. Beləliklə, süni surətdə ərəb inqilablarını yaratdılar. İndi isə o prosesi İrana və Türkiyəyə daşımaq istəyirlər: “İranı və Türkiyəni Yaxın Şərqdəki destabilizasiya prosesinə qoşmağa çalışırlar. İranda son hadisələrə bu aspektdən baxmaq lazımdır. Eynilə Liviya, Yəmən, Misir, Suriya xalqları da qalxmışdılar ayağa və hakim rejimlərdən xilas olmaq, demokratiya qurmaq arzularını dilə gətirdilər. Onların ayağa qalxmasına kənardan dəstək verilməyə başlandı. Xalqın üsyanlarını kənar güclər xalqın öz əleyhinə yönəltdilər. Nəticədə ayağa qalxan ərəblər xoşbəxt olmadılar, əvvəlkindən daha dəhşətli vəziyyətə düşdülər. Bu nümunə göz önündədir. Azərbaycan türkləri də bu nümunəni dərk etdiklərindən İrandakı hadisələrdə iştirak etmədilər. İndiki halda Cənubi Azərbaycan türkləri bunu aydın şəkildə başa düşürlər.

İrandakı hadisələr dayanmasa, bu hadisələr İranı Suriyanın gününə çıxaracaq. Çünki ABŞ və İsrail bu prosesə müdaxilə etməklə bağlı bəyanat veriblər. Açıq görünür ki, onlar İrana müdaxiləyə hazırlaşıblar və bəhanə axtarırlar. Biz belə müdaxiləni İraqda, Liviyada, Suriyada, Misirdə, Yəməndə gördük. İrandakı indiki hadisələr mahiyyətcə yanlışdır, formaca düzgündür. Formaca ona görə düzgündür ki, ölkədə iqtisadi durum pisləşib, qiymətlər bahalaşıb, sosial problemlər artıb və insanlar buna etiraz edirlər. Mahiyyətcə ona görə yanlışdır ki, bu ayağa qalxmaya kənardan-ABŞ və İsraildən, Avropanın bəzi dövlətlərindən dəstək verilir. Beləliklə, iqtisadi məsələ keçir arxa plana, siyasi məsələ önə çıxır. Bu da sonda xalqın əleyhinə çevriləcək.

Necə ki, sadaladığım ərəb ölkələrində çevrildi. İranın daxili işlərinə müdaxilə edənlər İran xalqının maraqlarını deyil, öz maraqlarını güdürlər. Güney Azərbaycan türkləri də bunu yaxşı başa düşürlər və həmin prosesə qatılmamaqla düzgün edirlər. Soydaşlarımız tamamilə düzgün mövqedədirlər. Neçə ki, kənardan müdaxilə var, soydaşlarımız bu proseslərdə iştirak etməməlidirlər. Azərbaycan türkünün genetik informasiyasında ədalətsizliyə üsyan qoyulub. Əsl türk odur ki, o, ədalətsizliyə üsyan edə bilsin. Ona görə İslam peyğəmbərinin hədislərində də türklər ədaləti bərpa edən millət kimi təqdim olunur. Məsələn, təkcə SSRİ zamanında üç dəfə, 6 dəfə isə çar Rusiyası zamanında çara qarşı azərbaycanlıların üsyanı olub. İranda da dəfələrlə Azərbaycan türklərinin üsyanı olub. İndiki hadisələrdə Cənubi Azərbaycan türklərinin iştirak etməməsi də bizim genetik yaddaşımızla bağlıdır. Azərbaycan türkü heç vaxt kənar təhriklə oyunlara girməz. Azərbaycan türklərinin ən böyük üstünlüyü odur ki, o, yalnız özündən qaynaqlanan səbəblərdən ədalətsizliyə qarşı çıxır".

S.Cəlaloğlu vurğuladı ki, İrandakı proseslər daha da böyüsə və oraya xarici müdaxilə olsa bundan qonşu dövlət olaraq biz də ciddi zərbələr ala bilərik: “İrana hərbi müdaxilə olarsa və ölkə daha da qarışarsa, Azərbaycan dövlət olaraq çox böyük təhlükə ilə üz-üzə qala bilər. Bizim ən böyük sərhədimiz İranladır, İran böyük iqtisadi partnyorumzdur, İranda 30 milyondan artıq türk var. İrana müdaxilə olsa, soydaşlarımızın azı 10 faizinin Azərbaycana pənah gətirməsi qaçılmazdır. Azərbaycan isə istər-istəməz onları qəbul etməli olacaq. Belə olan halda Azərbaycan demək olar ki, sosial kollabsa düşər. Odur ki, hadisələrin bu cür inkişafı Azərbaycan dövlətini misli görünməmiş ağır durumla üz-üzə qoyar, həmçinin Türkiyənin də maraqlarına ziyan vurar”.

ADP sədri hesab edir ki, İranın çıxış yolu var: “Yeganə yol hakimiyyətlə narazı qüvvələrin danışığa getməsidir. Vətəndaşların iqtisadi problemlərinin həllini dövlət öz üzərinə götürməlidir. Başqa çıxış yolu yoxdur. Əks halda, prosesə xarici güclərin müdaxiləsi qaçılmazdır”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirdi ki, İrandakı narazılıqlar və bu narazılıqların ifadə forması olan mitinqlərin səbəbini İranın daxilində axtarmaq lazımdır: "Uzun illərdən bəri İranda hakimiyyətdə olan rejim kifayət qədər İran əhalisi içərisində etirazlar doğurmaqdadır. Bundan öncəki illərdə də hakimiyyətə qarşı etirazlar olmuş və həmin etirazlar amansızlıqla yatırılıb. İndi növbəti dalğadır. İranda müasir nəsil yetişməkdədir, yüzminlərlə insan xaricdə təhsil alıb. Onlar öz ölkələrindəki sistemi qəbul edə bilmirlər, qapalı cəmiyyətdən qurtulmaq istəyirlər. Əlbəttə, İranda kütləvi aksiyaların genişlənməsində ayrı-ayrı ölkələrin də maraqları var. ABŞ-ın, İsrailin, Səudiyyə Ərəbistanı və Avropa ölkələrinin bəzilərinin İranla münasibətləri gərgindir. Bu ölkələr də maraqlıdırlar ki, İranda rejim dəyişsin. İranın Yəməndə, Suriyada, İraqda öz təsir imkanlarını genişləndirmək cəhdləri də dünyanın güc mərkəzlərini qıcıqlandırır. Hadisələrə bunun da təsiri var. Ola bilsin ki, daxili narazılıqlara xaricdən də impulslar verilir. Tarixdə bu və buna bənzər sistemlərin taleyinin nə ilə qurtardığının şahidiyik. Ona görə də İran hakimiyyəti daha ciddi, daha qanlı hadisələrin baş verməsini istəmirsə, idarəetmədə müəyyən dəyişikliklər etməlidir".

F.Ağamalının sözlərinə görə, son hadisələr milli məsələ olmadığı üçün Azərbaycan türkləri bu hadisələrdə iştirak etmədilər. Bu hadisələrdə rejimdən narazı olan farsların daha ciddi rolu var: “Azərbaycan türkləri artıq kifayət qədər təcrübəyə malikdirlər. Onlar düzgün olaraq son hadisələrdə iştirak eləmədilər”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, İran hadisələri təkcə xarici amillərlə bağlı deyil. Daxildə səbəb olmasa xaricdən heç bir təsir xalqı ayağa qaldıra bilməz: “İran hakimiyyəti düşünməlidir ki, bu hadisələrə səbəb olan nədir? Niyə bu cür hadisələr yaşana bilir? Deməli, nələrsə doğru deyil, nələrsə böyük problemlər yaradır. Yaranan problemlər əsasən rejimlə bağlıdır. İnsanlar bu rejimdə artıq yaşamaq istəmirlər. İnsanlar artıq yorulublar. Xaricə səfər edən iranlıların həyat tərzindəki fərqlərə diqqət edin-İrandan çıxan kimi bütün ordakı dəyərləri kənara qoyub getdikləri ölkələrin dəyərlərinə uyğun yaşam tərzinə keçirlər. Bu, o deməkdir ki, adamlar öz ölkələrindəki yaşam tərzlərindən məmnun deyillər. Razı olmayan insanların narazılıqlarından isə xarici amillərin istifadə etməyə çalışması mümkündür. İranın özü çox ölkələrdə hadisələr başlayanda öz maraqları üçün müdaxilələr edib. Hər kəsin öz marağı var. İrana da dost və düşmən olanlar var. Ona görə də daxildən başlanan prosesin xaricdən dəstəyi də olacaqdı”.

İ.Ağazadə Güneydə yaşayan soydaşlarımızın ehtiyatlı mövqe tutduğunu və bunu doğru hesab etmədiyini dedi: “Onlar İran vətəndaşlarıdır və İranın demokratikləşməsi onların milli haqlarını alması üçün böyük bir avantaj verir. Rejim yumşalmalıdır ki, onlar da haqlarını əldə edə bilsinlər. Rejimin yumşalması üçün isə daxildə baş verən ümumi prosesdə hökmən iştirakçı olmalıdırlar. Heç kim düşünməsin ki, İranda bu gün insanlar qalxdı və bu gün də hər şey dəyişəcək. SSRİ kimi bir imperiya çökməyə 1988-ci ilin fevralında başladı və 1991-ci ilin dekabrında dağıldı. 2019-cu ilin sonuna qədər Yaxın Şərqin də şəkli bütövlükdə dəyişəcək”.   

Siyasi ekspert Şahin Cəfərli isə hesab edir ki, İran hadisələrində ilk növbədə daxili amillərin, daha sonra isə bu amillərlə əlaqəli olan, onlara təsir edən, sürətləndirən regional və beynəlxalq proseslərin rolu var.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, İrandakı son proseslər bu ölkənin dəyişikliyə hamilə olduğu qənaətini yaradır. Əgər belə olacaqsa İranda yaşayan azərbaycanlılar da bu proseslərdən kənarda qala bilməyəcək və öz haqları uğrunda mübarizəni istər-istəməz gücləndirəcəklər.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

İlham Əliyev Alan Dunkanla görüşdü – Qarabağ müzakirəsi

bitmap-img3

Rakurs

“Azkontrakt” SC sədrindən prezidentə şikayət

bitmap-img3

Seçmələr

Sabah Azərbaycanda yeni baş nazir seçiləcək

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru