Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ətrafında həlqə yenə daralır: İsrail Moskvanı Tehrandan ayırmağa çalışır


Politoloq: “Putin Tehranla yaxınlaşmada məsafəni qoruyacaq”


Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında Moskvada keçirilən görüşün detalları tam açıqlanmadığı üçün hələlik əməkdaşlığın perspektivləri barədə fikir yürütmək çətindir.

Qeyd edək ki, tərəflər görüş zamanı Yaxın Şərqdəki, xüsusilə Suriyadakı hazırkı vəziyyəti müzakirə edib. Bundan başqa, Rusiya-İsrail əməkdaşlığı müzakirə olunub. (APA) V. Putin İsrail baş naziri ilə aralarında sıx və güvənli təmasın yaranmasından məmnunluğunu ifadə edib: “Biz müntəzəm olaraq şəxsən görüşürük, hər zaman telefonla əlaqə saxlayırıq, nazirliklər səviyyəsində işləyirik”.

Moskva-Təl-Əviv əməkdaşlığının kökləri uzun onilliklərə gedib çıxır. Ancaq son zamanlar Qərbin, İsrail üçün vazkeçilməz müttəfiq sayılan ABŞ başda olmaqla, dünya güclərinin meydan oxuduğu Rusiya ilə Təl-Əviv arasında isti münasibətlərin davam etməsi istənilən halda diqqət çəkir. Məntiqlə, İsrail də özünün Qərb müttəfiqləri kimi davranmalı və Moskva ilə məsafə saxlamalı idi. Lakin əksini müşahidə edirik. Görünən budur ki, Putin vazkeçilməz fiqurdur, ölkəsinə qarşı sanksiyaların davam etdiyi şəraitdə də onunla əməkdaşlıq mühüm sayılır. Bəzi müşahidəçilər hesab edir ki, Netanyahu-Putin görüşü daha çox İranla bağlı anlaşmanın əldə olunmasını hədəfləyib.

Xatırladaq ki, elə Netanyahu Moskvada olarkən ABŞ prezidenti Donald Trampın İrana sərt mesajı yayılmışdı. Trampın rəsmi Vaşinqtonun İranın Hərbi Dəniz Donanmasının törətdiyi təxribatlara dözmək niyyətində olmadığını demişdi. “Mühüm strateji əhəmiyyət daşıyan Hörmüz boğazında İranın Hərbi Dəniz Donanmasının keçirdiyi təlimlər nəticəsində ABŞ-ın gəmiləri hərəkət istiqamətini və kursunu dəyişməli olublar. Bu, İran hökumətinin növbəti təxribatıdır. Biz buna cavab olaraq İrandan təxribatlara son qoymağı tələb edirik. İranın bu təxribatlarına dözməyəcəyik” deyə, D.Tramp bildirmişdi. Prezidentin sözçüsü Şon Spayser qeyd edib ki, Tramp İranın bu təxribatlarına hərbi müdaxilə etməklə cavab verməyi düşünür. Belə güman etmək olar ki, əslində İranın Rusiyadan ayrılması, onun təklənməsi layihəsində İsrailin iştirakına və Moskva ilə yaxınlaşmasına ABŞ özü “xeyir-dua” verib. Suriyadakı əməliyyatlarda İranın iştirakı da ABŞİran faktoru üzərində ciddi işləməyə vadar edir. Lakin Rusiyanın İrandan üz çevirəcəyi inandırıcı görünmür. Amma istənilən halda, İranın ətrafında həlqənin daraldığını demək olar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğu “Yeni Müsavat”a deyib ki, Rusiya prezidenti Vladimir Putinin İsrailə vurğunluğu prezidentlikdən əvvəlki dövrə təsadüf edir: “Putin 1990-cı illərin ortalarında hələ Rusiya kəşfiyyatına başçılıq edəndə İsrailin kəşfiyyat xidməti olan ”MOSSAD"la sıx əlaqələrə malik idi. Çünki hər ikisinin hədəfi eyni idi: terrorçulara qarşı mübarizə. Moskva Çeçenistan savaşçılarına dəstək verən ərəb mənşəli terrorçuların izinə düşmək üçün İsraildən yardım alırdı. Fikrimcə, İsrail kəşfiyyatı həmin illərdə Rusiyaya kifayət qədər yardım edib. Çünki çeçen savaşçılara qoşulan ərəb mənşəli terrorçular İsrailin də düşmənləri idi. Putin prezident olandan sonra da İsraillə sıx əlaqələrini davam etdirdi. Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında şəxsi dostluq münasibətləri formalaşıb. Netahyahu 6 ayda 4 dəfə Moskvaya gedərək Putinlə görüşüb". E.Şahinoğlu da şübhə etmir ki, Netanyahunun bu görüşlərində əsas müzakirə mövzusu İrandır: “İsrail hökuməti Suriyadakı müharibəyə qarışmır, ancaq İranın və Tehranın təsiri altındakı ”Hizbullah" təşkilatının Suriyada möhkəmlənməsindən ehtiyat edir. Netanyahu qorxur ki, bir gün İrana bağlı silahlı qüvvələr Suriya-İsrail sərhədini nəzarət altına alacaq və oradan İsrail ərazisini hədəf götürəcək. Fikrimcə, Benyamin Netanyahunun qorxusu o qədər də əsassız deyil. Həqiqətən İran Suriyada getdikcə möhkəmlənir. Bəşər Əsəd rəqiblərinə və terrorçulara qarşı mübarizəyə başladıqda iki dövlətdən - Rusiyaİrandan hərbi yardım istədi. Hər ikisi bu yardımı həyata keçirir".

Politoloq qeyd etdi ki, İrandan fərqli olaraq, Rusiya və ya Türkiyənin Suriyada hərbi varlığı İsraili narahat etmir: “Ancaq İran Tel-Əviv üçün başqadır. İranın siyasi xadimləri və dini lideri İsrail adında dövlət tanımırlar və bəzən daha uzağa gedərək bu dövlətin yer üzündən silinməsi vacibliyini dilə gətirirlər. Bu da İsraildə həyəcan yaradır. ABŞ-la İran anlaşanda Netanyahu bunun əleyhinə çıxdı. ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə İsrailin baş naziri arasında münasibətlər soyuq idi. Hətta Obama Netanyahu ilə görüşmək istəmir, onu Ağ Evə dəvət etmirdi. İsrailin baş naziri isə Obamanın acığına Amerikaya Konqresin dəvəti ilə gedərək orada çıxış etdi. İndi isə durum fərqlidir. ABŞ-ın yeni prezident Donald Tramp İran və digər məsələlərdə Netanyahunu tam dəstəkləyir.

Bu da Netanyahunun əlini gücləndirir. Netanyahu üçün yeganə zəif həlqə Rusiyadır. Ona görə də Netanyahu dostu Putinin də dəstəyini əldə etməyə çalışır. Ancaq Putinin nə qədər İsrailə və Netanyahuya simpatiyası olsa da, Suriya məsələsində İranla münasibətlərini soyudan deyil”.

Ekspert deyir ki, İran hələlik Suriyada həm Əsədə, həm də Putinə lazımdır: “Buna baxmayaraq, Suriyada terrora son qoyulandan sonra İranın mövqeyi bu ölkədə güclənərsə, bu artıq Rusiyanın maraqlarına o qədər də cavab verməyəcək. Hazırda Rusiya-İran ittifaqı taktiki mahiyyət daşıyır. Suriya üzərindən İran-Hizbullah zolağının və bu zolağın İsrail üçün təhlükə yaratması Kremlin nəyinə lazımdır? Ona görə də Putin Netanyahunun İranla bağlı istəklərini yerinə yetirməsə də, Tehranla yaxınlaşmada məsafəni də qoruyacaq. Məsələn, İranın məqsədi Əsəd rejiminin varlığını Suriyada tamamən bərpa etməkdir. Kremlin marağı isə fərqlidir. Bəli, Kreml Əsədə dəstək verir, ancaq ona qarşı olan silahlı müxalifətlə də sonsuza qədər döyüşmək və Suriyanın əvvəlki qaydada idarəetməsinin bərpasına çalışmır. Rusiya yalnız Suriyadakı terrorçuları neytrallaşdırmaq istəyir”.

Hər halda, bölgədə baş verənlər Azərbaycanı da ciddi şəkildə narahat edir. İstənilən halda, bu gərginliyin dinc yolla aradan qaldırılması arzuolunandır. Əks təqdirdə, bölgəyə dəhşətli situasiya hakim ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar